İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI


Digərləri 08 Okt 2025 17:40:00 66 0

İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI

İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb.

Son.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur. Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır. Qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir.

Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval "təhlükəli zona" adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər.

Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət zəminində baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan "Escherichia coli" bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər.

AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.

207 saylı bağçada qalmaqal: Direktor vəzifəsindən getdi like
  • 08 Okt 17:38  
Digərləri 207 saylı bağçada qalmaqal: Direktor vəzifəsindən getdi

Valideynlər 207 nömrəli dövlət uşaq bağçasının rəhbəri Yeganə Sadı

arrow Ətraflı
Prezident Fərman imzaladı like
  • 08 Okt 17:12  
Siyasət Prezident Fərman imzaladı

Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 Vt və daha yuxarı gücə malik o

arrow Ətraflı
2 vəkilin fəaliyyəti dayandırıldı like
  • 08 Okt 16:41  
Digərləri 2 vəkilin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

arrow Ətraflı
Baku TVyə xəbərdarlıq edildi like
  • 08 Okt 16:15  
Digərləri Baku TVyə xəbərdarlıq edildi

Oktyabrın 8-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti ic

arrow Ətraflı
Vəfa Şərifovadan etiraf: "Atamı tanımamışam" like
  • 08 Okt 16:14  
Şou-biznes Vəfa Şərifovadan etiraf: "Atamı tanımamışam"

Vəfa Şərifova atası ilə bağlı açıqlama verib. 

arrow Ətraflı
Binəqədi sakinlərinə ŞAD XƏBƏR: Bu yola asfalt çəkiləcək like
  • 08 Okt 15:56  
Digərləri Binəqədi sakinlərinə ŞAD XƏBƏR: Bu yola asfalt çəkiləcək

Bir müddət əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yolun hərəkət

arrow Ətraflı
Gəncədə qətlə yetirilən məktəbli oğlanın FOTOsu like
  • 08 Okt 15:45  
Digərləri Gəncədə qətlə yetirilən məktəbli oğlanın FOTOsu

Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib.

arrow Ətraflı
Azərbaycanlı tərəfindən qaçırıldığı deyilən türkiyəli qız tapıldı  FOTO like
  • 08 Okt 15:43  
Digərləri Azərbaycanlı tərəfindən qaçırıldığı deyilən türkiyəli qız tapıldı FOTO

Türkiyənin Sakarya şəhərində itkin düşən və azərbaycanlı yeniyetm�

arrow Ətraflı
Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular like
  • 08 Okt 15:23  
Digərləri Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular

Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa olublar.

arrow Ətraflı
Çimdiyi suyu 85 manata satan modellə bağlı araşdırma başladı like
  • 08 Okt 15:15  
Digərləri Çimdiyi suyu 85 manata satan modellə bağlı araşdırma başladı

Polis "OnlyFans" modelinin qeyri-adi addımı ilə bağlı araşdırm

arrow Ətraflı
Bu gün və sabah meteor yağışı olacaq like
  • 08 Okt 15:07  
Dünya Bu gün və sabah meteor yağışı olacaq

Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq.

arrow Ətraflı
Bakıda BYD ilə avtoşluq etdi, həbs olundu like
  • 08 Okt 15:00  
Digərləri Bakıda BYD ilə avtoşluq etdi, həbs olundu

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.

arrow Ətraflı
Ərini çarpayıdan yıxıb öldürən qadına hökm oxundu  Azadlığa çıxa biləcək like
  • 08 Okt 14:55  
Digərləri Ərini çarpayıdan yıxıb öldürən qadına hökm oxundu Azadlığa çıxa biləcək

Ərini ehtiyatsızlıq nəticəsində öldürməkdə ittiham olunan 39 yaşlı R

arrow Ətraflı