Prezident Fərman imzaladı
Siyasət 08 Okt 2025 17:12:00 61 0
Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına, 2026-cı il iyulun 1-dən 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib.
Bu xəbəri də oxu: Prezident Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib FOTO
Son.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Beləliklə, elektrik közərmə lampalarının idxalına münasibətdə Dövlət Gömrük Komitəsi adından inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından - Komitənin sədri, onun müavinləri, Komitənin Aparatının Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəisi, onun müavinləri, həmin baş idarənin idarə, şöbə (bölmə) rəisləri, Komitənin Aparatının İstintaq idarəsinin rəisi, onun müavinləri, Komitənin sisteminə daxil olan ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin və gömrük idarələrinin rəisləri, onların müavinləri, şöbə rəisləri, onların müavinləri, bölmə rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər və təhqiqatçılar, elektrik közərmə lampalarının istehsalına münasibətdə Energetika Nazirliyi adından - energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş protokol tərtib edəcək.
Elektrik közərmə lampalarının satışına münasibətdə inzibati xətanı aşkar etmiş Energetika Nazirliyi adından energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş, inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından - Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi protokol tərtib etmək səlahiyyətində olacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
"Pis vərdişim olub, hamı bilir"

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Oktyabrın 8-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti ic

Vəfa Şərifova atası ilə bağlı açıqlama verib.

Bir müddət əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yolun hərəkət

Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib.

Türkiyənin Sakarya şəhərində itkin düşən və azərbaycanlı yeniyetm�

Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa olublar.

Polis "OnlyFans" modelinin qeyri-adi addımı ilə bağlı araşdırm

Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq.

Ərini ehtiyatsızlıq nəticəsində öldürməkdə ittiham olunan 39 yaşlı R

"Bakı Metropoliteni" QSC-nin şöbə rəisi işdən çıxıb.

Mübariz Tağıyev, Elxan Şirinov, Nurlan Əzizbəyli və digər tanınmış if
