Bacısının yasından qayıdan kişi qəzaya düşdü, digər bacısı da öldü
Digərləri 11 Dek 2025 17:06:00 75 0
İdarə etdiyi "VAZ 2121" markalı avtomobillə paytaxtdan, bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb.
Bu xəbəri də oxu: "67 ildir hər qış bu yolda əziyyət çəkirik...” VİDEO
A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra, dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Son.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol qəzasının xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.
Unutmayaq ki, sürücünün etinasız yanaşdığı ən xırda məqam, təhlükə anında böyük risklər yarada bilir!", - açıqlamada deyilir.
Ukrayna Silahlı Qüvvələrinin itkiləri 1 milyonu keçib.
Əli Kərimli ilə bağlı baş verən proseslər bütövlükdə müxalifətin r
Rusiya lideri Vladimir Putin Türkmənistana səfəri zamanı türkiyəli hə
İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarı
Permdə universitet laboratoriyasında partlayış baş verib.
Türkiyəli jurnalist Ənvər Aysevər polis tərəfindən saxlanılıb.
İstanbul və Yalova polisi tanınmış müğənni Güllü (əsl adı Gül Tut)
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
Dekabr ayında üç bürcün nümayəndələri həyatlarındakı əsas dönüş
İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsi
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilər
Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərb�
"The Marvelous Mrs. Maisel" və "New Amsterdam" kimi məşhu
Məhkəmə ekspertizası fəaliyyətinin maliyyə dayanıqlılığının təmin
Rusiyalı aktrisa Natalya Rudova "Super" nəşrinə müsahibəsində h
