İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır


Digərləri 29 Sen 2025 18:21:00 73 0

İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır

"Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır. Əvvəla, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir".

Son.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb. 

O qeyd edib ki, bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur:

"Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır.

İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır.

Üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir".

R. Mahmudov bildirib ki, bütün bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır:

- İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test).

- Enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq.

- İdman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq.

- Şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçmək.

Deputatın sözlərinə görə, nəticə etibarilə idman sağlamlıq üçündür, amma yanlış yanaşma ilə qəfil təhlükəyə çevrilə bilər. Ona görə də sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır.

Qeyd edək ki, bu gün Əməkdar artist Cabir İmanov idman zalında qəfil ürəktutmadan vəfat edib. 

Cabir İmanovun evinin qarşısında Bəhram Bağırzadənin halı pisləşdi like
  • 29 Sen 18:10  
Digərləri Cabir İmanovun evinin qarşısında Bəhram Bağırzadənin halı pisləşdi

Xəbər verdiyimiz kimi, Əməkdart artist Cabir İmanov dünyasını dəyişib.

arrow Ətraflı
24 yaşlı miqrant ölkədə qalmaq üçün hər gün şagird kimi məktəbə getdi like
  • 29 Sen 18:00  
Dünya 24 yaşlı miqrant ölkədə qalmaq üçün hər gün şagird kimi məktəbə getdi

ABŞ-də 24 yaşlı Venesuela vətəndaşı özünü yeniyetmə kimi təqdim ed�

arrow Ətraflı
Məktəblərdə dərslərin müddəti 40 dəqiqə olacaq?  RƏSMİ AÇIQLAMA like
  • 29 Sen 17:47  
Digərləri Məktəblərdə dərslərin müddəti 40 dəqiqə olacaq? RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddət

arrow Ətraflı
"Məni heç kim işdən qova bilməz..." like
  • 29 Sen 17:39  
Şou-biznes "Məni heç kim işdən qova bilməz..."

Tanınmış teleaparıcı Səidə Bəkirqızı aparıcısı olduğu verilişdə

arrow Ətraflı
Prezident İlham Əliyev Si Cinpini təbrik edib like
  • 29 Sen 17:32  
Siyasət Prezident İlham Əliyev Si Cinpini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Çinin sədri Si Cinpinə təbrik məktubu

arrow Ətraflı
Trampı məhkəməyə verdilər like
  • 29 Sen 17:30  
Digərləri Trampı məhkəməyə verdilər

ABŞ-in Oreqon ştatı Prezident Donald Trampın qərarına görə onun administ

arrow Ətraflı
Bu tarixdən hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq  XƏBƏRDARLIQ like
  • 29 Sen 17:22  
Digərləri Bu tarixdən hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i g

arrow Ətraflı
Ekspert: Qiymət artımı sərnişinlərə ağır gəlməyəcək like
  • 29 Sen 17:21  
Digərləri Ekspert: Qiymət artımı sərnişinlərə ağır gəlməyəcək

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov

arrow Ətraflı
600 kilometrdə Çin maşının mühərriki "dağıldı"  VİDEO like
  • 29 Sen 17:20  
Digərləri 600 kilometrdə Çin maşının mühərriki "dağıldı" VİDEO

Çin avtomobilləri ilə bağlı narazılıqlar artmaqdadır.

arrow Ətraflı
Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib  FOTO like
  • 29 Sen 17:11  
Siyasət Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əməkdar artist Cabir

arrow Ətraflı
Əməkdar artist: "Maşına ehtiyacım var" like
  • 29 Sen 17:10  
Şou-biznes Əməkdar artist: "Maşına ehtiyacım var"

Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Müəllimlərin iş yerinin dəyişdirilməsinin nəticələri AÇIQLANDI like
  • 29 Sen 17:02  
Digərləri Müəllimlərin iş yerinin dəyişdirilməsinin nəticələri AÇIQLANDI

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticə

arrow Ətraflı
Bütün hava limanları fəaliyyətini dayandırdı  Bu ölkədə like
  • 29 Sen 16:45  
Dünya Bütün hava limanları fəaliyyətini dayandırdı Bu ölkədə

Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) özünəxidmət qeydiyyat köş

arrow Ətraflı