Gələn ilin qeyriiş günləri məlum oldu AÇIQLAMA


Digərləri 11 Dek 2025 17:54:00 76 0

Gələn ilin qeyriiş günləri məlum oldu  AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Bu barədə Son.az-a Nazirlikdən məlumat verilib.

2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar - Yeni il bayramı;

20 Yanvar - Ümumxalq Hüzn Günü;

8 Mart - Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart - Novruz bayramı;

20, 21 mart -- Ramazan bayramı;

9 May -- Faşizm üzərində Qələbə günü;

27, 28 may - Qurban bayramı;

28 May - Müstəqillik Günü;

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü;

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

8 Noyabr - Zəfər Günü;

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, 2026-cı ildə beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir.

2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-ı bayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı günlərdir), iş günü hesab edilməyən 107 istirahət günü (onlardan 5-i iş günü hesab edilməyən bayram günləri ilə, 3-ü Qurban və Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan 3-ü üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.

Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının "İstehsalat təqvimləri" altbölməsində (https://sosial.gov.az/az/faydali/istehsalat-teqvimi) yerləşdirilib.

"Tarqovu"da maraqlı evlilik TƏKLİFİ like
  • 11 Dek 17:22  
Digərləri "Tarqovu"da maraqlı evlilik TƏKLİFİ

Bakının məşhur "Tarqovu"sunda qeyri-adi və romantik evlilik tək

arrow Ətraflı
“Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm”  Bakıda maraqlı hadisə like
  • 11 Dek 17:11  
Digərləri “Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm” Bakıda maraqlı hadisə

Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyi

arrow Ətraflı
Bacısının yasından qayıdan kişi qəzaya düşdü, digər bacısı da öldü like
  • 11 Dek 17:06  
Digərləri Bacısının yasından qayıdan kişi qəzaya düşdü, digər bacısı da öldü

İdarə etdiyi "VAZ 2121" markalı avtomobillə paytaxtdan, bacısın

arrow Ətraflı
"Ukrayna ordusunun itkiləri 1 milyonu keçib" like
  • 11 Dek 16:58  
Dünya "Ukrayna ordusunun itkiləri 1 milyonu keçib"

Ukrayna Silahlı Qüvvələrinin itkiləri 1 milyonu keçib.

arrow Ətraflı
Putin sabah Ərdoğanla görüşəcək like
  • 11 Dek 16:44  
Dünya Putin sabah Ərdoğanla görüşəcək

Rusiya lideri Vladimir Putin Türkmənistana səfəri zamanı  türkiyəli hə

arrow Ətraflı
İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Turalın axtarışları davam edir like
  • 11 Dek 16:32  
Digərləri İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Turalın axtarışları davam edir

İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarı

arrow Ətraflı
Rusiyada universitetdə güclü partlayış  Direktor öldü like
  • 11 Dek 16:27  
Dünya Rusiyada universitetdə güclü partlayış Direktor öldü

Permdə universitet laboratoriyasında partlayış baş verib.

arrow Ətraflı
Türkiyəli tanınmış jurnalist saxlanıldı  FOTO like
  • 11 Dek 16:27  
Digərləri Türkiyəli tanınmış jurnalist saxlanıldı FOTO

Türkiyəli jurnalist Ənvər Aysevər polis tərəfindən saxlanılıb.

arrow Ətraflı
Videonun səsli forması ilk dəfə yayıldı  Qızı edibmiş like
  • 11 Dek 16:20  
Digərləri Videonun səsli forması ilk dəfə yayıldı Qızı edibmiş

İstanbul və Yalova polisi tanınmış müğənni Güllü (əsl adı Gül Tut)

arrow Ətraflı
Mingəçevir və Yevlaxda dörd ixtisas üzrə ustad dərsləri təşkil olunacaq like
  • 11 Dek 15:59  
Kriminal Mingəçevir və Yevlaxda dörd ixtisas üzrə ustad dərsləri təşkil olunacaq

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

arrow Ətraflı
Dekabr ayının sonları üç bürc vacib qərar verəcək like
  • 11 Dek 15:28  
Digərləri Dekabr ayının sonları üç bürc vacib qərar verəcək

Dekabr ayında üç bürcün nümayəndələri həyatlarındakı əsas dönüş

arrow Ətraflı
"67 ildir hər qış bu yolda əziyyət çəkirik...”  VİDEO like
  • 11 Dek 15:19  
Digərləri "67 ildir hər qış bu yolda əziyyət çəkirik...” VİDEO

İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsi

arrow Ətraflı
Onların da məzuniyyəti 46 gün olacaq like
  • 11 Dek 15:15  
Digərləri Onların da məzuniyyəti 46 gün olacaq

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilər

arrow Ətraflı