Ölkədən qaçan gömrük əməkdaşı xalq şairinin oğlu imiş
Digərləri 11 Dek 2025 19:04:00 71 0
Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı - Tahir Tahiri və Əvəz adlı gömrük işçiləri məsuliyyətdən yayınmaq üçün İrana qaçıb.
Bu xəbəri də oxu: Videonun səsli forması ilk dəfə yayıldı Qızı edibmiş
Son.az Bakupost.az-a istinadla xəbər verir ki, DGK-nın İrana qaçan əməkdaşı Tahir Tahiri xalq şairi Söhrab Tahirin oğludur.
Xatırladaq ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, İdarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər.
Fərid Usubov, uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.
Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir və əlavə məlumat veriləcək. Son.az
Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nə
Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı açıqlaması ilə s
Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir alə
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XI
2025-cü il dekabrın 12-dən 2026-cü il yanvarın 11-dək Moskva şəhərində
Əməkdar artist Cabir Abdullayev 60 illik yubileyinə hazırlaşır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı i
Bakının məşhur "Tarqovu"sunda qeyri-adi və romantik evlilik tək
Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyi
İdarə etdiyi "VAZ 2121" markalı avtomobillə paytaxtdan, bacısın
Ukrayna Silahlı Qüvvələrinin itkiləri 1 milyonu keçib.
Əli Kərimli ilə bağlı baş verən proseslər bütövlükdə müxalifətin r
Rusiya lideri Vladimir Putin Türkmənistana səfəri zamanı türkiyəli hə
