Azərbaycanda idman zalında ölən məşhurlar


Digərləri 29 Sen 2025 19:04:00 76 0

Azərbaycanda idman zalında ölən məşhurlar

Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Cabir İmanov paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək dünyasını dəyişib.

Qeyd edək ki, son illər idman zallarında tez-tez bu cür ölüm hadisələrinə rast gəlinir. Hətta bəzən peşəkar məşqçilər də məşq zamanı dünyasını dəyişirlər.

Son.az Azərbaycanda idman zallarında baş verən ölüm hadisələri ilə bağlı məlumatları təqdim edir:

2016-cı il, 3 fevral - "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becelin Bakıdakı ticarət mərkəzlərindən birində yerləşən idman zalında məşq edərkən vəziyyəti pisləşib. Dərhal təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi infarkt olaraq göstərilib.

2020-ci il, 5 yanvar - Bakıda 27 yaşlı fitnes müəllimi İnam Bayramov məşq zamanı qəfil yerə yıxılıb və ürəktutmadan həyatını itirib.

2021-ci il, 22 oktyabr - Səbail rayonu ərazisində yerləşən idman zalında 1991-ci il təvəllüdlü fitnes məşqçisi Teymur Məmmədrzayev vəfat edib. Zal sahibi Ceyhun Vəliyev bildirib ki, mərhum anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkib və ekspertiza rəyinə görə məşq zamanı epilepsiya tutması baş verib.

2023-cü il, 9 may - "Qarabağ" futbol klubunun oyunçusu Şirxan Həsənzadə məşq zamanı ürəyi dayanaraq vəfat edib.

2023-cü il, 10 mart - Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Vurğun Rezidens" idman zalında 1983-cü il təvəllüdlü Həsən Quliyevin məşq zamanı qəfil halı pisləşib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər Həsən Quliyev keçinib.

Mövzu ilə bağlı kardioloq-həkim Azər Mustafayev açıqlamasında idmanın ürəyə yüklənmə verdiyini və tarixən ağır atletika, fitneslə məşğul olan professional idmançıların çoxunun 50 yaşda ürək problemindən öldüyünü bildirib:

"Uzun müddət ağır idman növləri ilə məşğul olduqda ürək normadan çox yüklənir və bu onu belə deyək az da olsaş zədələyir. Adi insanlar isə illərlə idman etməyən , buna öyrəşməyən bədəni idmanla formaya salmaq, arıqıamaq üçün idmana gedəndə, ürək bu yükə alışa bilmir.

Ona görə də 40 yaşdan sonra idmana başlayan insan hər il mütəmadi stress test müayinəsindən keçməlidir".

Mütəxəssis hesab edir ki, Cabir İmanovun qəfil ölümünün səbəbi aterosklerotik düyünün dağılması, yaxud da idmançılarda çox rast gəlinən ürək zədələnməsi nəticəsində geniş miokard infarktı və ya ciddi aritmiya olub:

"Yarışlara çıxan professional idmançılara gəlincə, onlar müəyyən preparatlar, qida əlavələri qəbul edirlər ki, bu da da müəyyən qədər mənfi təsir edir. Cabir İmanov professional idmanla məşğul olurdusa, o, kişilər üçün təhlükəli yaş dövrünə keçdiyi üçün risk altında idi.

İstənilən idman növünə gedən insan mütləq həkim müayinəsindən, stress testindən keçməlidir ki, onda nəsə olub -olmadığı bilinsin.

Adi insanlar sağlamlıq üçün fiziki aktivliklə məşğul olsalar, yaxşıdır. İdman ayrıdır, fiziki aktivlik ayrı. İdmanda ürək süni şəkldə yüklənir. Əgər Cabir İmanov 3-5 ay əvvəl stress testdən keçsəydi, onun ürəyinin hansı yükə tab gətirə bilib-bilməyəciyini təxmin etmək olardı. Həkim problem görəndə xəstə məlumatlandırılır və fiziki aktivlik qalmaq şərtilə idmanı saxlaya bilər".

