Türkiyədə saxlanılan məşhurların son görüntüləri


Şou-biznes 08 Okt 2025 19:06:00 89 0

Türkiyədə saxlanılan məşhurların son görüntüləri

İstanbulda narkotik vasitələrdən istifadə ittihamı ilə aparılan istintaq çərçivəsində aralarında Dilan Polat, İrem Derici, Hadisə, Demet Evgar kimi məşhur adların da olduğu bir qrup şəxs ifadə vermək üçün İl Jandarma Komandanlığına aparılıb. İfadə prosesi başa çatdıqdan sonra həmin şəxslər tibbi testlər üçün Adli Tibb İnstitutuna göndərilib.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İl Jandarma Komandanlığı tərəfindən həyata keçirilən əməliyyatda Dilan Polat, Engin Polat, İrem Derici, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünataç, Demet Evgar Babataş və Feyza Altun daxil olmaqla ümumilikdə 19 nəfər ifadə vermək və qan analizi üçün bölməyə aparılıb.

İfadələrdən sonra onların qan, sidik və saç nümunələrinin götürülməsi üçün Adli Tibb İnstitutuna göndərildiyi, bəzi məşhurların yaxınlarının isə dəstək üçün bölməyə gəldiyi bildirilib.

Aktrisa Hatice Aslan, həmkarı Demet Evgar üçün Jandarma bölməsinə gələrək dəstək verib. O, istintaqa görə çəkiliş setlərinin dayandığını açıqlayıb.

İrem Dericinin vəkili Ayşegül Mermer bildirib ki, bu istintaq çərçivəsində bir çox sənətçi və aktyor ifadə verir: "İrem Derici son bir ildə siqaret belə çəkməyib. Narkotik maddə istifadəsi və ya buna təşviq kimi iddialar əsassızdır. Laboratoriya nəticələri də bunu göstərəcək. Bu bir saxlanılma əməliyyatı deyil, sadəcə məlumat toplanmasıdır."

Mermer həmçinin Simge Sağın və Ziynet Salinin hazırda xaricdə olduğunu və qayıtdıqdan sonra ifadə verəcəklərini deyib.

Dilan Polatın vəkili Sevinç Horoz isə bildirib: "Hazırda nəyə görə çağırıldığımız dəqiq bilinmir. Konkret ittiham yoxdur. Müvəkkillərim daha əvvəl qan və saç analizindən keçib və təmiz nəticələr alıblar. Bu, sadəcə mövcudlu ifadəvermə prosedurudur, gözaltı deyil."

İfadə vermək və tibbi testlərdən keçmək üçün bölməyə aparılan tanınmış şəxslər bunlardır:

İrem Derici

Kubilay Aka

Kaan Yıldırım

Hadisə Açıkgöz

Berrak Tüzünataç

Duygu Özaslan Mutaf

Demet Evgar Babataş

Zeynep Meriç Aral Keskin

Özge Özpirinçci

Mert Yazıcıoğlu

Feyza Altun

Derin Talu

Deren Talu

Ziynet Sali

Birce Akalay

Metin Akdülger

Ceren Moray Orcan

Dilan Polat

Engin Polat

Lalə Qüdrətova Son.az


Xəbərə aid fotolar

Ofelyaya əri bahalı maşın ALDI like
  • 08 Okt 18:45  
Şou-biznes Ofelyaya əri bahalı maşın ALDI

Müğənni Ofelya Şabanova yenidən diqqət mərkəzinə düşüb.

arrow Ətraflı
Bakıda piyadalar üçün dərs  Polis ölüm anlarını göstərdi like
  • 08 Okt 18:37  
Digərləri Bakıda piyadalar üçün dərs Polis ölüm anlarını göstərdi

Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etmə

arrow Ətraflı
Yardımlıda müəllimin şagirdini döyməsinə dair iddia araşdırılır like
  • 08 Okt 18:19  
Digərləri Yardımlıda müəllimin şagirdini döyməsinə dair iddia araşdırılır

"Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamark

arrow Ətraflı
Öldürülən şagird polkovnikleytenantın oğlu imiş like
  • 08 Okt 18:03  
Kriminal Öldürülən şagird polkovnikleytenantın oğlu imiş

Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu

arrow Ətraflı
Müğənni canlı yayımda yıxılsa da, mikrafonu buraxmadı like
  • 08 Okt 18:00  
Şou-biznes Müğənni canlı yayımda yıxılsa da, mikrafonu buraxmadı

Müğənni Səbinə Selcan qonaq olduğu efirdə gülüş hədəfi olub.

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert keçirilib  FOTO like
  • 08 Okt 17:56  
Kriminal Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert keçirilib FOTO

Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert ke�

arrow Ətraflı
Musa qısqanclıqdan "dəliyə döndü": Təranəni qucaqlayan kişiyə elə reaksiya verdi ki... like
  • 08 Okt 17:45  
Şou-biznes Musa qısqanclıqdan "dəliyə döndü": Təranəni qucaqlayan kişiyə elə reaksiya verdi ki...

Müğənnilər Musa Musayev və Təranə Qumral paytaxt məkanlarının birində

arrow Ətraflı
İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI like
  • 08 Okt 17:40  
Digərləri İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI

İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıq

arrow Ətraflı
207 saylı bağçada qalmaqal: Direktor vəzifəsindən getdi like
  • 08 Okt 17:38  
Digərləri 207 saylı bağçada qalmaqal: Direktor vəzifəsindən getdi

Valideynlər 207 nömrəli dövlət uşaq bağçasının rəhbəri Yeganə Sadı

arrow Ətraflı
Prezident Fərman imzaladı like
  • 08 Okt 17:12  
Siyasət Prezident Fərman imzaladı

Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 Vt və daha yuxarı gücə malik o

arrow Ətraflı
2 vəkilin fəaliyyəti dayandırıldı like
  • 08 Okt 16:41  
Digərləri 2 vəkilin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

arrow Ətraflı
Baku TVyə xəbərdarlıq edildi like
  • 08 Okt 16:15  
Digərləri Baku TVyə xəbərdarlıq edildi

Oktyabrın 8-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti ic

arrow Ətraflı
Vəfa Şərifovadan etiraf: "Atamı tanımamışam" like
  • 08 Okt 16:14  
Şou-biznes Vəfa Şərifovadan etiraf: "Atamı tanımamışam"

Vəfa Şərifova atası ilə bağlı açıqlama verib. 

arrow Ətraflı