Süni intellekt videosuna inanıb milyonluq ziyana düşdülər
Digərləri 27 Dek 2025 11:15:00 51 0
Türkiyənin Samsun şəhərinin İlkadım rayonunda yaşayan İsa və Hale Kereci cütlüyü süni intellektlə hazırlanmış saxta investisiya videosu vasitəsilə fırıldaqçıların qurbanı olduqlarını bildiriblər.
Bu xəbəri də oxu: Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Son.az xəbər verir ki, cütlük ümumilikdə 1 milyon 500 min lirə məbləğində maddi zərərə düşdüklərini deyərək prokurorluğa müraciət edib.
Kadıköy məhəlləsində yaşayan 53 yaşlı dəmiryığan İsa Kereci və 4 uşaq anası olan 48 yaşlı həyat yoldaşı Hale Kereci bildiriblər ki, Facebook-da qarşılarına çıxan investisiya reklamına kliklədikdən sonra proses başlayıb. İlkin mərhələdə az məbləğlərlə yatırım etdiklərini düşünən cütlük sonradan "sənəd haqqı", "sığorta xərcləri", "vergi borcu" və "Mərkəzi Bank köçürməsi" kimi müxtəlif bəhanələrlə davamlı şəkildə pul köçürməyə məcbur edilib.
Onların sözlərinə görə, fırıldaqçılar ekran paylaşımı etdirməklə bank hesabları və kredit kartları üzərindən müxtəlif şəxslərə pul köçürülməsini təmin ediblər.
Kereci cütlüyü bu müddətdə sığortasız kredit götürdüklərini, əmanət hesablarındakı pulların çıxarıldığını, kredit kartlarından xərclər edildiyini, qızıllarını satdıqlarını və qohumlardan borc aldıqlarını deyiblər. Nəticədə fırıldaqçıların əlinə təxminən 1,5 milyon lirə keçdiyi iddia olunur.
Hadisədən sonra Samsun Ədliyyəsinə gedərək prokurorluğa cinayət işi açılması üçün müraciət etdiklərini bildirən cütlük vətəndaşları sosial şəbəkələrdə yayılan investisiya reklamlarına qarşı diqqətli olmağa çağırıb.
Fidan Son.az
Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diya
Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-
Bir çox şirkətlərdə maaşlar ayın əvvəlindən 10-na qədər verilsə də
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o c�
IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə dan
Suriyada kürd məsələsi niyə beynəlxalq hərbi, diplomatik və institusiona
Özünü Antiterror əməliyyatənda şəhid olan hərbçinin xanımı kimi təq
"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki
Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında
Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölk�
3 gün əvvəl Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni D
