Bakıda kişi həyat yoldaşını parkda qətlə yetirib MƏHKƏMƏ
Digərləri 29 Okt 2025 14:17:00 80 0
Bakıda həyat yoldaşını parkda bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bu xəbəri də oxu: İş yerində siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏK
Son.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.
Təqsirləndirilənin anası ifadəsində bildirib ki, oğlunun ailəsində münaqişələr uzun müddət davam edib:
"Gəlin böyük-kiçik yeri bilmirdi. Oğlumla söz-söhbətləri olurdu. Oğlumun Elnur adlı uşaqlıq dostu vardı, tez-tez evə gəlirdi. Eşitdiyimə görə, oğlum evdə olmayanda gəlin qapını açıb onu içəri buraxıb. Mən demirəm aralarında münasibət var idi, sadəcə şübhələnirdim".
Ana, həmçinin qeyd edib ki, oğlu həyat yoldaşını hicab taxmağa məcbur etməyib və onda psixi pozğunluq müşahidə etməyib.
Hadisə şahidi olan 17 yaşlı yeniyetmə isə ifadəsində deyib:
"Parkda dostumla oturmuşduq. Kiminsə - "kömək edin!" - deyə qışqırdığını eşitdik. Qaçıb baxanda gördüm ki, qadın yerdə uzanıb, kişi bıçaqla onun qoluna vurur. Qadın can verirdi, sonra təcili yardım gəlib apardı".
Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin olunub.
İttiham aktına əsasən, 35 yaşlı Natiq Məhərrəmov Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində həyat yoldaşı, 39 yaşlı Sevinc Məhərrəmovanı bıçaqlayaraq qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb.
AMEA-da 2020-2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı apar
Bakıda 20-dən çox şəxsə qarşı dələduzluq edilib.
Astarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanı
Foto model və müğənni Müjgan Ayxanın açıqlaması marağa səbəb olub.
Türkiyənin Alanya şəhərində yol qəzasına düşən 27 yaşlı azərbaycan
Prezident İlham Əliyev "Beynəlxalq ticarətdə müəyyən təhlükəli k
Azərbaycanda siqaret çəkənlər və onları işəgötürən müəssələr cə
Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi madd�
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.
Bakının mərkəzi küçələrində bir qrup vətəndaşın avtomobillə davran
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-cü illərdə baş ve
Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy g�
Türkiyənin məşhur müğənnisi Əmrah uzun fasilədən sonra Bakıda konsert
Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icman�
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanı
