Moskvaya üç istiqamətdən "hücum" başladı
Digərləri 20 Yan 2026 01:04:00 65 0
Çin yanvarın 1-dən Rusiyadan elektrik enerjisi idxalını tam dayandırıb. "Kommersant" qəzetinin etibarlı mənbələrə istinadən xəbərinə görə, səbəb ixrac qiymətlərinin Çinin daxili tariflərini üstələməsi və alışın iqtisadi cəhətdən səmərəsiz olmasıdır. Bundan əvvəl Pekin Moskvanın enerji məhsullarının alınmasında yalnız öz maraqlarını əsas götürəcəyini açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp isə Hindistandan sonra Çinin Rusiya neftinin idxalını dayandırmasına xüsusi diqqət yetirəcəyini demişdi. Qeyd edək ki, Hindistan və Çin Rusiya xam neftinin ən böyük alıcısıdır.
Bu xəbəri də oxu: “Avtomagistral” anlayışı dəyişir
Son.az bildirir ki, Rusiya neftinin iki əsas idxalçısını itirməsi onun iqtisadiyyatına necə təsir edəcək? ABŞ-ın burada hər hansı rolu olubmu? Proses Rusiya-Hindistan, Rusiya-Çin münasibətlərinə necə yansıya bilər?
Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, burada 3 əsas istiqamətdə fəaliyyət planı mövcuddur:
"Birinci istiqamət odur ki, Çin Rusiyanın enerji daşıyıcılarını satdığı qiymətləri daha da aşağı salmağa, yəni faktiki olaraq dempinq siyasəti (beynəlxalq ticarət zamanı malların xarici bazarda adi bazar qiymətindən daha aşağı qiymətə satılması) aparmağa çalışır. Hazırda Rusiya məhsullarını geniş miqyasda digər ölkələrə sata bilmir. Çin sanksiyalarından və ABŞ-ın tətbiq etdiyi qadağalardan sonra Hindistan da Rusiya neftinin idxalını azaldıb. Digər ölkələr, o cümlədən Türkiyə, Braziliya və başqaları da müxtəlif səbəblərdən alış həcmlərini azaltmağa məcbur qalırlar. Bu şəraitdə Çin Rusiyanın alternativ bazarlarının məhdud olmasından istifadə edərək qiymətlərin daha da endirilməsinə çalışır. Pekinin Moskva ilə uzunmüddətli enerji alışı üzrə müqavilələri mövcuddur. O, neft, qaz və kömürü Rusiya bazarından daha ucuz qiymətə əldə edir. Bu isə Çində istehsal xərclərinin aşağı düşməsinə imkan yaradır. Pekin məqsədli şəkildə qiymətləri minimum səviyyəyə endirməyə və yaranmış vəziyyətdən maksimum faydalanmağa çalışır".
İnternet sürətindən narazısınızsa, bir neçə sadə üsulla modeminizin p
"FlyDubai" aviaşirkətinə məxsus, Dubay - Kazan marşrutu üzrə h�
ABŞ dollarının dünya ehtiyatlarındakı payı son 20 il ərzində minimuma d
Rusiya qoşunları artıq Ukrayna ərazisinə yeni kütləvi zərbə endirməyə
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alını
"İran tərəfindən ehtimal olunan hücum baş verərsə, İsrail görünm
"Səhhətimdə ciddi problem var. Ona görə də çox verilişdən imtina e
Dairədəki adacıq təhlükəli vəziyyət yaradır.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirm
Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında 20 Yanvar faciə
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.
Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun
Əməkdar artist Fərqanə Qasımovanın oğlu Saleh hərbi xidmətə gedir.
