Sürücülərin DİQQƏTİNƏ Bu yolda xətlənmə cərimə yaradır
Digərləri 20 Yan 2026 00:21:00 75 0
Dairədəki adacıq təhlükəli vəziyyət yaradır.
Bu xəbəri də oxu: Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
Son.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki, Ukrayna dairəsi adlanan ərazidəki bu xətlənmədən gedir.
Sürücülərin əksəriyyəti bu xətlənmənin nə olduğundan xəbərsizdir, bəziləri isə cərimələnməkdən qorxurlar. Bildirirlər ki, o adacıq pik saatlarda tıxacın olduğu dairədə zolaqların sayını da azaldır.
Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Ukrayna dairəsinin kənarında yerləşən nəqliyyat adacığı yol hərəkətinin təhlükəsizliyinin artırılması və axınların nizamlanması məqsədilə layihələndirilmiş mühəndis həllidir. Nəqliyyat adacıqlarının əsas mahiyyəti yolun həndəsi quruluşu vasitəsilə sürücülərin hərəkət trayektoriyasını əvvəlcədən formalaşdırmaq, zolaq dəyişməni nizamlamaq və təhlükəli manevrlərin qarşısını almaqdan ibarətdir. Sözügedən adacıqlar dairəyə daxilolma və dairə daxilində hərəkət edən nəqliyyat vasitələrinin axınlarını bir-birindən ayırmaqla sürücüləri məcburi, lakin nəzarətli zolaq dəyişməyə yönləndirir. Adacığın məqsədi qəza şəraiti yaratmaq deyil, əksinə, ani və nizamsız zolaq dəyişmələrinin qarşısını almaqla potensial riskləri əvvəlcədən aradan qaldırmaqdır
. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, bu adacığa daxil olan sürücüləri 40 manat məbləğində cərimə gözləyir.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirm
Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında 20 Yanvar faciə
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.
Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun
Əməkdar artist Fərqanə Qasımovanın oğlu Saleh hərbi xidmətə gedir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kəraçi şəhərindəki ticarət m
Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə
Suriya ordusu atəşkəs razılaşmasına baxmayaraq, YPG/SDG terror təşkilat�
Bu gün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli R
"Həyatda hərənin bir arzusu var. Nə qədər arzuna çatsan, yenə də a
Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda
