Prezident Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib FOTO


Siyasət 25 Avq 2025 11:50:00 64 0

Prezident  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirdi. Qonaq, həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxundu.

Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini dedi.

Dövlətimizin başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırladı.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, siyasi münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq ifadə olundu. İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirildi. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olundu, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulandı. bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olundu.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

ABŞ səfiri Fransa XİNə çağırıldı like
  • 25 Avq 11:41  
Dünya ABŞ səfiri Fransa XİNə çağırıldı

ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner bu ölkənin Xarici İşlər Nazirli

arrow Ətraflı
11 yaşlı uşaq xəstəxanada ÖLDÜ like
  • 25 Avq 11:40  
Digərləri 11 yaşlı uşaq xəstəxanada ÖLDÜ

Şəkidə 11 yaşlı uşaq ölüb.

arrow Ətraflı
"Steyki 200 manata gördükdə, dedik ki, nə ucuzdur..." like
  • 25 Avq 11:18  
Şou-biznes "Steyki 200 manata gördükdə, dedik ki, nə ucuzdur..."

"O şəhəri heç bəyənmədim, steyklərin qiyməti 500 AZN-dən başlayırdı

arrow Ətraflı
Prezident Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlı SƏRƏNCAM imzaladı like
  • 25 Avq 11:12  
Siyasət Prezident Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlı SƏRƏNCAM imzaladı

Avqustun 25-də Prezident İlham Əliyev 2025-ci ildə Bakıda keçiriləcək Fo

arrow Ətraflı
İlham Əliyev Fərman imzaladı like
  • 25 Avq 11:10  
Siyasət İlham Əliyev Fərman imzaladı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zab

arrow Ətraflı
Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır like
  • 25 Avq 11:09  
Siyasət Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

Prezident İlham Əliyev Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin

arrow Ətraflı
"Telegram"da yeni funksiya like
  • 25 Avq 10:55  
Digərləri "Telegram"da yeni funksiya

"macOS" əməliyyat sistemi üçün təqdim edilən "Telegram&quo

arrow Ətraflı
Meşədə insan sümükləri aşkarlandı like
  • 25 Avq 10:54  
Digərləri Meşədə insan sümükləri aşkarlandı

Ötən gün Ağdərədə insan sümüyü fraqmentləri aşkarlandı.

arrow Ətraflı
İranda xüsusi təyinatlılara hücum like
  • 25 Avq 10:45  
Digərləri İranda xüsusi təyinatlılara hücum

İranda xüsusi təyinatlılara hücum olub.

arrow Ətraflı
Çay içənlərə bəd XƏBƏR like
  • 25 Avq 10:34  
Digərləri Çay içənlərə bəd XƏBƏR

Canan Karatay son vaxtlar artan qan azlığı ilə bağlı mühüm açıqlamalar

arrow Ətraflı
"Ukraynada ABŞ qoşunları olmayacaq" like
  • 25 Avq 10:30  
Dünya "Ukraynada ABŞ qoşunları olmayacaq"

"Təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynada ABŞ qoşunları o

arrow Ətraflı
Azərbaycanda uçan naməlum obyekt göründü like
  • 25 Avq 10:28  
Digərləri Azərbaycanda uçan naməlum obyekt göründü

Sosial şəbəkədə yayılan video diqqət çəkib. 

arrow Ətraflı
Sabah 5000 abonentin qazı kəsiləcək like
  • 25 Avq 10:23  
Digərləri Sabah 5000 abonentin qazı kəsiləcək

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq.

arrow Ətraflı
"Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı like
  • 25 Avq 10:18  
Digərləri "Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı

Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkə

arrow Ətraflı
Əməkdar artist ilk dəfə xanımı ilə FOTOsunu yaydı like
  • 25 Avq 10:08  
Şou-biznes Əməkdar artist ilk dəfə xanımı ilə FOTOsunu yaydı

Əməkdar artist Elnur Kərimov paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı