20 Yanvar faciəsindən 36 il ötür


Digərləri 20 Yan 2026 00:00:00 83 0

20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.

Son.az-ın məlumatına görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.

Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq "20 Yanvar şəhidi" adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi" var.

Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 08:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

“Artıq ölməkdən qorxmuram” like
  • 19 Yan 23:41  
Şou-biznes “Artıq ölməkdən qorxmuram”

Müğənni Nazənin Salayeva efirdə təsirlənib.

arrow Ətraflı
İran xarici işlər nazirinin Davosda çıxışı ləğv edildi like
  • 19 Yan 23:29  
Digərləri İran xarici işlər nazirinin Davosda çıxışı ləğv edildi

Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun

arrow Ətraflı
Fərqanə Qasımovanın oğlu əsgər gedir like
  • 19 Yan 23:28  
Şou-biznes Fərqanə Qasımovanın oğlu əsgər gedir

Əməkdar artist Fərqanə Qasımovanın oğlu Saleh hərbi xidmətə gedir. 

arrow Ətraflı
Astarada zəlzələ oldu like
  • 19 Yan 23:25  
Digərləri Astarada zəlzələ oldu

Astarada 3,1 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
Rəsmi Bakı Pakistana başsağlığı verdi like
  • 19 Yan 23:16  
Siyasət Rəsmi Bakı Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kəraçi şəhərindəki ticarət m

arrow Ətraflı
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib like
  • 19 Yan 23:09  
Siyasət Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə

arrow Ətraflı
YPG Suriyada İŞİDçi terrorçuları həbsxanadan sərbəst buraxdı like
  • 19 Yan 23:08  
Dünya YPG Suriyada İŞİDçi terrorçuları həbsxanadan sərbəst buraxdı

Suriya ordusu atəşkəs razılaşmasına baxmayaraq, YPG/SDG terror təşkilat�

arrow Ətraflı
20 yaşında dekan müavini Eyvazovların qızı imiş like
  • 19 Yan 23:04  
Digərləri 20 yaşında dekan müavini Eyvazovların qızı imiş

Bu gün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli R

arrow Ətraflı
"Məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş saldırdım" like
  • 19 Yan 23:00  
Kriminal "Məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş saldırdım"

"Həyatda hərənin bir arzusu var. Nə qədər arzuna çatsan, yenə də a

arrow Ətraflı
Qalmaqallı məmurun vəzifəsi bəlli oldu like
  • 19 Yan 22:47  
Digərləri Qalmaqallı məmurun vəzifəsi bəlli oldu

Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra

arrow Ətraflı
İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb like
  • 19 Yan 22:36  
Siyasət İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda

arrow Ətraflı
MDBdən çıxacaqlarını elan etdilər like
  • 19 Yan 22:28  
Dünya MDBdən çıxacaqlarını elan etdilər

Moldovanın Xarici İşlər Nazirliyi respublikanın MDB-dən tamamilə çıxmas

arrow Ətraflı
Limadakı “La Virgen Milagrosa” kilsəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib like
  • 19 Yan 22:16  
Digərləri Limadakı “La Virgen Milagrosa” kilsəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Yanvarın 18-də Peruda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub. Li

arrow Ətraflı
Saça yapışan saqqızdan qurtulmağın yolları like
  • 19 Yan 22:00  
Digərləri Saça yapışan saqqızdan qurtulmağın yolları

Saçlara saqqız yapışması hər kəsin başına gələ biləcək problemdir.

arrow Ətraflı
Məşhur modelyer Valentino 93 yaşında vəfat etdi like
  • 19 Yan 21:49  
Dünya Məşhur modelyer Valentino 93 yaşında vəfat etdi

İtaliya moda əfsanəsi Valentino Qaravani 93 yaşında vəfat edib. 

arrow Ətraflı