10cu dəfə təşkil olunan Caspian Air Cargo Summit rekord iştirakçı sayı və mühüm açıqlamalarla fərqləndi


Digərləri 23 Sen 2025 16:50:00 57 0

10cu dəfə təşkil olunan Caspian Air Cargo Summit rekord iştirakçı sayı və mühüm açıqlamalarla fərqləndi

Bakı Konqres Mərkəzində Silk Way West Airlines şirkətinin ev sahibliyi ilə keçirilən sayca 10-cu Caspian Air Cargo Summit-in zirvə görüşü rekord iştirakçı sayı və mühüm yeniliklərlə yadda qalaraq qlobal logistika xəritəsində strateji qovşaq kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirib.

DSV, Boeing, Airbus, Rolls-Royce, Atlas Air Worldwide, ACL Airshop, Hactl, Kales Group və digər qlobal şirkətlərin rəhbərləri də daxil olmaqla, 45-dən çox ölkədən gəlmiş 400-dən artıq tədbir iştirakçısı hava yolu ilə daşınan yüklər, logistika və multimodal nəqliyyatın gələcəyini müzakirə etmək üçün Bakıda bir araya gəlib. Zirvə görüşündə Silk Way Group şirkətlər qrupunun iddialı inkişaf strategiyası və Azərbaycanın Avrasiya logistikasındakı artan rolu ön planda olub. 750 hektar ərazini əhatə edən Ələt Azad İqtisadi Zonası Hava Limanı və Karqo Kəndi layihəsi bu planların mərkəzində dayanır.

Ən müasir tələblərə cavab verən və hava, dəniz, avtomobil və dəmir yollarını özündə birləşdirən bu qovşağın inşaat işlərinin 2026-cı ilin sonunadək başa çatdırılması, 2027-ci ilin əvvəlində isə fəaliyyətə başlaması gözlənilir. Silk Way Group layihə çərçivəsində operator kimi Dnata şirkəti ilə müştərək müəssisənin təsis olunması, həmçinin biznes aviasiyası və FBO xidmətlərinin (sabit baza operatoru) inkişaf etdirilməsi üçün ExecuJet şirkəti ilə anlaşma memorandumunun imzalanması və yeni hava limanında Gulfstream-in regional xidmət mərkəzinin yaradılması barədə planlarını açıqlayıb.

Eyni zamanda, Silk Way West Airlines dünyanın ən gənc və səmərəli uzun məsafəli yük təyyarələri donanmalarından biri kimi 10 ədəd Boeing 777F və 4 Airbus A350 yük təyyarələrinin alınması ilə donanmanın yenilənmə proqramını həyata keçirir. Bundan əlavə, konfrans sessiyalarında qlobal ticarətdə Orta Dəhlizin strateji əhəmiyyətinin artması, Mərkəzi Avrasiya boyunca rəqəmsal innovasiyalar, dayanıqlı hava nəqliyyatı və investisiya imkanlarının əhəmiyyəti araşdırılıb.

Silk Way Group şirkətlər qrupunun prezidenti Zaur Axundov Caspian Air Cargo Summit-in sayca 10-cu olması təkcə bu tədbirin illər ərzində keçdiyi inkişaf yolunu deyil, həmçinin aviasiya sənayesində müşahidə edilən dinamizmi əks etdirdiyini vurğulayıb. "Tərəfdaş və müştərilərimizlə birlikdə yeni çağırışlara cavab verməyə və qlobal logistika mərkəzi kimi Azərbaycanın rolunu gücləndirən imkanlardan istifadə etməyə davam edirik", - deyə şirkətlər qrupunun prezidenti qeyd edib.

Kənd toyuğunun dadı gəlsə də, xaricdən gətirilir  Qiyməti 34 manatdır like
  • 23 Sen 16:40  
Digərləri Kənd toyuğunun dadı gəlsə də, xaricdən gətirilir Qiyməti 34 manatdır

Xarici toyuqları alanların sayı az deyil. Yerli məhsuldan fərqlənməyən b

arrow Ətraflı
Bakıda "tıxac vergisi" ödəniləcək like
  • 23 Sen 16:34  
Digərləri Bakıda "tıxac vergisi" ödəniləcək

Bakıda ödənişli hərəkət zonalarının yaradılması planlaşdırılır. B

arrow Ətraflı
Məktəblərdə işə qəbul başlayır  Şəhid və veteran ailə üzvü olanlar nəzərə alınacaq like
  • 23 Sen 16:18  
Digərləri Məktəblərdə işə qəbul başlayır Şəhid və veteran ailə üzvü olanlar nəzərə alınacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəs

arrow Ətraflı
Şəbnəm Tovuzlu atasından danışdı: "Onu heç vaxt bağışlamayacağam” like
  • 23 Sen 16:14  
Şou-biznes Şəbnəm Tovuzlu atasından danışdı: "Onu heç vaxt bağışlamayacağam”

Müğənni Şəbnəm Tovuzlunun açıqlamaları müzakirələr yaradıb.

arrow Ətraflı
"Direktor gül yerinə pul istəyir"  Araşdırma başladı  İDDİA like
  • 23 Sen 16:06  
Digərləri "Direktor gül yerinə pul istəyir" Araşdırma başladı İDDİA

Bakının Nizami rayonundakı Kamil Əyyubov adına 12 nömrəli məktəbin dire

arrow Ətraflı
Nazirlik qarmon müəllimini bağışlamadı  Ödədiyi 16 min qaytarılacaq like
  • 23 Sen 15:57  
Digərləri Nazirlik qarmon müəllimini bağışlamadı Ödədiyi 16 min qaytarılacaq

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham ol

arrow Ətraflı
Növbəti köç karvanı Laçın şəhərinə çatıb like
  • 23 Sen 15:50  
Digərləri Növbəti köç karvanı Laçın şəhərinə çatıb

Səhər saatlarında yola salınan növbəti köç karvanı Laçın şəhərinə

arrow Ətraflı
Bakının bu küçəsində təmir işləri aparılacaq like
  • 23 Sen 15:45  
Digərləri Bakının bu küçəsində təmir işləri aparılacaq

24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 24:00-dək Bak

arrow Ətraflı
ABŞ İran prezidentinin oğluna viza verməyib like
  • 23 Sen 15:40  
Digərləri ABŞ İran prezidentinin oğluna viza verməyib

ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BM

arrow Ətraflı
Azərbaycandakı əmlaklarına həbs qoyuldu  Xanımının hesabları bloklandı like
  • 23 Sen 15:38  
Digərləri Azərbaycandakı əmlaklarına həbs qoyuldu Xanımının hesabları bloklandı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan

arrow Ətraflı
78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur” like
  • 23 Sen 15:30  
Digərləri 78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur”

Son bir həftədədir ki, "78 yaşlı nənə tələbə oldu" adlı ba�

arrow Ətraflı
"WhatsApp"da yeni funksiya  "Facebook" hesabınızı göstərə biləcəksiniz like
  • 23 Sen 15:28  
Digərləri "WhatsApp"da yeni funksiya "Facebook" hesabınızı göstərə biləcəksiniz

"WhatsApp" istifadəçilərin profillərinə "Facebook" hesa

arrow Ətraflı
“Adnan Əhmədzadə iqtidara yaxın olmayıb” like
  • 23 Sen 15:14  
Digərləri “Adnan Əhmədzadə iqtidara yaxın olmayıb”

"Hansısa futbolçu ilə dost olmaq, şəkil çəkdirmək... Mən indiyə

arrow Ətraflı