Hər tikəsi ömrü qısaldır Bəh bəhlə yeyilir, amma orqanları sıradan çıxarır
Digərləri 30 Sen 2025 00:41:00 58 0
Süfrələrimizdə tez-tez yer alan və bir çox insanın sevimlisi olan bəzi qidalar əslində səssiz şəkildə sağlamlığımıza ciddi zərər vurur. Xüsusilə emal olunmuş və qatqı maddələri ilə dolu məhsullar, hər dişləkdə bədənimizə zərbə endirərək ürək-damar sistemini sıradan çıxarır, xolesterolu, şəkəri və təzyiqi təhlükəli həddə qaldıra bilir.
Michigan Universitetinin alimləri tərəfindən hazırlanan "Sağlam Qidalanma İndeksi" modelinə əsasən, bəzi ultra-emal olunmuş qidalar hər porsiyada sağlam ömürdən dəqiqələr oğurlayır.
Budur ən çox istehlak edilən və ömrünüzdən vaxt "aparacağı" bildirilən 4 təhlükəli qida Sosisli sendviç - 36 dəqiqə "aparır"
Hot dog və digər emal olunmuş ət məhsulları tərkibindəki yüksək duz, doymuş yağ, qatqılar və konservantlar səbəbilə sağlamlıq üçün təhlükəlidir.
Ürək-damar xəstəliklərinin riskini artırır.
Yüksək duz miqdarı təzyiqi qaldıra bilər.
Nitrit və nitrozamin maddələri xərçəng riski ilə əlaqələndirilir.
Emal olunmuş ət və ya vetçina - 24 dəqiqə "aparır"
Vetçina və oxşar məhsullar sağlam ömrü azaldır. Michigan araşdırmasına görə, bu qidalardan bir porsiya təxminən 24 dəqiqə itkiyə səbəb ola bilər.
Pis xolesterolu (LDL) artırır.
Doymuş yağ və natrium yükü ürək üçün təhlükəlidir.
Uzunmüddətli istehlak bağırsaq xərçəngi riskini artıra bilər.
Şirin və ya aspartamlı içkilər - 12 dəqiqə "aparır"
Qazlı içkilər və süni tatlandırıcılı məhsullar təxminən 12 dəqiqəlik sağlam ömür itkisinə səbəb olur.
Qan şəkərində ani sıçrayışlar yaradır, insulin müqaviməti və tip 2 diabet riskini artırır.
Fruktoz çoxluğu qaraciyər yağlanmasına gətirib çıxarır.
Obezlik, diş çürüməsi və metabolik sindrom kimi problemlərə yol aça bilər.
Çizburger - 9 dəqiqə "aparır"
Fast-food menyularının sevimlisi olan çizburgerlər yüksək kalori, doymuş yağ və trans yağ tərkibi ilə sağlamlıq üçün təhlükə yaradır.
Kilo artımına və piylənməyə səbəb ola bilər.
Xolesterolun yüksəlməsi, damarların tıxanması və diabet riskini artırır.
Tərkibindəki emal olunmuş maddələr bədəndə iltihab yarada bilər.
Michigan Universiteti 5.800-dən çox qidanı həm sağlamlığa, həm də ətraf mühitə təsirinə görə qiymətləndirib. Modellərə əsasən, kiçik dəyişikliklər (məsələn, emal olunmuş ətin 10%-ni meyvə, tərəvəz və qoz-fındıqla əvəz etmək) belə gündəlik sağlam ömrü artırmağa kömək edə bilər.
Alimlər bildirir ki, bu cür modellər dəqiq nəticə vermək üçün deyil, daha şüurlu qidalanma vərdişləri formalaşdırmaq üçündür. Çünki hər qidanın təsiri insandan insana fərqli ola bilər. Lalə Qüdrətova Son.az
"Üzeyir bəyin 140 illiyinə həsr olunmuş tədbirlə bağlı Cabirə zə

Yalovanın Çınarcık rayonunda yaşadığı mənzilin altıncı mərtəbəsind

Bir vaxtlar yalnız yaşlılarda rast gəlinən ürək xəstəlikləri, artıq 2

Xəbər verdiyimiz kimi, ötən gün SSRİ Xalq artisti Zeynəb Xanlarovanın 25

Bəy toyu günü bıçaqlandı... Onun yanında olan 2 dostu və dayısı da bı

Son.az 30 sentyabr üçün günün ulduz falını təqdim edir:

Kamil Zeynallı: "İdman infarkt yaratmır, infarkt əsəbdən stressdən o

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu Ağ Ev

ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş naziri Benyamin Netanyahu arasın

Tanınmış Hollivud aktyoru Ceyson Stethem sevgilisi Rozi Hantinqton-Uaytli�

Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların sualla

"Mənim dostum, qardaşım, mənim Cabirim artıq yoxdur... Onun ürəyi da

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mononatrium qlütamat (E 621) −

Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzv
