Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı
Digərləri 23 Sen 2025 14:50:00 78 0
Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsində antik dövrə aid küp məzarı tapılıb və tədqiq edilib.
Bu xəbəri də oxu: Tramp: Rusiya ilə gərginlik artarsa, bunlar olacaq
Bu barədə Son.az-a AMEA Arxeologiya və Antroplogiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, institutun aparıcı elmi işçiləri, dosent Anar Ağalarzadə və Dmitriy Kiriçenkonun apardığı qazıntılar zamanı üzə çıxmış və şərti olaraq "3 №li küp məzarı" kimi qeyd edilmiş bu maraqlı dəfn abidəsi düzən sahədə 40 sm dərinlikdən tapılıb.
Maraqlı xüsusiyyət ondan ibarətdir ki, məzar bütünlüklə dəniz balıqqulağı ilə örtülmüş və hətta dəfn küpünün içərisi də balıqqulağının təsirindən ciddi zədələnib. Bunun da başlıca səbəbi dəfndən çox sonralar arealı Xəzər dənizinin qabarması nəticəsində su basmış və qəbirlər uzun müddət su altında qalıb.
Tədqiq olunan küp qəbir yanüstə, ağız hissəsi qərb istiqamətində basdırılıb. Dəfn qabının ağzının bir tərəfində keyfiyyətsiz gildən zəif hazırlanmış bir qulplu küpə qoyulub, lakin kəskin rütubətin təsirindən qeyd olunan qab dağılıb. Küpün kənarında bir kiçikhəcmli ağzı novçalı qab da qoyulub. Bu qab oynoxoya (və ya enoxoya) tipli, ağzı yuvarlaq şəkildə üç yerə şaxələnən təkqulplu dolçadır. Adının mənasından bilindiyi kimi, şərab saxlamaq üçün istifadə olunub. Dəfn prosesi zamanı küpün ağız tərəfində ocaq yandırılmışdır ki, bu da elmi ədəbiyyatda pis və şər ruhlardan təmizlənmək anlamına gəlməkdədir.
Küpün içərisində sıx bükülü şəkildə, sağ yanı üstə, üzü cənub-qərb istiqamətində insan dəfn edilib.
Antropoloq D.Kiriçenkonun fikrincə, küp qəbirdəki insan Qafqaz görünüşünə malik yetkin kişi skeletinin qalıqlarıdır. İnsanın dişlərində ciddi aşınma, həmçinin kariyes və diş daşları olub. Skeletin bud sümükləri yüksək fiziki fəaliyyətin göstəricisidir ki, bu da "atlı döyüşçü" kimi qiymətləndirilə bilər. Qəbirdən aşkar edilən dəmir cida ucluğu dolayısı ilə qeyd olunan fikirləri təsdiqləyir. Belə ki, dəfn olunan insan at sürən və nizə atan döyüşçü kimi, çox güman ki, süvarilərə mənsub olub.
Skeletin ətrafında üç balaca miniatür qab (yağ və ya ətriyyat qabı) və bir kasa tipli qab qoyulub. Qəbirdən aşkar edilmiş saxsı qablar həm yerli saxsı məmulatları, həm də Aralıq dənizi regionundan gətirildiyini güman etməyə imkan verir.
Küpün içərisindən çoxlu sayda müxtəlif tipli və ölçülü muncuqlar və skeletin qulağında bir cüt, üzərində qaynaqlama üsulunda üzüm təsviri formasında hazırlanmış qızıl sırğalar tapılıb.
Qeyd edilib ki, Eminli küp qəbrini Azərbaycanın cənub-şərqində qədim dövrə aid həm yerli istehsal, həm də xaricdən gətirilən dəyərli əşyaları özündə ehtiva edən hələlik yeganə zəngin dəfn abidəsi hesab etmək olar.
Quba rayonunda ayılar daha bir kəndə hücum ediblər.

Azərbaycanın Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində təmsilçisinin ad�

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı

Əməkdar artist Könül Kərimova açıqlamaları ilə diqqət çəkib .

Sərfəli mobil operator "Nar"ın dəstəyi ilə Azərbaycanda ilk də

Səs yazısı yayılan Bakıdakı 308 nömrəli tam orta məktəbin direktoru T�

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasın�

Amerikalı məşhur aktyor Robert De Niro Karib dənizində yerləşən Barbuda

Şimali Koreya lideri Kim Çen In yenidən siıah arsenalı ilə göz dağı ver

2022-ci ilin martında Atlantik okeanında böyük bir faciə baş verdi.

Millət vəkili Nizami Səfərov Tovuz şəhərində Əmək və Əhalinin Sosial

Mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva dünyasını d�

"2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2,72

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Gürcüstanda Rusiya və Azərbaycan vətəndaşları narkotik vasitələrin qan
