Prezident İlham Əliyev Si Cinpini təbrik edib


Siyasət 29 Sen 2025 17:32:00 67 0

Prezident İlham Əliyev Si Cinpini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Çinin sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, təbrikdə deyilir:

"Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizin liderliyiniz sayəsində iqtisadi, sənaye, hərbi, yüksək texnologiyalar, innovasiya, elm və digər bütün sahələrdə mühüm nailiyyətlər əldə edən Çin dünyanın ən qabaqcıl ölkələri sırasında qərarlaşmış, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmişdir. Bu il ərzində dost ölkənizə həyata keçirdiyim iki səfər zamanı Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı quruculuq işlərini, möhtəşəm inkişafı və nailiyyətləri əyani şəkildə görmək məndə böyük təəssürat oyatdı.

Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir.

Bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat-kommunikasiya, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. "Kəmər və yol" layihəsinin uğurla icrası, xüsusilə də onun vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artması təqdirəlayiqdir. Eyni zamanda vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsinin insanlararası təmasların və turizmin inkişafına, iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsinə mühüm təkan verəcəyinə inanıram.

Hörmətli cənab Sədr,

Əminəm ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, hərtərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir xoş gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Trampı məhkəməyə verdilər like
  • 29 Sen 17:30  
Digərləri Trampı məhkəməyə verdilər

ABŞ-in Oreqon ştatı Prezident Donald Trampın qərarına görə onun administ

arrow Ətraflı
Bu tarixdən hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq  XƏBƏRDARLIQ like
  • 29 Sen 17:22  
Digərləri Bu tarixdən hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i g

arrow Ətraflı
Ekspert: Qiymət artımı sərnişinlərə ağır gəlməyəcək like
  • 29 Sen 17:21  
Digərləri Ekspert: Qiymət artımı sərnişinlərə ağır gəlməyəcək

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov

arrow Ətraflı
600 kilometrdə Çin maşının mühərriki "dağıldı"  VİDEO like
  • 29 Sen 17:20  
Digərləri 600 kilometrdə Çin maşının mühərriki "dağıldı" VİDEO

Çin avtomobilləri ilə bağlı narazılıqlar artmaqdadır.

arrow Ətraflı
Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib  FOTO like
  • 29 Sen 17:11  
Siyasət Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əməkdar artist Cabir

arrow Ətraflı
Əməkdar artist: "Maşına ehtiyacım var" like
  • 29 Sen 17:10  
Şou-biznes Əməkdar artist: "Maşına ehtiyacım var"

Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Müəllimlərin iş yerinin dəyişdirilməsinin nəticələri AÇIQLANDI like
  • 29 Sen 17:02  
Digərləri Müəllimlərin iş yerinin dəyişdirilməsinin nəticələri AÇIQLANDI

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticə

arrow Ətraflı
Bütün hava limanları fəaliyyətini dayandırdı  Bu ölkədə like
  • 29 Sen 16:45  
Dünya Bütün hava limanları fəaliyyətini dayandırdı Bu ölkədə

Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) özünəxidmət qeydiyyat köş

arrow Ətraflı
Hər üç dost eyni səbəbdən həyatını itirib like
  • 29 Sen 16:39  
Digərləri Hər üç dost eyni səbəbdən həyatını itirib

Bəzən həyatın ən ağır ironiyası odur ki, insanları illərlə güldürə

arrow Ətraflı
Gümüş BAHALAŞDI like
  • 29 Sen 16:30  
Digərləri Gümüş BAHALAŞDI

"Comex" birjasında 2025-ci ilin dekabr ayına olan gümüş fyuçersl

arrow Ətraflı
Akademiyaya yeni prorektor təyin olundu like
  • 29 Sen 16:26  
Digərləri Akademiyaya yeni prorektor təyin olundu

Həbibə Vaqif qızı Məmmədova Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Elm

arrow Ətraflı
65 yaşlı Kibariye hamilədir? like
  • 29 Sen 16:06  
Şou-biznes 65 yaşlı Kibariye hamilədir?

Türkiyənin tanınmış müğənnisi Kibariyənin yeni görüntüləri sosial �

arrow Ətraflı
"Dünən bir yerdə toyda idik..."  Cabirdən yazdı like
  • 29 Sen 16:02  
Şou-biznes "Dünən bir yerdə toyda idik..." Cabirdən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün qəfil dünyas�

arrow Ətraflı
Xəzər quruyur: Azərbaycanı nələr gözləyir?  AÇIQLAMA like
  • 29 Sen 16:00  
Digərləri Xəzər quruyur: Azərbaycanı nələr gözləyir? AÇIQLAMA

Xəzər dənizinin vəziyyəti getdikcə daha da ağırlaşır. Bir vaxtlar geni

arrow Ətraflı