Azər Mustafayev bildirdi ki, 40-50 yaşlı insanı geniş miokard infarktıdan xilas etmək daha çətindir, nəinki yaşlı insanları. Çünki yaşlı insanlarda qoruyucu alternativ damar şəbəkəsi olur. Yaşlı insanlar sakit vəziyyətdə infarkt olur, ştanq qaldırmır, ağırlıq qaldırmır, qaçmır, cavan adam isə kəskin, ağır yükləmə altında olanda ürək əzələsi daha çox zədələnir". (bakupost.az)

Cabir İmanovun ölün anı  Anbaan VİDEO like
  • 29 Sen 18:53  
Digərləri Cabir İmanovun ölün anı Anbaan VİDEO

Əməkdar artist Cabir İmanovun ölüm anının videosu yayılıb. 

arrow Ətraflı
Xaricilərə neçə azərbaycanlı uşaq övladlığa verilib? like
  • 29 Sen 18:46  
Digərləri Xaricilərə neçə azərbaycanlı uşaq övladlığa verilib?

Övladlığa verilmə prosesi cəmiyyətin ən həssas mövzularından biridir.

arrow Ətraflı
Cabir İmanovun səs yazısı yayıldı  VİDEO like
  • 29 Sen 18:36  
Digərləri Cabir İmanovun səs yazısı yayıldı VİDEO

Xalq artisti Natiq Şirinovun oğlu Ümid bu gün vəfat edən Əməkdar artist

arrow Ətraflı
Özcandan vida mesajı "Məni bir daha görməyəcəksiniz" like
  • 29 Sen 18:30  
Şou-biznes Özcandan vida mesajı "Məni bir daha görməyəcəksiniz"

Türkiyə musiqisinin sevilən adlarından olan Özcan Dəniz dünən axşam İs

arrow Ətraflı
Əməkdar artistin nəşi Əjdərbəy məscidinə aparılıb like
  • 29 Sen 18:25  
Digərləri Əməkdar artistin nəşi Əjdərbəy məscidinə aparılıb

Əməkdar artist Cabir İmanovun nəşi təşrih üçün Səhiyyə Nazirliyi Mə

arrow Ətraflı
İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır like
  • 29 Sen 18:21  
Digərləri İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır

"Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt halları

arrow Ətraflı
Cabir İmanovun evinin qarşısında Bəhram Bağırzadənin halı pisləşdi like
  • 29 Sen 18:10  
Digərləri Cabir İmanovun evinin qarşısında Bəhram Bağırzadənin halı pisləşdi

Xəbər verdiyimiz kimi, Əməkdart artist Cabir İmanov dünyasını dəyişib.

arrow Ətraflı
24 yaşlı miqrant ölkədə qalmaq üçün hər gün şagird kimi məktəbə getdi like
  • 29 Sen 18:00  
Dünya 24 yaşlı miqrant ölkədə qalmaq üçün hər gün şagird kimi məktəbə getdi

ABŞ-də 24 yaşlı Venesuela vətəndaşı özünü yeniyetmə kimi təqdim ed�

arrow Ətraflı
Məktəblərdə dərslərin müddəti 40 dəqiqə olacaq?  RƏSMİ AÇIQLAMA like
  • 29 Sen 17:47  
Digərləri Məktəblərdə dərslərin müddəti 40 dəqiqə olacaq? RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddət

arrow Ətraflı
"Məni heç kim işdən qova bilməz..." like
  • 29 Sen 17:39  
Şou-biznes "Məni heç kim işdən qova bilməz..."

Tanınmış teleaparıcı Səidə Bəkirqızı aparıcısı olduğu verilişdə

arrow Ətraflı
Prezident İlham Əliyev Si Cinpini təbrik edib like
  • 29 Sen 17:32  
Siyasət Prezident İlham Əliyev Si Cinpini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Çinin sədri Si Cinpinə təbrik məktubu

arrow Ətraflı
Trampı məhkəməyə verdilər like
  • 29 Sen 17:30  
Digərləri Trampı məhkəməyə verdilər

ABŞ-in Oreqon ştatı Prezident Donald Trampın qərarına görə onun administ

arrow Ətraflı