Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır


Siyasət 25 Avq 2025 11:09:00 82 0

Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

Prezident İlham Əliyev Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Son.az xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi yaradılır.

Nazirlər Kabineti Maliyyə Nazirliyinin təklifləri əsasında dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi üçün üç ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir:

- Ölkə qanunlarının və Prezident aktlarının təkmilləşdirilməsi;

- "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin əsasnaməsinin layihəsi;

- dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili qaydalarının layihəsi;

- dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrləri;

- dövlət vəsaitindən istifadə üzrə maliyyə qaydalarının pozulması və bu vəsaitdən təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyətin təkmilləşdirilməsi;

Bundan başqa, nazirlik

- dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirməli və icra göstəricilərini təhlil edərək nəticələri barədə rübdə bir dəfə Prezidentə məlumat təqdim etməli,

- dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitin istifadəsinin, büdcə ssudalarının, dövlət sifarişi ilə həyata keçirilən layihələrin, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icra edilməsi və onların bütün bank hesablarına Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən müşahidə mexanizminin yaradılması üçün tədbirlər görməli,

- dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələrinin və digər infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılmasını təmin etməli,

- dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsini təmin etməli və bu müqavilələrin elektron qaydada bağlanılmasını təşkil etməli,

- büdcədənkənar dövlət fondlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaitlərinin təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirməli,

- dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üzrə tədbirlər görməli,

- ümumi dövlət xidmətləri, təhsil, səhiyyə, mədəniyyət, idman, nəqliyyat, rabitə, mənzil-kommunal təsərrüfatı, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilən xərclərə dair normativlərin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tədbirlər görməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti isə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidr.

Azərbaycan Mərkəzi Bankına tövsiyə edilib ki, "Banklar haqqında" qanunun tələbləri nəzərə alınmaqla, fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

"Telegram"da yeni funksiya like
  • 25 Avq 10:55  
Digərləri "Telegram"da yeni funksiya

"macOS" əməliyyat sistemi üçün təqdim edilən "Telegram&quo

arrow Ətraflı
Meşədə insan sümükləri aşkarlandı like
  • 25 Avq 10:54  
Digərləri Meşədə insan sümükləri aşkarlandı

Ötən gün Ağdərədə insan sümüyü fraqmentləri aşkarlandı.

arrow Ətraflı
İranda xüsusi təyinatlılara hücum like
  • 25 Avq 10:45  
Digərləri İranda xüsusi təyinatlılara hücum

İranda xüsusi təyinatlılara hücum olub.

arrow Ətraflı
Çay içənlərə bəd XƏBƏR like
  • 25 Avq 10:34  
Digərləri Çay içənlərə bəd XƏBƏR

Canan Karatay son vaxtlar artan qan azlığı ilə bağlı mühüm açıqlamalar

arrow Ətraflı
"Ukraynada ABŞ qoşunları olmayacaq" like
  • 25 Avq 10:30  
Dünya "Ukraynada ABŞ qoşunları olmayacaq"

"Təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynada ABŞ qoşunları o

arrow Ətraflı
Azərbaycanda uçan naməlum obyekt göründü like
  • 25 Avq 10:28  
Digərləri Azərbaycanda uçan naməlum obyekt göründü

Sosial şəbəkədə yayılan video diqqət çəkib. 

arrow Ətraflı
Sabah 5000 abonentin qazı kəsiləcək like
  • 25 Avq 10:23  
Digərləri Sabah 5000 abonentin qazı kəsiləcək

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq.

arrow Ətraflı
"Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı like
  • 25 Avq 10:18  
Digərləri "Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı

Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkə

arrow Ətraflı
Əməkdar artist ilk dəfə xanımı ilə FOTOsunu yaydı like
  • 25 Avq 10:08  
Şou-biznes Əməkdar artist ilk dəfə xanımı ilə FOTOsunu yaydı

Əməkdar artist Elnur Kərimov paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
Bu ərazi işıqsız qalacaq like
  • 25 Avq 10:04  
Digərləri Bu ərazi işıqsız qalacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir sıra əra

arrow Ətraflı
Azərbaycanda bu valyuta BAHALAŞDI like
  • 25 Avq 09:58  
Digərləri Azərbaycanda bu valyuta BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Həftənin sonuna qədər pulla şanslı olacaq BÜRCLƏR like
  • 25 Avq 09:47  
Digərləri Həftənin sonuna qədər pulla şanslı olacaq BÜRCLƏR

Astroloqların proqnozuna görə, gələn həftənin sonuna qədər bəzi bürcl

arrow Ətraflı
Qobustanda çayda 3 nəfər boğuldu like
  • 25 Avq 09:38  
Digərləri Qobustanda çayda 3 nəfər boğuldu

Qobustanda boğulan şəxslərlə prokurorluqda araşdırma başladılıb.

arrow Ətraflı
Abşeronda azyaşlı faciəli şəkildə öldü like
  • 25 Avq 09:33  
Digərləri Abşeronda azyaşlı faciəli şəkildə öldü

Abşeron rayonunda faciəvi hadisə baş verib.

arrow Ətraflı
O da gözəllik üçün bıçaq altına yatdı like
  • 25 Avq 09:29  
Şou-biznes O da gözəllik üçün bıçaq altına yatdı

Bədənşəkilləndirmə əməlliyyatı etdirdi

arrow Ətraflı