İmtahandan əvvəl bu meyvəni yeyin Zehniniz açılacaq
Digərləri 01 May 2025 22:00:00 55 0
Zehni performansınızı artırmaq istəyirsinizsə, qəlyanaltınıza bu qidanı əlavə etməyiniz tövsiyə olunur.
Bu xəbəri də oxu: Günün qoroskopu: Realist olun
Son.az xəbər verir ki, "Food & Function" jurnalında yayımlanan yeni araşdırmaya görə, hər gün 50 qram qoz yemək beyin funksiyalarını yaxşılaşdırmağa kömək edə bilər.
Araşdırma, İngiltərənin Reading Universiteti tərəfindən həyata keçirilib və 18-30 yaş arasındakı 32 sağlam gənc üzərində aparılıb.
Təcrübə iştirakçıları qozla zənginləşdirilmiş qəlyanaltı ilə və eyni kalori tərkibli başqa bir qəlyanaltı istehlak etdikdən sonra müxtəlif testlər ediblər. Elmi mütəxəssislər qozlu qəlyanaltıdan sonra iştirakçıların yaddaş testlərində daha yaxşı nəticələr göstərdiklərini və daha sürətli reaksiya verdiklərini müşahidə ediblər.
Mütəxəssislər, qozun tərkibindəki omega-3 yağ turşuları (xüsusən alfa-linolenik turşusu), protein və polifenolların bu müsbət təsiri yaratdığını düşünürlər. Bu qida maddələri birlikdə işləyərək zehni funksiyaları artırır, diqqəti və yaddaşı dəstəkləyir.
Araşdırmanın baş müəllifi, professor Claire Williams bu barədə belə bildirib: "Bu araşdırma, qozun beyin üçün faydalı qida olduğu fikrini möhkəmləndirir. Qəlyanaltıya əlavə edilən bir ovuc qoz, xüsusilə gənc yetişkinlərin gün ərzində zehni olaraq daha yüksək performans göstərmələrinə kömək edə bilər."
İsmayıl Son.az
Maaşını düzgün idarə etmək həm maliyyə sabitliyini, həm də gələcək

Lent.az-ın müsahibi meyxanaçı Ağamirzə Məmmədovdur

"Feysbuk sosial şəbəkəsində "Azərbaycan Sosial Yardım 2025"

Argentinanın qərbindəki La Rioxa əyalətində 5,8 bal gücündə zəlzələ

Astroloqların proqnozlarına görə may ayında xüsusilə şanslı hesab oluna

Xəzər dənizinin su səviyyəsinin azalmasının həlli üzrə təşəbbüs ir

Türkiyənin Antalya vilayətinin Serik ilçəsində 3,9 bal gücündə zəlzəl

May ayında şəxsi həyatınızda sizi nə gözləyir?

Elm dünyası uzun illərdir ki, genetik və ətraf mühit faktorlarının insan

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müşaviri Aleksey Arestoviçə s

Prezident İlham Əliyevin fərmanı ilə Milli Məclis sədrinin müşaviri, s�

ABŞ-İran danışıqlarının dördüncü raundu təxirə salınıb.

Tanınmış şair Cığatel müğənni qızı Leyla Camal ilə birgə efirlər

1 may 2025-ci il, Bakı - 2025-ci il 1 may tarixindən etibarən Azərbaycan Hav
