“Rəşad Dağlının övladlarını sevindirdik, demədik ki, əfv olunsun” Ağamirzə ilə


Şou-biznes 01 May 2025 21:35:00 58 0

“Rəşad Dağlının övladlarını sevindirdik, demədik ki, əfv olunsun”  Ağamirzə ilə

Lent.az-ın müsahibi meyxanaçı Ağamirzə Məmmədovdur

- Ağasəlim Çıldaq dayınız idi. Meyxanaya gəlməyinizdə onun rolu olub?

- Əlbəttə. Elə əsas onun rolu olub. Böyük ustadlar bizim ocağa yığışırdılar. Hacı Kazım, Molla Məhəmməd, İkram var idi. Yığışıb meyxana deyirdilər. Onda mən cavan uşaq idim. Amma meyxana öyrənməklə deyil, gərək bir az da qabında olsun. Qalanı isə öz üzərində işləmək məsələsidir. Bəlkə də, inanmayacaqsınız, mən hələ də öyrənirəm. Dünən dediyim meyxanaya baxıram, deyirəm, kaş o sözü belə deməzdim.

- Tələbələriniz var?

- Tələbə deyəndə ki, meyxana deyənlərin 99 faizi bizi ustad kimi qəbul edir. Məsələn, Balaxanıdan Elşən var, super meyxana deyir. Maştağadan və digər yerlərdən bir neçə nəfər var, yanıma gəlirlər. Söhbət edirik, meyxana deyirik. Bəzən 1-2 saat meyxana deyirik.

- İndiki gənclərə münasibətiniz necədir?

- İndiki gənclərdən razıyam. Söhbət təkcə meyxanadan getmir. Çox adam deyir ki, indiki gənclər korlanıb. Bununla razı deyiləm. İstər meyxanaçılar, istər müğənnilər, istər sadə adamlar. Böyük-kiçik bilirlər. Bir də ki, sən özünü necə aparırsansa, kiçiklər də səninlə elə davranır. Böyük görmüşəm ki, toyda ona pomidor atıblar. Meyxana deyənlərdən, ümumiyyətlə, razıyam. Məsələn, Rəşad Dağlı. Bir dəfə məclisdə idik, dedim ki, mən hələ buradayam, sonra meyxana deyərəm, bayıra çıxdım, hava almağa. Rəşada meyxana deməsi üçün söz verdilər. Rəşad mikrofonu qoyub gəldi arxamca ki, gəl, meyxana de. Dedim, siz deyin, mən sonra deyərəm. Dedi, yox, sən başlamasan, biz də deməyəcəyik.

- Rəşad Dağlı demişkən, bu yaxınlarda "Space TV"də onun doğum günü qeyd edildi. Siz də həmin verilişdə idiz. Bu məsələ xeyli tənqid edildi...

- Mən burada həmkarlarımın da, televiziyanın da yerinə danışa bilərəm. Orada bizim fikrimiz Rəşad Dağlının iki övladının könlünü xoş etmək idi. Yoxsa biz demirdik ki, Rəşad əfv olunsun, onun işini yüngülləşdirin və ya yaxşı edib. Hamımızın fikri-zikri o iki bala idi. Sağ olsun, dostlarımız da gəldilər. O cinayət işinə qaldıqda isə mən ona qarışmıram. Rəşad özü çox gözəl meyxana deyəndir. 

- Meyxana, yoxsa bədiə müzakirəsi zaman-zaman ortaya çıxır. Sizin fikriniz nədir?

- Meyxana deyilməlidir. Bədahətən deyildiyinə görə, bədiə deyirlər. Amma aşıqlar da var, bədahətən söz deyirlər, onda aşıqlara da bədiəçi deyək? Deyirlər ki, meyxana sözündəki "mey" araq, içki anlamındadır. Onda "meymun" sözündə də "mey" var. Meymun içki və mun deməkdir? Biri də var bədiəxan. Bu başqa şeydi. Biri digərinin arxasınca pis nələrsə danışıb, o da ona "bəd yaxan" deyib. Bədiəxan sözü də buradan gəlir.

- Meyxanaçı Kərimn vəziyyəti necədir? Yanına gedirsiz?

