Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq etdi
Digərləri 29 Okt 2025 16:26:00 75 0
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib.
Bu xəbəri də oxu: Elektron siqaretlər də asılılıq yaradır
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb.
Elton Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb.
Bildirilir ki, AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib.
İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bununla yanaşı, mediada həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcək hərəkətlərə görə Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib.
Bu gün "Bolmart" mağazalar şəbəkəsinin icraçı direktoru Ramil
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya ç
Hindistana səfər edən Moskva sakini həyatını itirib.
Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən
ABŞ sakini, 70 yaşlı Elis Conson boşandıqdan sonra həyatında yeni səhif�
Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi
Müxtəlif KİV-lərdə keçmiş "Sovetski" adlanan ərazidə tarixi b
Şəmkirin Kür qəsəbəsi 1975-ci ildə salınıb. Həmin vaxt Şəmkir Su Ele
Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəşt
Tanınmış meyxanaçı Rüfət Nasosnu sosial mediada yayılan yeni görüntül
Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən gö
Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması i
Bakıda həyat yoldaşını parkda bıçaqlayaraq qətlə yetirməkdə təqsirl�
AMEA-da 2020-2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı apar
Bakıda 20-dən çox şəxsə qarşı dələduzluq edilib.
