Kamaləddin Qafarov: “2020ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”


Siyasət 27 Sen 2025 11:00:00 92 0

Kamaləddin Qafarov: “2020ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

"Azərbaycanın 2020-ci ildə özünün ərazi bütövlüyünü təmin etmək və otuz illik erməni işğalına son qoymaq məqsədilə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalması, müasir dünyamızda ədalət prinsiplərinin demək olar ki, gözlənilmədiyini, beynəlxalq hüququn  işləmədiyini bir daha təsdiq etdi".

Son.az xəbər verir ki, bunu mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib  ki, ölkə Prezidenti cənab İlham Əliyev son beş ildə etdiyi bütün çıxışlarında, verdiyi müsahibələrində hər zaman vurğulamışdır ki, məhz qlobal siyasətdə tətbiq olunan ikili standartlar, beynəlxalq münasibətlərdə güc amilinin getdikcə daha çox ön plana çıxarılması Azərbaycanın öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə başlamasına səbəb olmuşdular.        

Millət vəkili keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən birinin məhz beynəlxalq riyakarlıq olduğunu xüsusi qeyd edib:

"Məlum olduğu kimi, ATƏT sentyabrın 1-də Minsk qrupunun ləğv olunduğunu açıqlayıb. Bu barədə təşkilatın Nazirlər Şurasının iclasında qərar qəbul olunub. Qeyd edək ki, bu qərar cənab Prezident İlham Əliyevin bir ay bundan öncə Vaşinqtona etdiyi işgüzar səfərinin daha bir tarixi əhəmiyyət kəsb edən nəticəsi kimi ortaya çıxdı. Belə ki, Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın baş naziri tərəfindən Ağ Evdə imzalanmış Birgə Bəyannamədə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bu təşkilatın sədrinin ünvanına birgə müraciət göndərilməsi barədə müddəa  yer almışdır. Keçmiş münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə hələ 1992-ci ildə təsis olunmuş bu qurum 29 illik fəaliyyəti dövründə məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. BMT isə, işğalçı Ermənistana təzyiq göstərməkdə açıq-aşkar acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. Bu, beynəlxalq riyakarlığın və ikili standartlar siyasətinin açıq-aşkar təzahürləri idi. Məhz bu amillər nəticə etibarı ilə torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğunu şərtləndirmişdir. Buna görə də cənab Prezident İlham Əliyev 2003-2020-ci illər ərzində etdiyi çıxışlarında hər zaman deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə buna nail olacağıq və tarix bu dəfə də möhtərəm dövlət başçımızın haqlı olduğunu nümayiş etdirdi".

Kamaləddin Qafarov ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasəti ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlandığını diqqətə çatdırıb:

"Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə ilk dəfə olaraq müvafiq siyasi qiymət verildi və 31 mart tarixi "Azərbaycanlıların Soyqırımı Günü" elan olundu. Ulu Öndər tərəfindən imzalanmış bu Fərman 1918-ci il hadisələri ilə bağlı aparılan tədqiqatlara yeni güclü təkan verdi. Məhz bundan sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Bu gün- 27sentyabr Azərbaycanda Anım Günüdür.    Ölkəmizin bütün guşələrində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, doğma Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunan silsilə tədbirlər həyata keçirilir. Azərbaycan dövləti və Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur".