- Əvvəl tək-tük adam gedirdi, indi onlar da qalmayıb. Heç kimi danlamaq lazım deyil. Sabah mən yıxılsam, birinci gün əlli adam gələcək, sonra 45, sonra 40. Həyat belədir. Bu gün müxbirsən, sənə rəftarım belədir. Sabah müdir olsan, münasibətim 200 dəfə dəyişəcək. Onda səni çayla yola verməyəcəm. Yemək qoyacam qarşına. Əlində bu iş olmasa, ümumiyyətlə, telefonuna cavab verməyəcəm. Telefonu verəcəm uşağa ki, desin, xəstəxanadadır. O qədər demişəm ki. Zəng gəlib, demişəm, lazımsız adamdır, neynirəm bunu. Bu həqiqətdir. O qədər düz danışıram ki, hərdən qorxuram tutub bassınlar içəri.

Kərimin vəziyyəti belə də... Otura bilmir, dura bilmir, danışa bilmir. Ancaq uzanıb. Hərdən gedirəm yanına, 5 dəqiqə qalıb çıxıram. 10-15 dəfə salam verirəm, cavab vermir, özündə deyil. Gələn ayın 1-i ad günüdür.

- Ağamirzə müəllim, özünüzə məzar qazdırmısız. Niyə?

- O mənim üçün məktəbdir, dərsdir, institutdur. Gedib baxıram və fikirləşirəm ki, nə edirsən et, qismət olsa, bura gələcəksən. Tutaq, səhər rəhmətə getdim və bərk dolu yağır. Əl-ayağa düşəcəklər, qəbir qazacaqlar. O qəbir qazan lomu vuranda deyəcək ki, havaya bax e, üst-başım gör nə günə düşdü, bu da vaxt tapdı ölməyə. İndi hər şey hazırdı, məzarın üstün açıb basdıracaqlar. 

Evdə də min dəfə tapşırmışam, ölsəm, mənim üçün ağlamayın. Atam-qardaşım, ağlama mənə. Şəhərdən tıxacla saat yarıma bura gəlib, bir saat məclisdə oturub, saat yarım da qayıtmaq 4 saat edir. Vaxtını aparma. Məni çox istəyirsənsə, dəstəmaz al, mənim üçün 2 rükət namaz qıl, bağışlanmağımı istə. Mənə görə, ehsan vermə.

- Ehsan demişkən, yas məclislərində ehtişama çox önəm verirlər. Doğrudur bu?

- Kiminsə yaxını rəhmətə gedir, 10 nəfər yığışıb gəlir, 3-4 saat otururlar. Nə var 4 saat oturursan? Sən o qədər oturanda yas yiyəsi də məcburdur ki, yemək, çay versin, qulluğunda dayansın. 15 dəqiqə başsağlığını verdin, get də, neynəyəcəksən 4 saat? Mən nə qədər tapşırıram, bilmirəm, əməl edəcəklər, ya yox, camaatı yığıb qəbirüstünə aparmayın. Tıxac yaranır. Onsuz da şəhərdə maşın sürmək olmur. 

Yaslarda israfçılıq eləmək olmaz. Camaat bankdan borc alır, ondan-bundan borc götürür. O vaxt atam rəhmətə gedəndə yeni dəfn edib gəlmişdik, bir nəfər qışqırdı ki, xörəkləri bol elə! Mən də yaslara gedirəm. Maksimum 10-15 dəqiqə. Nəyə çox oturursan? Onsuz molla danışanda da heç kim qulaq asmır, hamısı "Tik-Tok"dadı.

- Deyəsən, çox ölümdən danışdıq...

- Bilsən ki, ölüm mənim üçün nədir, gedib dua edərsən ki, kaş Ağamirzə öləydi. Xoşbəxtlik istəyirsənsə, birinci addım ölümdür. Burada heç kim xoşbəxt ola bilməyəcək.

- Bəzi meyxanaçılar sonradan müğənniliyə keçirlər. Buna münasibətiniz necədir?

- Onların 15-20 faizini alqışlayıram. Onlarda alınır, yaxşıdır. Məsələn, məndə alınmır. Birinin adını çəkim, Maştağalı Vüqar. Bir az kefi kök olsa, 15-20 dəqiqəyə bir şey ortaya çıxarır.

- Məsələn, Balaəli oxuyur...

- Balaəli yaxşı oxuyur, bəyənirəm. Meyxanaçı kimi də, müğənni kimi də çox yaxşıdır. Özü də Balaəli çox ağıllı oğlandır. Mən qədim meyxana üçün ölürəm... 

