DİNdən işğaldan azad olunan ərazilərə səfər edənlərə MÜRACİƏT
Digərləri 27 Dek 2025 10:44:00 83 0
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diyarlarda - doğma Qarabağda qeyd etmək bayrama xüsusi şövq qatır. Polis əməkdaşları bu sevinc və qürura uyğun davranır, vətəndaşların tətil günlərini işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq şəraitində keçirməsi üçün gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün zəruri tədbirləri həyata keçirirlər.
Bu xəbəri də oxu: Qrip zamanı isti vanna qəbul etmək təhlükəlidir
Son.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq. Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.
Bir daha nəzərinizə çatdırırıq ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.
Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı - Qarabağın hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək. Bayramınız mübarək!
Aysel Son.az
Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-
Bir çox şirkətlərdə maaşlar ayın əvvəlindən 10-na qədər verilsə də
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o c�
IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə dan
Suriyada kürd məsələsi niyə beynəlxalq hərbi, diplomatik və institusiona
Özünü Antiterror əməliyyatənda şəhid olan hərbçinin xanımı kimi təq
"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki
Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında
Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölk�
3 gün əvvəl Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni D
Balı yenidən axıcı və maye halına gətirmək üçün cəmi bir neçə sad�
"Journal of Child Psychology and Psychiatry" jurnalında dərc olunan