İlham Əliyevin ABŞa işgüzar səfəri başa çatıb like
  • 27 Sen 10:51  
Siyasət İlham Əliyevin ABŞa işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səf�

arrow Ətraflı
Yeni böyük müharibə qorxusu  Bu ölkələr hədəfdir like
  • 27 Sen 10:50  
Siyasət Yeni böyük müharibə qorxusu Bu ölkələr hədəfdir

Hazırda Avropa yeni böyük müharibə təhlükəsinin astanasındadır.

arrow Ətraflı
İşçiləri ruhdan salan sözlər araşdırıldı  Rəhbərlər ən çox bu ifadələri işlədir like
  • 27 Sen 10:40  
Digərləri İşçiləri ruhdan salan sözlər araşdırıldı Rəhbərlər ən çox bu ifadələri işlədir

Rəhbərlərin ən çox işlətdiyi ifadələrlə bağlı maraqlı araşdırma a

arrow Ətraflı
Qanun dəyişir: Kişilər də atalıq məzuniyyəti götürə biləcək like
  • 27 Sen 10:30  
Digərləri Qanun dəyişir: Kişilər də atalıq məzuniyyəti götürə biləcək

Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi ilə bağlı qanun lay

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 27 Sen 10:18  
Digərləri Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Çəkdiyi videolarla gündəmə gələn polkovnik həbsdən çıxmaq istədi, rədd cavabı aldı like
  • 27 Sen 10:15  
Digərləri Çəkdiyi videolarla gündəmə gələn polkovnik həbsdən çıxmaq istədi, rədd cavabı aldı

Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur

arrow Ətraflı
Çin yeni peykini orbitə çıxardı  Təbii fəlakətləri əvvəldən biləcəklər like
  • 27 Sen 10:12  
Digərləri Çin yeni peykini orbitə çıxardı Təbii fəlakətləri əvvəldən biləcəklər

Çin yeni nəsil "Fengyun-3H" meteoroloji peykini uğurla orbitə çı

arrow Ətraflı
Bazarlara vergi nəzarəti gücləndirilir  Bu tarixdən...  VİDEO like
  • 27 Sen 10:00  
Digərləri Bazarlara vergi nəzarəti gücləndirilir Bu tarixdən... VİDEO

Bazarlarda piştaxta icarə götürənlərə vergi nəzarəti gücləndirilir.

arrow Ətraflı
Şanlı qələbəmizin başlandığı gün: Qürur və Xatirə Günü like
  • 27 Sen 09:56  
Siyasət Şanlı qələbəmizin başlandığı gün: Qürur və Xatirə Günü

27 sentyabr Azərbaycanın öz torpaqlarını düşməndən azad etmək üçün

arrow Ətraflı
Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edirlər  FOTO like
  • 27 Sen 09:52  
Digərləri Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edirlər FOTO

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Baş na

arrow Ətraflı
Romantika, uğur və yeni başlanğıclar  Payızda bəxti açılacaq bürclər like
  • 27 Sen 09:47  
Digərləri Romantika, uğur və yeni başlanğıclar Payızda bəxti açılacaq bürclər

Payız bəzi insanlar üçün sakitlik, digərləri üçünsə yeni başlanğıc

arrow Ətraflı
Faciəvi şəkildə ölən müğənninin son görüntüləri like
  • 27 Sen 09:40  
Digərləri Faciəvi şəkildə ölən müğənninin son görüntüləri

Türkiyəli müğənninin faciəvi şəkildə ölməsi ilə bağlı məlumat ver

arrow Ətraflı
Müdafiə Nazirliyi Anım Günü ilə bağlı VİDEO yaydı  Real kadrlar like
  • 27 Sen 09:35  
Digərləri Müdafiə Nazirliyi Anım Günü ilə bağlı VİDEO yaydı Real kadrlar

Müdafiə Nazirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı video-çarx paylaş�

arrow Ətraflı
Bakının bu rayonunun bəzi küçələrində qaz olmayacaq like
  • 27 Sen 09:21  
Digərləri Bakının bu rayonunun bəzi küçələrində qaz olmayacaq

Bakı şəhəri Xətai rayonunun bəzi küçələrinə təbii qazın verilişi d

arrow Ətraflı
İkinci Şəhidlər xiyabanına ziyarət başlayıb like
  • 27 Sen 09:15  
Digərləri İkinci Şəhidlər xiyabanına ziyarət başlayıb

Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından beş il ötür.

arrow Ətraflı