Yeməklərə qonan milçəklərdən bezmisiniz? ən sadə üsul, həşəratlar birdəfəlik qaçacaq
Digərləri 17 Avq 2025 23:00:00 44 0
Yay aylarında ağcaqanadlar qədər milçəklər də çoxlarını bezdirir. Yeməklərə, mətbəx əşyalarına və zibil qutularının ətrafına toplaşan milçəklərdən xilas olmaq üçün təbii üsulların təsirindən yararlana bilərsiniz.
Bu xəbəri də oxu: Şokoladlı keks Qoxusu ilə evinizi bürüyəcək dadlı ləzzət
Milçəklər yay aylarında şəkər və zibil qoxusu kimi onların "yemək" hesab etdikləri qoxulara cəlb olunurlar.
Evlərə dadanan milçəkləri yox etmək üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz.
Alma sirkəsi və nanə - Alma sirkəsinin kəskin qoxusu təravətli nanə ilə birləşəndə milçəklər evinizə yaxınlaşa bilməyəcək. Bunun üçün sprey şüşəsinə yarım stəkan alma sirkəsi və bir neçə damcı nanə yağı əlavə edin. Bu qarışımı qapı və pəncərə kənarlarına püskürtdükdə milçəklər evinizdən uzaq qalacaq.
Dəfnə yarpağı - Dəfnə yarpağının milçəklərin xoşlamadığı kəskin qoxusu var. Onu otağın hava alan hissəsinə açıq qabda qoymaqla milçəklərin otaqdan qaçmasını təmin edə bilərsiniz.
Limon və mixək - Həm təbii, həm də kəskin qoxusu olan bu iki məhsulu birləşdirmək milçəkləri uzaqlaşdırır. Bunun üçün bir limonu ikiyə bölün və açıq hissəsinə bir neçə mixək sancın. Hazırladığınız mixəkli limonu masa və ya pəncərə kənarına qoymağınız kifayətdir.
Reyhan - Evdə reyhan bitkisi yetişdirmək xoş ətir yayaraq milçəkləri uzaqlaşdırır. Milçəklər reyhanın qoxusunu sevmirlər. Evdə hava alan bir yerdə dibçəkdə reyhan yetişdirə bilərsiniz. Lalə Qüdrətova Son.az
Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri arxiv sənədlər

Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl sosial şəbək�

Sosial şəbəkələrdə yaylan bu görüntülərdəki şəxs bazarda satılan t

Ukrayna öz ərazilərini verməyə hazır deyil, ABŞ isə Kiyevə Rusiya tər�

"Superman" filmlərində General Zod obrazını canlandıran ingilis a

Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli "Aerostar R40F UP

Alimlərin apardığı yeni araşdırma, səhər içilən qəhvənin insanları

Görkəmli ictimai xadim, Xalq yazıçısı Yusif Səmədoğlu 16 avqustda həya

Avqust 4 bürcün nümayəndələri üçün maliyyə sıçrayışı vəd edir.

Paltaryuyan maşınlarda bəzən xoşagəlməz qoxu yarana bilər. Pis qoxunun

"Bir neçə gün öncə müğənni Yaşar Yusub da süni zəka ilə klip t�

ABŞ-nin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Alyaska görü�

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin

Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun bu gün t
