27 sentyabr – Böyük Zəfərə aparan yol


Digərləri 27 Sen 2025 11:23:00 68 0

27 sentyabr – Böyük Zəfərə aparan yol

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərə aparan yol 27 sentyabr 2020-ci il tarixindən başlayaraq, nəticə etibarı ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına gətirib çıxarmışdır. 

Dövlətimiz 30 ilə yaxın bir müddətdə tarixə qovuşan silahlı münaqişəni diplomatik dinc yollarla danışıqlar masası arxasında həll etməyə çalışırdı. Lakin  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin yalnız kağız üzərində qalması, ATƏT-in Minsk Qrupunun fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirməsi, Ermənistanın nizamlama prosesində destruktiv mövqe tutması əyani şəkildə göstərirdi ki, beynəlxalq hüququ bərpa etmək üçün danışıqlar yolu və "beynəlxalq vasitəçilərin səyləri" yetərli deyil. 

Təcavüzkar Ermənistanın ardı-arası kəsilməyən təxribatları fonunda irimiqyaslı əks-hücum tədbirlərini həyata keçirən qəhrəman Ordumuz noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffrər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hazırlanan strategiyanın Silahlı Qüvvələrimiz tərəfindən parlaq formada həyata keçirilməsinin nəticəsində beynəlxalq hüquq və beynəlxalq ədalət hərbi-siyasi yolla bərpa edildi.  

Dövlət Başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olmuşdur.  27 sentyabr tarixi xalqımızın qəhrəmanlıq əzmini, əsgər və zabitlərimizin hücaətini əks etdirərək, milli iradənin təntənəsi kimi əbədi olaraq yaddaşlarda qalacaq. 

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü   Son.az

Rusiyada ardarda baş vermiş müəmmalı ölümlər  Putinə yaxın adamlara nə olur?  FOTO like
  • 27 Sen 11:16  
Digərləri Rusiyada ardarda baş vermiş müəmmalı ölümlər Putinə yaxın adamlara nə olur? FOTO

Rusiyada son günlər ard-arda baş verən müəmmalı ölümlər ölkə gündə

arrow Ətraflı
Kamaləddin Qafarov: “2020ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi” like
  • 27 Sen 11:00  
Siyasət Kamaləddin Qafarov: “2020ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

"Azərbaycanın 2020-ci ildə özünün ərazi bütövlüyünü təmin etm�

arrow Ətraflı
İlham Əliyevin ABŞa işgüzar səfəri başa çatıb like
  • 27 Sen 10:51  
Siyasət İlham Əliyevin ABŞa işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səf�

arrow Ətraflı
Yeni böyük müharibə qorxusu  Bu ölkələr hədəfdir like
  • 27 Sen 10:50  
Siyasət Yeni böyük müharibə qorxusu Bu ölkələr hədəfdir

Hazırda Avropa yeni böyük müharibə təhlükəsinin astanasındadır.

arrow Ətraflı
İşçiləri ruhdan salan sözlər araşdırıldı  Rəhbərlər ən çox bu ifadələri işlədir like
  • 27 Sen 10:40  
Digərləri İşçiləri ruhdan salan sözlər araşdırıldı Rəhbərlər ən çox bu ifadələri işlədir

Rəhbərlərin ən çox işlətdiyi ifadələrlə bağlı maraqlı araşdırma a

arrow Ətraflı
Qanun dəyişir: Kişilər də atalıq məzuniyyəti götürə biləcək like
  • 27 Sen 10:30  
Digərləri Qanun dəyişir: Kişilər də atalıq məzuniyyəti götürə biləcək

Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi ilə bağlı qanun lay

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 27 Sen 10:18  
Digərləri Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Çəkdiyi videolarla gündəmə gələn polkovnik həbsdən çıxmaq istədi, rədd cavabı aldı like
  • 27 Sen 10:15  
Digərləri Çəkdiyi videolarla gündəmə gələn polkovnik həbsdən çıxmaq istədi, rədd cavabı aldı

Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur

arrow Ətraflı
Çin yeni peykini orbitə çıxardı  Təbii fəlakətləri əvvəldən biləcəklər like
  • 27 Sen 10:12  
Digərləri Çin yeni peykini orbitə çıxardı Təbii fəlakətləri əvvəldən biləcəklər

Çin yeni nəsil "Fengyun-3H" meteoroloji peykini uğurla orbitə çı

arrow Ətraflı
Bazarlara vergi nəzarəti gücləndirilir  Bu tarixdən...  VİDEO like
  • 27 Sen 10:00  
Digərləri Bazarlara vergi nəzarəti gücləndirilir Bu tarixdən... VİDEO

Bazarlarda piştaxta icarə götürənlərə vergi nəzarəti gücləndirilir.

arrow Ətraflı
Şanlı qələbəmizin başlandığı gün: Qürur və Xatirə Günü like
  • 27 Sen 09:56  
Siyasət Şanlı qələbəmizin başlandığı gün: Qürur və Xatirə Günü

27 sentyabr Azərbaycanın öz torpaqlarını düşməndən azad etmək üçün

arrow Ətraflı
Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edirlər  FOTO like
  • 27 Sen 09:52  
Digərləri Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edirlər FOTO

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Baş na

arrow Ətraflı
Romantika, uğur və yeni başlanğıclar  Payızda bəxti açılacaq bürclər like
  • 27 Sen 09:47  
Digərləri Romantika, uğur və yeni başlanğıclar Payızda bəxti açılacaq bürclər

Payız bəzi insanlar üçün sakitlik, digərləri üçünsə yeni başlanğıc

arrow Ətraflı
Faciəvi şəkildə ölən müğənninin son görüntüləri like
  • 27 Sen 09:40  
Digərləri Faciəvi şəkildə ölən müğənninin son görüntüləri

Türkiyəli müğənninin faciəvi şəkildə ölməsi ilə bağlı məlumat ver

arrow Ətraflı