Kamaləddin Qafarov: “TDT geosiyasi mərkəz statusuna yüksəlir”


Siyasət 08 Okt 2025 14:35:00 90 0

Kamaləddin Qafarov: “TDT geosiyasi mərkəz statusuna yüksəlir”

"Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü təkcə dost və qardaş xalqların növbəti görüşü deyil, eyni zamanda, türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm tarixi hadisə kimi dəyərləndirilə bilər. Cənab Prezident İlham Əliyevin bu Zirvə toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan türk dövlətləri arasında həm siyasi nüfuzu, həm iqtisadi gücü, həm də diplomatik çevikliyi ilə bu birliyin aparıcı dayaqlarından biridir. Onun sözləri bir konsepsiyanı təsdiqlədi: artıq Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, geosiyasi mərkəz statusuna yüksəlir".

Bu sözləri mətbuata bəyanatında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, türk xalqlarının ortaq tarixi, etnik və mənəvi dəyərlərə sahib olduqları barədə  Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir:

"Dövlət başçısının çıxışında türk xalqlarını bir ailə kimi birləşdirən dəyərlərlə bağlı ifadə olunan fikirlər əslində türk dünyasının tarixi inkişaf konsepsiyasının qısa xülasəsi idi. Bu birlik coğrafi sərhədləri aşan ideya olmaqla yanaşı, müstəqil inkişaf yolunu seçmiş ölkələrin qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq modelidir. Azərbaycan bu birliyin iqtisadi və siyasi təməllərinin möhkəmlənməsi üçün konkret addımlar atır. Katibliyin hesabına 2 milyon ABŞ dolları ianənin köçürülməsi də məhz bu istiqamətdə praktiki dəstəyin ifadəsidir. Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə artan nüfuzu həm qlobal, həm də regional güc balansında yeni reallıqlar yaradır. Daxili sabitlik, demoqrafik üstünlük, strateji resurslar və artan hərbi potensial təşkilatı qlobal arenada etibarlı aktora çevirir. Cənab Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, bu gün türk dünyası təkcə tarixi bağlarla deyil, həm də müasir çağırışlara çevik cavab vermək bacarığı ilə seçilir. Bu, birliyimizin davamlılığını təmin edən əsas amildir".

K. Qafarov Azərbaycanın təşkilat çərçivəsində həyata keçirdiyi təşəbbüslərin həm də ölkəmizin müstəqil və praqmatik xarici siyasət xəttinin uğurlu nəticəsi olduğunu da vurğulayıb:

"Şuşada, Budapeştdə və bu dəfə Qəbələdə keçirilən zirvə görüşləri türk həmrəyliyinin yeni mərhələsini formalaşdırır. Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində TDT- də həm siyasi, həm də iqtisadi inteqrasiyanın konturları daha dəqiq müəyyənləşir. Dövlətimizin başçısı təşkilatı "vahid güc mərkəzi" kimi təqdim etməklə türk dünyasının strateji məqsədini açıq şəkildə ifadə etdi. Bu gün türk dövlətlərinin birliyi yalnız etnik və mədəni ideya deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından yeni əməkdaşlıq modelidir. Azərbaycanın təcrübəsi göstərir ki, milli maraqları qorumaqla, eyni zamanda, ortaq mənafeyə xidmət etmək mümkündür. Bu model türk birliyinin dayanıqlı gələcəyinə inamı artırır. Qəbələdə səslənən fikirlər isə bir daha təsdiq etdi ki, türk dünyasının sabahı birgə gücdə və qarşılıqlı etimadda olmaqla, strateji həmrəyliyə söykənir".

Qadın estetik əməliyyatına pul verməyən kişinin başını ƏZDİ like
  • 08 Okt 14:23  
Kriminal Qadın estetik əməliyyatına pul verməyən kişinin başını ƏZDİ

Xuliqanlıqda təqsirləndirilən Sabrina Məmmədovanın (adı, soyadı şərti

arrow Ətraflı
Kiberpolis Bakıda əməliyyat keçirdi  Bu onlayn qumar şəbəkələri ifşa olundu like
  • 08 Okt 14:11  
Digərləri Kiberpolis Bakıda əməliyyat keçirdi Bu onlayn qumar şəbəkələri ifşa olundu

Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi

arrow Ətraflı
"Tramp bu məsələdə bizdən kömək istədi"  Ərdoğan like
  • 08 Okt 14:10  
Dünya "Tramp bu məsələdə bizdən kömək istədi" Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatın�

arrow Ətraflı
Sürücülərdən ŞİKAYƏT: “Hər dəfə bu yolu dönəndə qorxuruq” like
  • 08 Okt 13:35  
Digərləri Sürücülərdən ŞİKAYƏT: “Hər dəfə bu yolu dönəndə qorxuruq”

Ağstafa sakinləri rayonu iki hissəyə ayıran və 17 kəndi mərkəzlə birl�

arrow Ətraflı
16 yaşlı yeniyetmə qətlə yetirildi like
  • 08 Okt 13:33  
Kriminal 16 yaşlı yeniyetmə qətlə yetirildi

Gəncədə qətl hadisəsi baş verib.

arrow Ətraflı
Bu gün nişanı olacaqdı, saxlanıldı  FOTO like
  • 08 Okt 13:22  
Şou-biznes Bu gün nişanı olacaqdı, saxlanıldı FOTO

Xəbər verdiyimiz kimi, İstanbulda keçirilən irimiqyaslı narkotik əməliyy

arrow Ətraflı
Canlı yayımda uşaq dünyaya gətirdi  FOTO like
  • 08 Okt 13:12  
Digərləri Canlı yayımda uşaq dünyaya gətirdi FOTO

Amerikalı Fendi körpəsinin doğulma anını "Twitch" platformasın

arrow Ətraflı
Azərbaycanda bu ərazidə pensiyalar tam ödənildi like
  • 08 Okt 13:01  
Digərləri Azərbaycanda bu ərazidə pensiyalar tam ödənildi

Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiya ödənişləri b

arrow Ətraflı
Prezident Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib  FOTO like
  • 08 Okt 12:54  
Siyasət Prezident Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvati

arrow Ətraflı
Hərbi qulluqçumuz vəfat etdi  SƏBƏB  FOTO like
  • 08 Okt 12:54  
Digərləri Hərbi qulluqçumuz vəfat etdi SƏBƏB FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.

arrow Ətraflı
Bu avtobuslar da 60 qəpik oldu  YENİ SİYAHI like
  • 08 Okt 12:48  
Digərləri Bu avtobuslar da 60 qəpik oldu YENİ SİYAHI

Tarif dəyişikliyinin şamil olunduğu avtobusların yeni siyahısı elan edili

arrow Ətraflı
Bacısının yanında özünə məzar yeri hazırlatdırdı like
  • 08 Okt 12:30  
Şou-biznes Bacısının yanında özünə məzar yeri hazırlatdırdı

Azərbaycanlı müğənni vəsiyyətini açıqladı

arrow Ətraflı
Un bahalaşdı  FOTO like
  • 08 Okt 12:22  
Digərləri Un bahalaşdı FOTO

Azərbaycanda 6 oktyabr tarixindən unun son topdansatış qiymətləri məlum o

arrow Ətraflı