Sürücülərdən ŞİKAYƏT: “Hər dəfə bu yolu dönəndə qorxuruq”
Digərləri 08 Okt 2025 13:35:00 70 0
Ağstafa sakinləri rayonu iki hissəyə ayıran və 17 kəndi mərkəzlə birləşdirən körpünün istismara yararsız vəziyyətdə olmasından narazılıq edirlər.
Bu xəbəri də oxu: “Azadlıq qəzeti” saxtakarlığa yol verərək erməni blogerin Azərbaycanla bağlı hazırladığı videonu “Türkiyə mediası yayıb” adı ilə təqdim etdi
Son.az xəbər verir ki, onların sözlərinə görə, alternativ yolun da normal vəziyyətdə olmaması sürücüləri gündəlik təhlükə ilə üz-üzə qoyur:
"Üç aydır ki, əsas yolu bağlayıblar. Alternativ yol isə o qədər pisdir ki, hər dəfə döngəyə girəndə qorxudan ürəyim sıxılır. Burada tez-tez maşınlar bir-birinə çırpılır. Körpüdə heç bir təmir işləri aparılmır. Bu yolda dəfələrlə qəza keçirmişəm. Yolların vəziyyəti bərbaddır."
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən körpü 1961-ci ildə tikilib və Ağstafa rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədinə gedən avtomobil yolunun 462-ci kilometrində dəmir yolu xəttinin üzərində yerləşir:
"Yol ötürücünün qəzalı vəziyyətdə olması ilə əlaqədar müraciətlər əsasında sözügedən məsələyə aidiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi məqsədilə Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Aidiyyəti qurumların, həmçinin Fövqəladə Hallar Nazirliyinin yol ötürücünün texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə rəyi və paralelində alternativ yol ötürücünün mövcudluğunu nəzərə alaraq Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən qəzalı vəziyyətdə olan yol ötürücüdə nəqliyyat hərəkətinin qadağan edilməsi barədə qərar qəbul edilib. Qəzalı körpünün bərpası ilə bağlı hazırda hər hansı qərar yoxdur".
Asya Son.az
Xəbərə aid video
Xəbər verdiyimiz kimi, İstanbulda keçirilən irimiqyaslı narkotik əməliyy

Amerikalı Fendi körpəsinin doğulma anını "Twitch" platformasın

Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiya ödənişləri b

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvati

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.

Əməkdar artist Şəbnəm Tapdıq maraqlı açıqlamalar verib.

Tarif dəyişikliyinin şamil olunduğu avtobusların yeni siyahısı elan edili

Azərbaycanlı müğənni vəsiyyətini açıqladı

Azərbaycanda 6 oktyabr tarixindən unun son topdansatış qiymətləri məlum o

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verən yol-nəqliyyat hadis�

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin �

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayra

Bir müddət əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yolun hərəkət

İqlim dəyişikliyi artıq gələcəyin abstrakt təhdidi deyil. Bu gün o, bey
