Tramp və Zelenski "MaraLaqo"da bir araya gəldi
Digərləri 28 Dek 2025 23:11:00 50 0
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Trampın Floridada yerləşən "Mar-a-Laqo" iqamətgahında görüşüblər. Görüşdə Donbasın ərazi məsələsi, Zaporojye atom elektrik stansiyasının idarə olunması və təhlükəsizlik zəmanətləri kimi kritik mövzular müzakirə edilib.
Bu xəbəri də oxu: Bu rayona 35 smlik qar yağdı
Son.az xəbər verir ki, Prezident Tramp Zelenskini iqamətgahın qapısında qarşılayıb. Görüşlə bağlı açıqlama verən Tramp: "Çox sayda insan ölür! Məncə, hər iki prezident də razılığa gəlmək istəyir" - deyə bildirib.
Liderlər arasında danışıqlar qapalı qapılar arxasında davam edib. Mətbuat nümayəndələri zalı tərk etməzdən əvvəl Tramp: "Danışıqların son mərhələsindəyik. Ya hər şey bitəcək, ya da çox uzun müddət davam edəcək" - ifadələrini işlədib. Qeyd edək ki, Tramp bu görüşdən dərhal əvvəl Rusiya lideri Vladimir Putinlə də telefonla danışmışdı.
Ukrayna liderinin bu səfəri zamanı diqqət çəkən məqamlardan biri qarşılanma mərasimi olub. Zelenski Mayamiyə çatdıqda onu heç bir yüksək rütbəli ABŞ rəsmisi qarşılamayıb və rəsmi salamlaşma mərasimi keçirilməyib. Bu minimum səviyyəli qarşılanma Zelenskinin əvvəlki ABŞ səfərlərindəki təmtəraqlı mərasimlərdən fərqli bir mənzərə yaradıb.
Lalə Qüdrətova Son.az
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Yeni araşdırma, orta dərəcədə spirtli içki qəbulunun ciddi xəstəliklə
Dekabrın 28-də Azərbaycan Dillər Universitetində "Azərbaycan dili&quo
Yeni ilə sayılı günlər qalıb. Hər kəs ilin son gününü yola salıb 202
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən gündəmə gəlib.
Yeni elmi araşdırma sübut edir ki, sarımsaq ekstraktı ağız sağlığında
Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunun Nəsimikənd ərazisində avtomobi
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu axş
Dörd bürc üçün soyuq mövsüm asanlıqla və ahəngdar şəkildə - kəskin
Gələn ildən İcbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndiril
Bu gün Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsi, SSRİ və Azərb
"İmadəddin Nəsimi, Mikayıl Müşfiq kimi şair və sənətkarımız var
Aparıcı Kamilə Babayeva artıq çəkilərindən xilas olmasından danışıb.
Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qarın yağması
