Zeynəb Xanlarova 89 yaşında
Şou-biznes 28 Dek 2025 21:20:00 56 0
Bu gün Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsi, SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.
Bu xəbəri də oxu: Vüsalə Əlizadə qısa geyimi ilə DİQQƏT ÇƏKDİ
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətkarın bu gün 89 yaşı tamam olur.
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. O, Bakı Pedaqoji məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.
Xalq artisti yaradıcılıq yoluna 1961-ci ildə Opera və Balet Teatrının solisti kimi başlayıb. O, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli kimi yadda qalan obrazlar yaradıb. Zeynəb Xanlarova həm də Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biri kimi musiqi tariximizə düşüb.
Dünyanın əksər ölkələrində konsertlər verən sənətkar həm də bir çox mahnıların müəllifidir. Onun haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib. Musiqi fəaliyyəti ilə yanaşı, o, həm də ictimai-siyasi fəaliyyətlə məşğul olub; Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bir neçə çağırış deputatı seçilib.
Görkəmli sənətkar 1980-ci ildə "SSRİ Xalq artisti" adına layiq görülüb. O, həmçinin müstəqil Azərbaycanın ən ali mükafatları olan "Şöhrət" (1996), "İstiqlal" (2006) və "Heydər Əliyev" (2016) ordenləri ilə təltif edilib. Z. Xanlarovanın iki oğlu, altı nəvəsi var. Son.az
"İmadəddin Nəsimi, Mikayıl Müşfiq kimi şair və sənətkarımız var
Aparıcı Kamilə Babayeva artıq çəkilərindən xilas olmasından danışıb.
Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qarın yağması
"Anamla çoxdandır görüşmürəm. Amerikada yaşayır. Çox illər keçi
İl boyu müştəri üzünə həsrət qalan avtomobil bazarındakı vəziyyətin
"Hamı mənə Merilin Monro deyir. Sevinirəm ki, belə bir dünyada məni
Dünya aviasiya tarixində ilk dəfə olaraq Türkiyədə iki pilotsuz döyüş
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qəzza sektorunda vəziy
"ChatGPT" neyroşəbəkəsini hazırlayan "OpenAI" şirkəti
Vaşinqton Universiteti və Toyota Tədqiqat İnstitutu tərəfindən aparılan
Dekabrın 28-də gecə yarısından başlayaraq Kəlbəcər rayonuna qar yağma�
