Dünənki leysandan sonra neçə nəfər yaralanıb və ölüb? TƏBİB AÇIQLADI


Digərləri 17 Apr 2025 13:07:44 106 0

Dünənki leysandan sonra neçə nəfər yaralanıb və ölüb?  TƏBİB AÇIQLADI

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əhalinin sağlamlığının qorunması və vaxtında tibbi yardımın göstərilməsi məqsədilə fasiləsiz şəkildə xidmət davam etdirilir.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq təcili tibbi yardıma 60-dan çox müraciət qeydə alınıb.

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Paytaxtla yanaşı, bölgələrdə də təcili tibbi yardım briqadaları gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Çətin hava və yol şəraitinə baxmayaraq, bütün müraciətlərə çevik və operativ reaksiya verilir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şabran, Siyəzən və Ağsu rayonlarından güclü yağış yağması səbəbindən yaranan çətinliklər fonunda vətəndaşların müraciətləri qeydə alınıb. 

Belə ki, Siyəzən rayonunun Həmiyə kəndi ərazisindən daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb olunub. Güclü yağış səbəbindən yaranan çətinliklər fonunda sel təhlükəsi ilə üzləşən təxminən 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir. 

Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onlardan 2 nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, sözügedən hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Hazırda bölgələrdə müvafiq istiqamətdə tədbirlər fasiləsiz davam etdirilir.

Aysel Əkbər Son.az 

Sabah 26 kənd qazsız qalacaq like
  • 17 Apr 12:58  
Digərləri Sabah 26 kənd qazsız qalacaq

Sabah Qax rayonunun qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
"Pul qazanmaq üçün azərbaycanlıyam deyirlər" like
  • 17 Apr 12:58  
Şou-biznes "Pul qazanmaq üçün azərbaycanlıyam deyirlər"

Teleaparıcı Elgiz Əkbər dialoqu ilə diqqət çəkib.

arrow Ətraflı
Sabahın havası AÇIQLANDI like
  • 17 Apr 12:53  
Digərləri Sabahın havası AÇIQLANDI

Aprelin 18-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
"Şərur MTK"nın mənzilərini su basdı  Çilçıraqdan su axır  ŞİKAYƏT like
  • 17 Apr 12:52  
Digərləri "Şərur MTK"nın mənzilərini su basdı Çilçıraqdan su axır ŞİKAYƏT

Aprelin 16-da ölkə ərazisində intensiv yağan yağışlar Bakı və Abşero

arrow Ətraflı
Bu qida markalarında at və eşşək əti aşkarlandı  Siyahı yayıldı  FOTO like
  • 17 Apr 12:45  
Digərləri Bu qida markalarında at və eşşək əti aşkarlandı Siyahı yayıldı FOTO

Türkiyədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida mə

arrow Ətraflı
Mərkəzi Bank “PulPal” barəsində tədbir görüb like
  • 17 Apr 12:39  
Digərləri Mərkəzi Bank “PulPal” barəsində tədbir görüb

Mərkəzi Bank "PulPal" MMC-yə münasibətdə təshih tədbirinin tə

arrow Ətraflı
3 şəhidimiz dəfn ediləcək like
  • 17 Apr 12:29  
Digərləri 3 şəhidimiz dəfn ediləcək

Daha 3 itkin-şəhid dəfn ediləcək.

arrow Ətraflı
Azərbaycanlı müğənniyə 300 minlik ev hədiyyə etdilər  FOTO like
  • 17 Apr 12:25  
Şou-biznes Azərbaycanlı müğənniyə 300 minlik ev hədiyyə etdilər FOTO

Azərbaycanlı müğənni Aytac Vidadiqızına ev hədiyyə edilib. 

arrow Ətraflı
Restoranda dəhşətli anlar: hər kəsə atəş açdı  FOTO like
  • 17 Apr 11:42  
Digərləri Restoranda dəhşətli anlar: hər kəsə atəş açdı FOTO

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yerləşən restoranda "

arrow Ətraflı
Pensiyalarla bağlı VACİB XƏBƏR: 59 yaşından olacaq like
  • 17 Apr 11:20  
Digərləri Pensiyalarla bağlı VACİB XƏBƏR: 59 yaşından olacaq

"Əmək pensiyaları" haqqında Qanuna edilən yeni dəyişikliklərə

arrow Ətraflı
Tələbələrə PULSUZ  AYNAdan AÇIQLAMA like
  • 17 Apr 11:12  
Digərləri Tələbələrə PULSUZ AYNAdan AÇIQLAMA

Tələbələr universitetə gedib-gələrkən müəyyən qədər əziyyət çək

arrow Ətraflı
2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər like
  • 17 Apr 10:58  
Digərləri 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər

Azərbaycanda gələn il səhiyyə sahəsinə 2 milyard 69 milyon 680 min manat

arrow Ətraflı
Sabirabadda vəzifəli şəxs yağış sularında öldü like
  • 17 Apr 10:52  
Digərləri Sabirabadda vəzifəli şəxs yağış sularında öldü

Sabirabadda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. 

arrow Ətraflı
Türkiyə tarixinin ən böyük narkotik əməliyyatı: 525 nəfər saxlanıldı like
  • 17 Apr 10:49  
Digərləri Türkiyə tarixinin ən böyük narkotik əməliyyatı: 525 nəfər saxlanıldı

Türkiyədə narkotikə qarşı tarixdə ən böyük əməliyyat keçirilib.

arrow Ətraflı