Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib FOTO


Siyasət 27 Sen 2025 13:46:00 66 0

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı memorial lövhənin qarşısına əklil qoydu.

Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər.

Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin "Toçka-U", "Smerç", "SCUD" və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.

Bildirildi ki, Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə - yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz - krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.

Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

Muzeydə "XX əsrin əvvəli", "Deportasiya və məcburi köçkünlük", "Soyqırımı və kütləvi qırğınlar", "Atəşkəs və Vətən müharibəsi dövrü", "İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru" və "İşıqlı gələcəyə doğru" mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.

Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada, həmçinin 1948-1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.

Növbəti bölmələrdə 1987-1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə - atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.

Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.

Sonra Prezident İlham Əliyevin Gəncə Memorial Kompleksində şəhər sakinləri ilə səmimi görüşü oldu.

X X X

Qeyd edək ki, bu memorial yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi raket hücumları təkcə Cenevrə konvensiyalarını deyil, həm də bəşəriyyətin ən fundamental mənəvi dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq hüququn tələblərinə sadiq qalaraq yalnız legitim hərbi hədəfləri vurub, qisasını döyüş meydanında alıb.

Gəncə Memorial Kompleksi həm də gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır. Bu şərəfli tarixi isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı.

Allah şəhidlərimizə rəhmət eləsin!


Xəbərə aid fotolar

Bu ölkə Ukraynaya yardım edəcək like
  • 27 Sen 13:35  
Dünya Bu ölkə Ukraynaya yardım edəcək

Polşa Prezidenti Karol Navrotski Ukraynadan olan və işləməyən şəxslərə

arrow Ətraflı
Bakıda belə taksi sürücüləri də var  DİQQƏTLİ OLUN! like
  • 27 Sen 13:17  
Digərləri Bakıda belə taksi sürücüləri də var DİQQƏTLİ OLUN!

Bu gün taksi xidmətlərindən istifadə edənlər arasında ən çox müqayis�

arrow Ətraflı
Qanvermə aksiyası keçirilib  FOTO like
  • 27 Sen 12:58  
Digərləri Qanvermə aksiyası keçirilib FOTO

"Bir damla qan, min ümidə can" devizi ilə təşkil olunan qanvermə

arrow Ətraflı
Prezident “BakuBus” MMCnin Gəncə Avtoparkının açılışında iştirak edib  FOTO like
  • 27 Sen 12:55  
Siyasət Prezident “BakuBus” MMCnin Gəncə Avtoparkının açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də "

arrow Ətraflı
Güclü yanğın olan obyekt bu şirkətin imiş like
  • 27 Sen 12:50  
Digərləri Güclü yanğın olan obyekt bu şirkətin imiş

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anba

arrow Ətraflı
Hibrid müharibə: hücuma məruz qalmısınız, amma fərqində deyilsiniz like
  • 27 Sen 12:14  
Siyasət Hibrid müharibə: hücuma məruz qalmısınız, amma fərqində deyilsiniz

"Hibrid müharibə" anlayışı (ingiliscə hybrid warfare) 2000-ci il

arrow Ətraflı
İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi like
  • 27 Sen 12:11  
Digərləri İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi

İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib.

arrow Ətraflı
Şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib like
  • 27 Sen 12:00  
Digərləri Şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar bütün ölkə ərazisində Vətən M

arrow Ətraflı
Yataqda hərəkətsiz qalmaq beynin xəbərdarlıq mesajıdır  Açıqlama like
  • 27 Sen 12:00  
Digərləri Yataqda hərəkətsiz qalmaq beynin xəbərdarlıq mesajıdır Açıqlama

Telefonla yataqda uzun müddət uzanmaq və gündəlik işlərdən imtina etmək

arrow Ətraflı
Prezident Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib like
  • 27 Sen 11:55  
Siyasət Prezident Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevla

arrow Ətraflı
Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: "Elə burda ailə quracam"  FOTO like
  • 27 Sen 11:43  
Digərləri Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: "Elə burda ailə quracam" FOTO

Vətənə xidmət yalnız cəbhədə deyil, bilik meydanında da davam edir.

arrow Ətraflı
Bu rayonlarda da qaz olmayacaq like
  • 27 Sen 11:29  
Digərləri Bu rayonlarda da qaz olmayacaq

Sentyabrın 29-da Balakən və Qəbələ rayonlarının bəzi qəsəbə və kən

arrow Ətraflı
27 sentyabr – Böyük Zəfərə aparan yol like
  • 27 Sen 11:23  
Digərləri 27 sentyabr – Böyük Zəfərə aparan yol

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərə aparan yol 27 sent

arrow Ətraflı
Rusiyada ardarda baş vermiş müəmmalı ölümlər  Putinə yaxın adamlara nə olur?  FOTO like
  • 27 Sen 11:16  
Digərləri Rusiyada ardarda baş vermiş müəmmalı ölümlər Putinə yaxın adamlara nə olur? FOTO

Rusiyada son günlər ard-arda baş verən müəmmalı ölümlər ölkə gündə

arrow Ətraflı