Gürcüstandakı Azərbaycandilli məktəb bağlananacaq? " Biz Azərbaycanla nəfəs alırıq"
Dünya 23 Sen 2025 17:14:00 48 0
Gürcüstanda 500 mindən artıq azərbaycanlı yaşayır. Qonşu ölkədə Azərbaycan dillində fəaliyyət göstərən 120-dək məktəb var. Həmin təhsil ocaqlarından biri də Dmanisi rayonunun Aşağı Oruzman kəndində yerləşir. Məktəbin direktoru İslam Məmmədov Aşağı Oruzmandakı azərbaycanlıların təhsil şəraiti, dərslik və müasir avadanlıqla təchizat məsələləri ətrafında Modern.az-a danışıb. Onunla müsahibəni təqdim edirik:
Bu xəbəri də oxu: Fransa Fələstini dövlət olaraq rəsmən tanıdı
- İslam müəllim, əvvəla azərbaycanlıların təhsil şəraiti ilə bağlı hazırkı vəziyyəti bilmək istərdik...
- Vəziyyət belədir ki, hazırda qonşu Mtisziri kəndindən də bizə uşaqlar gəlir. Onlarla bizim aramızda Yuxarı Oruzman kəndi yerləşir. Yəni ora Mtisziriyə daha yaxındır. Dərsin keyfiyyətinə görə isə onlar gəlib bizdə oxuyurlar. Mtisziridə məktəb yoxdur, uşaqlara da avtobus ayrılmır. Amma onlar haradasa oxumalıdırlar, valideynlər də bizi seçirlər. Biz onlara şərait yaradıb marşrut avtobusu ayırmasaq, Azərbaycan tərəfi, səfirlik və ya Diasporla İş üzrə Dövlət Komitəsi kömək etməsə, Mtisziri sakinləri uşaqlarını qeyri-Azərbaycan dilli məktəblərə qoyacaqlar. Narahatlığımız budur ki, kontingent çatışmazlığı üzündən daha bir Azərbaycan dilli məktəb - Aşağı Oruzman məktəbi bağlana bilər.
1978-ci ilin 2 yanvarında kəndimizdə çox güclü zəlzələ oldu. Zəlzələ nəticəsində məktəb binası dağıldı. O zaman Gürcüstanın Nazirlər Sovetinə, Mərkəzi Komitəyə məktublar yazdıq. Kommunist Partiyasının o vaxtkı ikinci katibi Gennadi Kolbin söz verdi ki, sizə məktəb tikiləcək. Məktəbin binasını elə yerə salmaq istədilər ki, camaat etiraz etdi. O vaxt məktəb direktoru mənim rəhmətlik əmim Adil Məmmədov idi. Əmim dedi ki, bu məsələni ancaq Heydər Əliyev həll edə bilər. Məktub yazıb Bakıya gedən tələbəyə verdik. Poçtalyona da tapşırdıq ki, məktub gəlsə, heç kimə verməsin, özümüzə çatdırsın. Aradan heç bir həftə keçmədi, Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Eduard Şevardnadzedən məktub gəldi ki, sizin Heydər Əliyev yoldaşa göndərdiyiniz müraciətə cavab olaraq bildiririk ki, yaxın günlərdə sənədlər hazırlanacaq, məktəbin tikintisinə başlanılacaq. Təsəvvür edin, 1985-ci ildə 4-5 ay ərzində ikimərtəbəli, zirzəmisi olan məktəbi tikib sentyabrın 1-nə təhvil verdilər. Bütün kənd əhalisi bilirdi ki, bu, Ulu öndərimiz Heydər Əliyevin xidmətidir. Allah ona rəhmət eləsin. Keçid dövründə xeyli adam kəndi tərk elədi. Sonradan bəziləri geri qayıtdı. Keçid dövründə bizim məktəb orta məktəbdən ibtidai məktəbə çevrildi. Mən həm deputat, həm də kənd soveti sədrinin müaviniydim, imkanlarımdan istifadə edib məktəbi əvvəlcə natamam, sonra orta məktəb etdim. Bu gün də məktəbimiz fəaliyyətini davam etdirir. Özüm də Gürcüstanın Əməkdar müəllimi adına layiq görülmüşəm. Azərbaycanlıların kompakt yaşadığı bir neçə rayon var və mənim hamısı ilə əlaqəm mövcuddur. Bizim məktəbimiz yeganədir ki, rayon mərkəzindən də uşaqlar bura oxumağa gəlirlər. Məktəbimizin yaxşı nəticələri var. Mtisziri kəndindən gələn uşaqlar üçün marşrut məsələsini iki il əvvəl Diaspor Komitəsi həll etdi. Amma indi yenə eyni problemlə üz-üzəyik.
- Təhsillə bağlı aidiyyəti qurumlarla məktəbin əlaqələri hansı səviyyədədir?
- Çox yaxşıdır. Gürcü məktəblərinə nə edirlərsə, hansı inventar verirlərsə, bizə də eyni münasibət göstərilir. Məktəbin özünün büdcəsi var. Rayonumuzda 27 məktəb var ki, onlardan 17-si Azərbaycan, 9-u gürcü, 1-i rus dillidir. Təhsil Nazirliyi ilə əlaqələrimiz var. Nə istəsək, qanun çərçivəsində həll edirlər. Mtisziri kəndindən olan sagirdlərin nəqliyyatla təminat məsələsi isə açıq qalır. Qanuna görə, şagirdlər yaşayış məntəqəsinə ən yaxın məktəbə qədər nəqliyyatla təmin olunmalıdırlar. Başplem dediyimiz kənddə məktəb vardı. Keçid dövründə oranı uçurub dağıtdılar. İndi məktəb yoxdur. Şagirdlərin yarısı bizim məktəbə gəlir, yarısı da Yuxarı Oruzman məktəbinə gedir ki, ora nəqliyyat vasitəsi dövlət tərəfindən təmin olunur. Bizim məktəb yeganə məktəbdir ki, həmin kənddən də bizə gəlmək istəyirlər. Ancaq həmin kənddən ancaq 2 şagirdi məktəbimizə qəbul etmişik.
- Sizi rəsmi tədbirlərə dəvət edirlərmi?
- Bəli, müxtəlif tədbirlərə dəvət olunuram və dəvət olunduğum bütün tədbirlərdə imkan daxilində yaxından iştirak edirəm.
- Səfirliyə və Diaspor Komitəsinə etdiyiniz müraciətlərə necə, cavab alırsınız?
"Vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət

Meyxanaçı Balaəli Maştağalı efirlərin birində qonaq olub.

Sosial şəbəkədə yayılan video görənləri duyğulandırıb.

Bakı Konqres Mərkəzində Silk Way West Airlines şirkətinin ev sahibliyi il�

Xarici toyuqları alanların sayı az deyil. Yerli məhsuldan fərqlənməyən b

Bakıda ödənişli hərəkət zonalarının yaradılması planlaşdırılır. B

Həcc ziyarətində olan anası ilə "WhatsApp" vasitəsi ilə danış

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəs

Müğənni Şəbnəm Tovuzlunun açıqlamaları müzakirələr yaradıb.

Bakının Nizami rayonundakı Kamil Əyyubov adına 12 nömrəli məktəbin dire

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham ol

Səhər saatlarında yola salınan növbəti köç karvanı Laçın şəhərinə

24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 24:00-dək Bak

ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BM

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan
