"Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı


Digərləri 25 Avq 2025 10:18:00 87 0

"Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı

Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verdi. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də sahibkarlara xeyili ziyan dəyib. Bəs, yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

Son.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, inkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir:

"Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər. Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, "Sədərək" Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr də belə buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər. Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdıra bilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə bağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar".

Deputatın sözlərinə görə, bütün bunlar ilə yanaşı, "Sədərək" ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var.

"Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə ehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq. Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var. Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər",- deyə millət vəkili əlavə edib.

Əməkdar artist ilk dəfə xanımı ilə FOTOsunu yaydı like
  • 25 Avq 10:08  
Şou-biznes Əməkdar artist ilk dəfə xanımı ilə FOTOsunu yaydı

Əməkdar artist Elnur Kərimov paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
Bu ərazi işıqsız qalacaq like
  • 25 Avq 10:04  
Digərləri Bu ərazi işıqsız qalacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir sıra əra

arrow Ətraflı
Azərbaycanda bu valyuta BAHALAŞDI like
  • 25 Avq 09:58  
Digərləri Azərbaycanda bu valyuta BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Həftənin sonuna qədər pulla şanslı olacaq BÜRCLƏR like
  • 25 Avq 09:47  
Digərləri Həftənin sonuna qədər pulla şanslı olacaq BÜRCLƏR

Astroloqların proqnozuna görə, gələn həftənin sonuna qədər bəzi bürcl

arrow Ətraflı
Qobustanda çayda 3 nəfər boğuldu like
  • 25 Avq 09:38  
Digərləri Qobustanda çayda 3 nəfər boğuldu

Qobustanda boğulan şəxslərlə prokurorluqda araşdırma başladılıb.

arrow Ətraflı
Abşeronda azyaşlı faciəli şəkildə öldü like
  • 25 Avq 09:33  
Digərləri Abşeronda azyaşlı faciəli şəkildə öldü

Abşeron rayonunda faciəvi hadisə baş verib.

arrow Ətraflı
O da gözəllik üçün bıçaq altına yatdı like
  • 25 Avq 09:29  
Şou-biznes O da gözəllik üçün bıçaq altına yatdı

Bədənşəkilləndirmə əməlliyyatı etdirdi

arrow Ətraflı
AZAL qəzasının qəhrəmanlarından Aydan Rəhimli uzun aradan sonra ÜZƏ ÇIXDI  FOTOlar like
  • 25 Avq 09:18  
Digərləri AZAL qəzasının qəhrəmanlarından Aydan Rəhimli uzun aradan sonra ÜZƏ ÇIXDI FOTOlar

Ötən il dekabrın 25-də baş verən və Azərbaycan Hava Yollarına (AZAL) m�

arrow Ətraflı
Havada normadan artıq toz müşahidə olunur like
  • 25 Avq 09:17  
Digərləri Havada normadan artıq toz müşahidə olunur

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

arrow Ətraflı
"Orada ruslar üçün yaxşı sürprizlər var" like
  • 25 Avq 09:05  
Dünya "Orada ruslar üçün yaxşı sürprizlər var"

Ukrayna Prezidenti Vladimir Zelenski açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Ət qiymətləri rekord səviyyəyə çatdı like
  • 25 Avq 08:48  
Digərləri Ət qiymətləri rekord səviyyəyə çatdı

İyul ayında beynəlxalq ət və bitki yağları qiymətlərinin artması səb�

arrow Ətraflı
Dünya ulduzunun müğənni qızı Rusiya vətəndaşlığı almaq istəyir like
  • 25 Avq 08:08  
Şou-biznes Dünya ulduzunun müğənni qızı Rusiya vətəndaşlığı almaq istəyir

Aktrisa Ornella Mutinin (əsl soyadı Rivellidir) qızı aktrisa, model, müğə

arrow Ətraflı
Yay sonu bu bürclərin hərtərəfli bəxti gətirəcək like
  • 25 Avq 07:35  
Digərləri Yay sonu bu bürclərin hərtərəfli bəxti gətirəcək

Yay fəslinin son günləri bəzi bürclər üçün xüsusi fürsətlər və xo�

arrow Ətraflı
"Sellülitlərim gerçəkdir" like
  • 25 Avq 06:06  
Şou-biznes "Sellülitlərim gerçəkdir"

Türkiyəli müğənni İzel paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
Şirniyyat yeyəndə kökələnlər mütləq like
  • 25 Avq 05:05  
Digərləri Şirniyyat yeyəndə kökələnlər mütləq

Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır.

arrow Ətraflı