“Bolmart” rəhbəri yayılan məlumatlara aydınlıq gətirdi FOTO


Digərləri 29 Okt 2025 16:17:00 84 0

“Bolmart” rəhbəri yayılan məlumatlara aydınlıq gətirdi  FOTO

Bu gün "Bolmart" mağazalar şəbəkəsinin icraçı direktoru Ramil Məmmədli mətbuat konfransı keçirib.

Son.az xəbər verir ki, o, son günlər mətbuatda "Bolmart" mağazalar şəbəkəsinin bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

R. Məmmədli bildirib ki, mağazalar şəbəkəsinin bağlanmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil. Lakin bir filial icarə ilə bağlı yaranmış problemlər səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb: "Bildiyiniz kimi, "Bolmart" artıq 10 ilə yaxındır ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu illər ərzində pandemiya dövrü də daxil olmaqla, icarə ödənişlərimizdə heç bir gecikmə olmayıb, heç vaxt güzəşt tələb edilməyib. Şirkətimiz 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bu günədək bütün öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir".

İcraçı direktor qeyd edib ki, sözügedən mağazaya 5 milyon manatdan artıq yatırım qoyulub və burada 200-ə yaxın əməkdaş çalışır: "Həmin obyekt şəbəkəmizin ən rentabelli mağazalarından biridir. Lakin vurğulamaq istəyirik ki, bu mağazanın bağlanması yalnız bir ticarət nöqtəsinin itirilməsi anlamına da gəlməməlidir. Bu, şirkətin kredit öhdəliklərinə, gələcək fəaliyyətinə və ən əsası 6000 əməkdaşımızın iş təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu vəziyyət həmçinin ölkəmizdə işsizliyin azaldılması istiqamətində həyata keçirilən sosial-iqtisadi siyasətə də uyğun deyil".

Ramil Məmmədli vurğulayıb ki, "Bolmart" Azərbaycanda 100 ən çox vergi ödəyən şirkətlərdən biridir: "Biz eyni zamanda azad olunmuş ərazilərin bərpasına milyonlarla manat könüllü vəsait ayırmışıq. Hazırda "Bolmart" mağazalar şəbəkəsi şəhid olmuş əməkdaşlarının ailəsinə onların əməkhaqlarını tam şəkildə ödəyir. Qazilərə mütəmadi aylıq ödənişlər həyata keçirir".

"Hazırda söhbət yalnız bir mağazadan gedir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra obyekt bizə məlumat verilmədən başqa şəxslərə icarəyə verilib. Halbuki müqaviləmizin 2.3-cü maddəsində açıq şəkildə göstərilir ki, obyekt başqa şəxsə icarəyə veriləcəyi halda ilk növbədə həmin şərtlər "Bolmart"a təklif edilməlidir. Bu şərt və bizim hüququmuz pozulub. Biz dəfələrlə obyekt sahibinin nümayəndələrindən bizi obyekt sahibi ilə birbaşa görüşdürməyi xahiş etmişik. Təəssüf ki, bu görüş hələ də təşkil edilməyib. Biz hesab edirik ki, obyekt sahibinə vəziyyət tam şəkildə izah edildikdə o, ədalətli qərar verəcək və uzun illərdir ölkədə minlərlə insanın iş yeri ilə təmin olunmasına töhfə verən bir şirkətin fəaliyyətinin risk altına düşməsinə imkan verməyəcək", - icraçı direktor əlavə edib.

R.Məmmədli sonda bir daha vurğulayıb ki, "Bolmart" mağazalar şəbəkəsi fəaliyyətini tam şəkildə davam etdirir: "Heç bir mağazamızın bağlanması gündəmdə deyil. Məqsədimiz qarşıdurma deyil, dialoq və hüquqi çərçivədə ədalətli həll yolu tapmaqdır".

Güllünün qızı anasının ölümündə ittiham olunur  Mesajları ortaya çıxdı  FOTO like
  • 29 Okt 16:09  
Şou-biznes Güllünün qızı anasının ölümündə ittiham olunur Mesajları ortaya çıxdı FOTO

Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya ç

arrow Ətraflı
Hindistana istirahətə gedən qadın infeksiyadan öldü like
  • 29 Okt 16:00  
Digərləri Hindistana istirahətə gedən qadın infeksiyadan öldü

Hindistana səfər edən Moskva sakini həyatını itirib.

arrow Ətraflı
Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri  SİYAHI like
  • 29 Okt 15:55  
Digərləri Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri SİYAHI

Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən

arrow Ətraflı
70 yaşında ərindən boşandı, striptizə başladı  FOTO like
  • 29 Okt 15:50  
Digərləri 70 yaşında ərindən boşandı, striptizə başladı FOTO

ABŞ sakini, 70 yaşlı Elis Conson boşandıqdan sonra həyatında yeni səhif�

arrow Ətraflı
İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu  FOTO like
  • 29 Okt 15:44  
Digərləri İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu FOTO

Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi

arrow Ətraflı
“Sovetski”dəki tarixi bina sökülür?  RƏSMİ AÇIQLAMA like
  • 29 Okt 15:22  
Digərləri “Sovetski”dəki tarixi bina sökülür? RƏSMİ AÇIQLAMA

Müxtəlif KİV-lərdə keçmiş "Sovetski" adlanan ərazidə tarixi b

arrow Ətraflı
Şəmkirin Kür qəsəbəsi 50 ildir dəyişməz qalıb like
  • 29 Okt 15:16  
Digərləri Şəmkirin Kür qəsəbəsi 50 ildir dəyişməz qalıb

Şəmkirin Kür qəsəbəsi 1975-ci ildə salınıb. Həmin vaxt Şəmkir Su Ele

arrow Ətraflı
Aylığı 236477 manat olan güzəştli mənzilləri necə almaq olar?  İZAH like
  • 29 Okt 14:45  
Digərləri Aylığı 236477 manat olan güzəştli mənzilləri necə almaq olar? İZAH

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəşt

arrow Ətraflı
Övladı olmayan meyxanaçının azyaşlı uşağa baxışları gündəm oldu like
  • 29 Okt 14:42  
Şou-biznes Övladı olmayan meyxanaçının azyaşlı uşağa baxışları gündəm oldu

Tanınmış meyxanaçı Rüfət Nasosnu sosial mediada yayılan yeni görüntül

arrow Ətraflı
“WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb  XƏBƏRDARLIQ like
  • 29 Okt 14:27  
Digərləri “WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb XƏBƏRDARLIQ

Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən gö

arrow Ətraflı
Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq like
  • 29 Okt 14:25  
Digərləri Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması i

arrow Ətraflı
Bakıda kişi həyat yoldaşını parkda qətlə yetirib  MƏHKƏMƏ like
  • 29 Okt 14:17  
Digərləri Bakıda kişi həyat yoldaşını parkda qətlə yetirib MƏHKƏMƏ

Bakıda həyat yoldaşını parkda bıçaqlayaraq qətlə yetirməkdə təqsirl�

arrow Ətraflı
"Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm"  Elton Məmmədov like
  • 29 Okt 14:13  
Digərləri "Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm" Elton Məmmədov

AMEA-da 2020-2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı apar

arrow Ətraflı
17 yaşlı gəlin toyda bu səbəbdən ölübmüş  TƏBİBdən açıqlama like
  • 29 Okt 13:48  
Digərləri 17 yaşlı gəlin toyda bu səbəbdən ölübmüş TƏBİBdən açıqlama

Astarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanı

arrow Ətraflı