Bu şəxslər vergi hesabatı verməyəcəklər
Digərləri 17 Apr 2025 14:15:00 95 0
Əlilliyi olan şəxslərin öz bacarıqları və yaradıcılıqları ilə məşğul olmalarını təşviq etmək, onların iqtisadi fəaliyyətini stimullaşdırmaq məqsədilə Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" Qanuna dəyişikliklər edilib.
Bu xəbəri də oxu: Bu şəxslərə işə gəlməsələr də 6 ay maaş veriləcək YENİLİK
Son.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla gəlirlərini vergi orqanına bəyan etməli və hesablanmış vergiləri dövlət büdcəsinə ödəməlidirlər.
Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin gəlirlərinin aşağı dərəcə ilə vergiyə cəlb olunması, həmçinin onlara münasibətdə vergi inzibatçılığının sadələşdirilməsi nəzərdə tutulur. Bundan sonra həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə etdikləri gəlirlərdən xərclər çıxılmadan 2 faiz həcmində ödəmə mənbəyində vergi həmin agentlik tərəfindən tutularaq bəyan ediləcək. Beləliklə, əlilliyi olan şəxslərin vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesabatları təqdim etmək və digər inzibati prosedurları həyata keçirmək öhdəliyi yaranmayacaq.
17 aprel – Ümumdünya Hemofiliya Günüdür

Milyarder iş adamı, "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sa

Bu gün yeni ticarət rüsumlarını həyəcanla müzakirə edənlər - sanki fu

Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdı

Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdirib.

Paytaxta yağan intensiv yağış sürücülərə böyük çətinlik yaşatmaqla

Azərbaycan və Sloveniya şirkətləri arasında artıq ilkin razılaşmalar ə

ABŞ-nin Tennessi ştatınının Ridqely qəsəbəsində baş verən güclü se

Qabriela Ramos UNESCO-nun Baş Direktorluğuna namizəd irəli sürülüb.

Müğənni Nüşabə Musayevanın başına iş gəlib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqəda

Teleaparıcı Elgiz Əkbər dialoqu ilə diqqət çəkib.

Aprelin 16-da ölkə ərazisində intensiv yağan yağışlar Bakı və Abşero
