Bakıda satılan "monqol quzuları" təhlükəsizdir? AÇIQLAMA
Digərləri 27 Dek 2025 10:22:00 50 0
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o cümlədən Monqolustandan gətirilən ətlərin keyfiyyət və təhlükəsizliyinə ciddi nəzarət olunur".
Bu xəbəri də oxu: Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri keçirilib
Son.az xəbər verir ki, bu barədə Agentlikdən Modern.az-a verilən cavabda bildirilib.
Qeyd edilib ki, idxal prosesində müfəttişlərin ətlərə nəzarət proseduru ictimaiyyət üçün açıqdır.
Agentlikdən verilən məlumata görə, ətlərin dövriyyəsi zamanı, yəni daşınması, satışı zamanı da normativ tələblərə əməl edilməlidir, sahibkar buna görə məsuliyyət daşıyır və pozuntu aşkarlandığı halda qanuni tədbir görülür.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında deyib ki, Azərbaycanda artıq bir ildən çoxdur ki, ət defisiti müşahidə olunur.
"Bu səbəbdən bazarı ətlə təmin etmək üçün müxtəlif ölkələrdən, o cümlədən Monqolustandan ət idxal edilir. Bu ətlər dondurulmuş şəkildə gətirilir, lakin neçə il ərzində dondurulmuş vəziyyətdə saxlanılması barədə dəqiq məlumat yoxdur.
Azərbaycan vətəndaşları ümumiyyətlə dondurulmuş ətlərə üstünlük vermədikləri üçün bu ətlər bazara nisbətən ucuz qiymətə çıxarılır. Buna baxmayaraq, həmin ətlər normaldır, bütün tələblərə cavab verir, təhlükəsizdir və müvafiq təminata malikdir".
E.Hüseynov həmçinin vurğulayıb ki, Monqolustandan gətirilən ətlər dad baxımından yerli ətlərlə müqayisədə geri qalır:
"İnsanların damaq dadı yerli ətlərə öyrəşdiyindən, Monqolustandan gətirilən ətlər ağızda dadsızlıq hissi yaradır. Lakin buna baxmayaraq, bu ətlər normal qida məhsuludur və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tam nəzarətdə saxlanılır".
Qeyd edək ki, ölkəmizə Monqolustandan dondurulmuş qoyun əti idxalı həyata keçirilir. Bu ətin kiloqramı 12-14 manata təklif olunur.
IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə dan
Suriyada kürd məsələsi niyə beynəlxalq hərbi, diplomatik və institusiona
Özünü Antiterror əməliyyatənda şəhid olan hərbçinin xanımı kimi təq
"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki
Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında
Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölk�
3 gün əvvəl Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni D
Balı yenidən axıcı və maye halına gətirmək üçün cəmi bir neçə sad�
"Journal of Child Psychology and Psychiatry" jurnalında dərc olunan
Qapı gözlənilmədən döyüldükdə təşvişə düşməyə ehtiyac yoxdur.
Mütəxəssislər qrip və yüksək hərarətlə müşayiət olunan virus infeks
İspanaq yarpaqlarının arasında gizlənən qum və palçıq çox vaxt adi yum