(Stolda nağara çala-çala meyxana deməyə başlayır)

"Keyf eliyün, keyfü-damaq vaxtıdır

Saat ikidür, indi qonaq vaxtıdur?"

- Meyxana əvvəl də efirə kütləvi şəkildə gəlmişdi. İndi də mavi ekrana çıxırlar, amma əvvəlki kimi olmadı. 

Sosial yardım adı altında dələduzluq! like
  • 01 May 21:08  
Digərləri Sosial yardım adı altında dələduzluq!

"Feysbuk sosial şəbəkəsində "Azərbaycan Sosial Yardım 2025"

arrow Ətraflı
Argentinada güclü zəlzələ oldu like
  • 01 May 20:57  
Dünya Argentinada güclü zəlzələ oldu

Argentinanın qərbindəki La Rioxa əyalətində 5,8 bal gücündə zəlzələ

arrow Ətraflı
Mayda bu bürclər varlanacaq like
  • 01 May 20:55  
Digərləri Mayda bu bürclər varlanacaq

Astroloqların proqnozlarına görə may ayında xüsusilə şanslı hesab oluna

arrow Ətraflı
Serkan Keskinə ağır itki like
  • 01 May 20:29  
Şou-biznes Serkan Keskinə ağır itki

Məşhur türkiyəli aktyor Serkan Keskinin anası vəfat edib.

arrow Ətraflı
Azərbaycanlı iş adamından təklif  İki dənizi birləşdirək like
  • 01 May 20:05  
Digərləri Azərbaycanlı iş adamından təklif İki dənizi birləşdirək

Xəzər dənizinin su səviyyəsinin azalmasının həlli üzrə təşəbbüs ir

arrow Ətraflı
Antalyada zəlzələ oldu like
  • 01 May 19:55  
Digərləri Antalyada zəlzələ oldu

Türkiyənin Antalya vilayətinin Serik ilçəsində 3,9 bal gücündə zəlzəl

arrow Ətraflı
Ən ağıllı körpələrin doğulduğu ay  Uğurlu liderlər də həmin ayda dünyaya gəlib like
  • 01 May 19:28  
Digərləri Ən ağıllı körpələrin doğulduğu ay Uğurlu liderlər də həmin ayda dünyaya gəlib

Elm dünyası uzun illərdir ki, genetik və ətraf mühit faktorlarının insan

arrow Ətraflı
Zelenski keçmiş müşavirinə sanksiya tətbiq etdi like
  • 01 May 19:14  
Dünya Zelenski keçmiş müşavirinə sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müşaviri Aleksey Arestoviçə s

arrow Ətraflı
Elman Rüstəmov bu qədər maaş like
  • 01 May 19:01  
Digərləri Elman Rüstəmov bu qədər maaş

Prezident İlham Əliyevin fərmanı ilə Milli Məclis sədrinin müşaviri, s�

arrow Ətraflı
ABŞİran danışıqlarının dördüncü raundu təxirə düşdü like
  • 01 May 18:48  
Dünya ABŞİran danışıqlarının dördüncü raundu təxirə düşdü

ABŞ-İran danışıqlarının dördüncü raundu təxirə salınıb.

arrow Ətraflı
"Ayı 500 manata daş qaldıran oğlanlardan artıq deyilsininiz" like
  • 01 May 18:41  
Şou-biznes "Ayı 500 manata daş qaldıran oğlanlardan artıq deyilsininiz"

Tanınmış şair Cığatel müğənni qızı Leyla Camal ilə birgə efirlər

arrow Ətraflı
Füzuli istiqamətində aviabiletlərin alışı qaydaları dəyişdi like
  • 01 May 18:31  
Digərləri Füzuli istiqamətində aviabiletlərin alışı qaydaları dəyişdi

1 may 2025-ci il, Bakı - 2025-ci il 1 may tarixindən etibarən Azərbaycan Hav

arrow Ətraflı
Bakıda yeni komissiyalar yaradıldı like
  • 01 May 18:20  
Digərləri Bakıda yeni komissiyalar yaradıldı

Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə

arrow Ətraflı
Rəsmi Bakıdan Hindistan və Pakistan gərginliyinə reaksiya like
  • 01 May 18:19  
Siyasət Rəsmi Bakıdan Hindistan və Pakistan gərginliyinə reaksiya

Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginli

arrow Ətraflı