Qadın estetik əməliyyatına pul verməyən kişinin başını ƏZDİ


Kriminal 08 Okt 2025 14:23:00 79 0

Qadın estetik əməliyyatına pul verməyən kişinin başını ƏZDİ

Xuliqanlıqda təqsirləndirilən Sabrina Məmmədovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Son.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin isə apellyasiya şikayəti qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hökmü ləğv edilib. Sabrina Məmmədova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının çəkilməsi qadının himayəsində olan 2013-cü il tarixdə doğulmuş uşağının 14 yaşına çatanadək təxirə salınıb.

İttihama görə, hadisə 2 sentyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinin kəsişməsində yerləşən "Green kafe"nin həyətində qeydə alınıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Sabrina Məmmədova təxminən 7-8 il qeyri-rəsmi münasibətdə olduğu, zərərçəkmiş Səttar Balayevdən (adı, soyadı şərtidir) estetik əməliyyatlar üçün 10-15 min manat civarında pul tələb edib. Səttar isə bu tələbi yerinə yetirməkdən imtina etdikdə aralarında mübahisə yaranıb və onlar ayrılmaq qərarına gəliblər.

Hadisədən bir müddət sonra zərərçəkmiş dostu ilə birlikdə "Green kafe"də olarkən Sabrina Məmmədova ora gələrək eks sevgilisinə yaxınlaşıb. Məhkəmə materiallarına əsasən, qadın yüksək səslə Səttara təhqirlər yağdırıb və daha sonra masanın üzərindəki mobil telefonu götürərək bir neçə dəfə onun başına çırpıb. Nəticədə Səttar yüngül dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş şəxs ifadəsində qadının ondan dəfələrlə estetik əməliyyatlar və ev üçün pul istədiyini, bu səbəbdən münasibətlərində gərginlik yarandığını və hadisəyə görə onu bağışlamadığını deyib.

Məhkəmənin qərarı ilə Sabrina Məmmədova 800 manat cərimə edilib.  /Pravda.Az

Kiberpolis Bakıda əməliyyat keçirdi  Bu onlayn qumar şəbəkələri ifşa olundu like
  • 08 Okt 14:11  
Digərləri Kiberpolis Bakıda əməliyyat keçirdi Bu onlayn qumar şəbəkələri ifşa olundu

Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi

arrow Ətraflı
"Tramp bu məsələdə bizdən kömək istədi"  Ərdoğan like
  • 08 Okt 14:10  
Dünya "Tramp bu məsələdə bizdən kömək istədi" Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatın�

arrow Ətraflı
Sürücülərdən ŞİKAYƏT: “Hər dəfə bu yolu dönəndə qorxuruq” like
  • 08 Okt 13:35  
Digərləri Sürücülərdən ŞİKAYƏT: “Hər dəfə bu yolu dönəndə qorxuruq”

Ağstafa sakinləri rayonu iki hissəyə ayıran və 17 kəndi mərkəzlə birl�

arrow Ətraflı
16 yaşlı yeniyetmə qətlə yetirildi like
  • 08 Okt 13:33  
Kriminal 16 yaşlı yeniyetmə qətlə yetirildi

Gəncədə qətl hadisəsi baş verib.

arrow Ətraflı
Bu gün nişanı olacaqdı, saxlanıldı  FOTO like
  • 08 Okt 13:22  
Şou-biznes Bu gün nişanı olacaqdı, saxlanıldı FOTO

Xəbər verdiyimiz kimi, İstanbulda keçirilən irimiqyaslı narkotik əməliyy

arrow Ətraflı
Canlı yayımda uşaq dünyaya gətirdi  FOTO like
  • 08 Okt 13:12  
Digərləri Canlı yayımda uşaq dünyaya gətirdi FOTO

Amerikalı Fendi körpəsinin doğulma anını "Twitch" platformasın

arrow Ətraflı
Azərbaycanda bu ərazidə pensiyalar tam ödənildi like
  • 08 Okt 13:01  
Digərləri Azərbaycanda bu ərazidə pensiyalar tam ödənildi

Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiya ödənişləri b

arrow Ətraflı
Prezident Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib  FOTO like
  • 08 Okt 12:54  
Siyasət Prezident Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvati

arrow Ətraflı
Hərbi qulluqçumuz vəfat etdi  SƏBƏB  FOTO like
  • 08 Okt 12:54  
Digərləri Hərbi qulluqçumuz vəfat etdi SƏBƏB FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.

arrow Ətraflı
Bu avtobuslar da 60 qəpik oldu  YENİ SİYAHI like
  • 08 Okt 12:48  
Digərləri Bu avtobuslar da 60 qəpik oldu YENİ SİYAHI

Tarif dəyişikliyinin şamil olunduğu avtobusların yeni siyahısı elan edili

arrow Ətraflı
Bacısının yanında özünə məzar yeri hazırlatdırdı like
  • 08 Okt 12:30  
Şou-biznes Bacısının yanında özünə məzar yeri hazırlatdırdı

Azərbaycanlı müğənni vəsiyyətini açıqladı

arrow Ətraflı
Un bahalaşdı  FOTO like
  • 08 Okt 12:22  
Digərləri Un bahalaşdı FOTO

Azərbaycanda 6 oktyabr tarixindən unun son topdansatış qiymətləri məlum o

arrow Ətraflı
Qəzada ölən bacılar Astaradan Ağdaşa həkimə gediblərmiş  TƏFƏRRÜAT like
  • 08 Okt 11:57  
Digərləri Qəzada ölən bacılar Astaradan Ağdaşa həkimə gediblərmiş TƏFƏRRÜAT

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verən yol-nəqliyyat hadis�

arrow Ətraflı