Nazirlik qarmon müəllimini bağışlamadı Ödədiyi 16 min qaytarılacaq


Digərləri 23 Sen 2025 15:57:00 80 0

Nazirlik qarmon müəllimini bağışlamadı  Ödədiyi 16 min qaytarılacaq

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini, hazırda qarmon müəllimi işləyən Lalə Zakirovanın dövlət büdcəsinə ödədiyi pul geri qaytarılacaq.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu qərar işdə zərərçəkmiş qismində tanınmış Mədəniyyət Nazirliyinin etirazı əsasında çıxarılıb.

64 yaşlı Lalə Zakirova təhsil mərkəzinə ayrılmış 32 min 215 manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib. O, birinci instansiyada özünü təqsirli bilməsə də, barəsində həbsli axtarış qərarı çıxarılandan sonra ziyanı tam ödəyib. Bundan əlavə, cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi miqdarında - 16 min 107 manat dövlət rüsumu verib.

Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, mənimsəmə və dələduzluq hallarında dəymiş ziyan tam ödənildikdə və dövlət rüsumu keçirildikdə təqsirləndirilən şəxs barədə cinayət işinə xitam verilərək məsuliyyətdən azad edilə bilər. Günümüzdə məhkəmələrdə bu cür hallar kifayət qədərdir.

Lakin Lalə Zakirovanın işində vəziyyət fərqli olub. Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəməyə göndərdiyi ərizədə təqsirləndirilən şəxslə barışmadıqlarını bildirib.

Müdafiə tərəfi isə nazirliyin bu mövqeyi ilə razılaşmayıb. Vəkil hüquqi şəxsin etirazının başadüşülən olmadığını deyib: "Zərərçəkmiş qurumun hansısa məmurunun şəxsi ambisiyası nəticəsində dövlət büdcəsinə ödənilmiş 16 min manat pul niyə geri qaytarılmalıdır? Bundan əlavə, qanunda hüquqi şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə edilməsi anlayışı yoxdur".

Lalə Zakirovaya daha əvvəl sanksiya həddindən aşağı cəza təyin olunaraq 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi. Amma hökm elan olunmazdan əvvəl o, məhkəmə zalından qaçmışdı. Həbsli axtarışda olan xanım müttəhim apellyasiya məhkəməsində iştirak edib. O, ziyanı tam ödədiyini və dövlət rüsumunu keçirdiyi üçün cinayət işinə xitam verilməsini xahiş edib.

Hökmdən eyni zamanda prokuror da protest verib. İttiham tərəfi zərərçəkmiş şəxsin barışmamasını da nəzərə alaraq təqsirləndirilən şəxsin sanksiya həddində, yəni 5 ildən 10 ilə kimi həbslə cəzalandırılmasını tələb edib.

Sumqayıt Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra yekun qərarını elan edib. Hakimlər təqsirləndirilən şəxsin yaşını və dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq onu həbsə göndərməyi ədalətli hesab etməyiblər.

Qərara əsasən, Lalə Zakirovaya 5 il müddətinə şərti cəza verilib. Həmçinin, onun cinayət işinə xitam verilməsi üçün ödədiyi 16 min 107 manat pul zərərçəkmiş nazirliyin "barışıq yoxdur" ərizəsi nəzərə alınaraq dövlət büdcəsindən özünə geri qaytarılacaq.

Növbəti köç karvanı Laçın şəhərinə çatıb like
  • 23 Sen 15:50  
Digərləri Növbəti köç karvanı Laçın şəhərinə çatıb

Səhər saatlarında yola salınan növbəti köç karvanı Laçın şəhərinə

arrow Ətraflı
Bakının bu küçəsində təmir işləri aparılacaq like
  • 23 Sen 15:45  
Digərləri Bakının bu küçəsində təmir işləri aparılacaq

24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 24:00-dək Bak

arrow Ətraflı
ABŞ İran prezidentinin oğluna viza verməyib like
  • 23 Sen 15:40  
Digərləri ABŞ İran prezidentinin oğluna viza verməyib

ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BM

arrow Ətraflı
Azərbaycandakı əmlaklarına həbs qoyuldu  Xanımının hesabları bloklandı like
  • 23 Sen 15:38  
Digərləri Azərbaycandakı əmlaklarına həbs qoyuldu Xanımının hesabları bloklandı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan

arrow Ətraflı
78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur” like
  • 23 Sen 15:30  
Digərləri 78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur”

Son bir həftədədir ki, "78 yaşlı nənə tələbə oldu" adlı ba�

arrow Ətraflı
"WhatsApp"da yeni funksiya  "Facebook" hesabınızı göstərə biləcəksiniz like
  • 23 Sen 15:28  
Digərləri "WhatsApp"da yeni funksiya "Facebook" hesabınızı göstərə biləcəksiniz

"WhatsApp" istifadəçilərin profillərinə "Facebook" hesa

arrow Ətraflı
“Adnan Əhmədzadə iqtidara yaxın olmayıb” like
  • 23 Sen 15:14  
Digərləri “Adnan Əhmədzadə iqtidara yaxın olmayıb”

"Hansısa futbolçu ilə dost olmaq, şəkil çəkdirmək... Mən indiyə

arrow Ətraflı
8 aylıq hamilə qadını "əri" atıb QAÇDI like
  • 23 Sen 15:11  
Digərləri 8 aylıq hamilə qadını "əri" atıb QAÇDI

"Bizimləsən" verilişinə üz tutan qadın müzakirələrə səbəb

arrow Ətraflı
Prezident NyuYorka niyə getdi? like
  • 23 Sen 15:05  
Siyasət Prezident NyuYorka niyə getdi?

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Bu avtomobil markası şirniyyat satmağa başlayır like
  • 23 Sen 15:00  
Digərləri Bu avtomobil markası şirniyyat satmağa başlayır

"Aurus" brendi altında şirniyyat və kosmetika satışa çıxarılac

arrow Ətraflı
Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı like
  • 23 Sen 14:50  
Digərləri Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı

Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsi

arrow Ətraflı
Qubada ayılar daha bir kəndə hücum etdilər  Təhlükə böyüyür like
  • 23 Sen 14:49  
Digərləri Qubada ayılar daha bir kəndə hücum etdilər Təhlükə böyüyür

Quba rayonunda ayılar daha bir kəndə hücum ediblər.

arrow Ətraflı
Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı o təmsil edəcək like
  • 23 Sen 14:41  
Şou-biznes Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı o təmsil edəcək

Azərbaycanın Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində təmsilçisinin ad�

arrow Ətraflı
Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? like
  • 23 Sen 14:30  
Digərləri Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı

arrow Ətraflı