Prezident Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Siyasət 27 Sen 2025 11:55:00 95 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Bu xəbəri də oxu: İlham Əliyev 27 Sentyabr Anım Günü ilə əlaqədar paylaşım edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.
Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Son illərdə idman sahəsində görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycan beynəlxalq yarışların keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Müxtəlif idman yarışları üzrə Dünya və Avropa çempionatları, həmçinin Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər tədbirlərin uğurla təşkili Azərbaycanın bu sahədə yüksək təşkilatçılıq bacarığını nümayiş etdirib. Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizə beynəlxalq idman ictimaiyyəti tərəfindən olan etimadın təzahürüdür.
Şübhəsiz ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizin seçilməsi həm də paytaxt Bakı ilə yanaşı, regionlarımızda müasir idman infrastrukturunun yaradılması ilə də bağlıdır.
Vətənə xidmət yalnız cəbhədə deyil, bilik meydanında da davam edir.

Sentyabrın 29-da Balakən və Qəbələ rayonlarının bəzi qəsəbə və kən

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərə aparan yol 27 sent

Rusiyada son günlər ard-arda baş verən müəmmalı ölümlər ölkə gündə

"Azərbaycanın 2020-ci ildə özünün ərazi bütövlüyünü təmin etm�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səf�

Hazırda Avropa yeni böyük müharibə təhlükəsinin astanasındadır.

Rəhbərlərin ən çox işlətdiyi ifadələrlə bağlı maraqlı araşdırma a

Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi ilə bağlı qanun lay

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur

Çin yeni nəsil "Fengyun-3H" meteoroloji peykini uğurla orbitə çı

Bazarlarda piştaxta icarə götürənlərə vergi nəzarəti gücləndirilir.

27 sentyabr Azərbaycanın öz torpaqlarını düşməndən azad etmək üçün
