Yağışda itən avtomobil nömrələri dublikat verilirmi? “Cəmi 60 manata...” AÇIQLAMA
Digərləri 17 Apr 2025 13:42:00 97 0
Paytaxta yağan intensiv yağış sürücülərə böyük çətinlik yaşatmaqla yanaşı problemlərlə də üzləşdirib. Adətən belə yağışlı havalarda ehtiyatsızlıqdan avtomobillərin dövlət nömrə nişanları itir. Dövlət qeydiyyat nişanı avtomobil vasitəsini fərqləndirən, avtomobilin ön və arxa hissəsinə vurulan lövhədir. Nömrənin olmaması yaxud oxunmasına mane olacaq qədər çirkli saxlanılması yolverilməzdir. O ki, qalsın onu itirmək. Moderator.az-a açıqlama verən Ərşad Hüseynov bildirib ki, avtomobilin nömrəsi itdisə yeni nömrə alınmalı, nəqliyyat vasitəsinin texniki pasportu dəyişdirilməlidir:
Bu xəbəri də oxu: Rövşən Nəcəf rəisi işdən çıxardı
"Avtomobilin dövlət qeydiyyat nişanı itibsə öncə polisə məlumat verilməlidir. Ondan sonra Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə yaxınlaşıb avtomobilə yeni nömrə almaq lazımdır. Çox sadədir. Sürücü rüsumunu ödəyir, qeydiyyat şəhadətnaməsini dəyişir. Ona tamam fərqli hərf və rəqəm kombinasiyalı yeni qeydiyyat nişanı verirlər.. Dövlət rüsumu da cəmi 60 manatdır" deyə ekspert bildirib.
Ərşad Hüseynov itmiş nömrənin dublikatının verilib-verilməməsi ilə bağlı sualı da cavablayıb: "Dublikat verilmir. Çünki kimlərsə bu nömrələri oğurlayıb hansısa kriminal niyyətlərlə istifadə edə bilərlər. Ona görə də dövlət qeydiyyat nişanı itən kimi həmin nömrə ləğv edilir. Qeydiyyat nişanları çox vaxt sürücülərin diqqətsizliyi ucbatından itir. Ağaclara, ota ilişə bilər, yağışlı havalarda hansısa ərazidə qopub düşə bilər. Ona görə də nömrələr yerinə möhkəm bərkidilməlidir. Dövlət qeydiyyat nişanının avtomobilin banına bərkidilməsinin müxtəlif variantları var. Bunun ən pis variantı yapışqanla yapışdırmaqdır. Guya ki, ban zədələnməmək üçün bunu edirlər. Həmin yapışdırıcıya su dəyən kimi qopa bilər. Dövlət qeydiyyat nişanı olmadan avtomobilin idarə edilməsinə icazə verilmir. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb oluna bilərlər" deyə ekspert bildirib.
Azərbaycan və Sloveniya şirkətləri arasında artıq ilkin razılaşmalar ə

ABŞ-nin Tennessi ştatınının Ridqely qəsəbəsində baş verən güclü se

Qabriela Ramos UNESCO-nun Baş Direktorluğuna namizəd irəli sürülüb.

Müğənni Nüşabə Musayevanın başına iş gəlib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqəda

Teleaparıcı Elgiz Əkbər dialoqu ilə diqqət çəkib.

Aprelin 16-da ölkə ərazisində intensiv yağan yağışlar Bakı və Abşero

Türkiyədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida mə

Mərkəzi Bank "PulPal" MMC-yə münasibətdə təshih tədbirinin tə

Azərbaycanlı müğənni Aytac Vidadiqızına ev hədiyyə edilib.

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yerləşən restoranda "

"Əmək pensiyaları" haqqında Qanuna edilən yeni dəyişikliklərə
