Moskva Ukraynanın beş bölgəsində güzəştə gedib Uitkoff
Dünya 17 Avq 2025 19:07:00 67 0
ABŞ-nin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Alyaska görüşməsindən sonra kritik açıqlamalar verib.
Bu xəbəri də oxu: Kral III Çarlzın səhhəti pisləşib Hərəkət çətinliyi və ağrılar içkiyə meyli artırıb
Son.az xarici mətbuata istinadən xəbər verir ki, Vitkoff, "Rusiya, Ukraynanın beş bölgəsi ilə bağlı müəyyən güzəştlər etdi" deyərək Donetsk, Luqansk, Xerson, Zaporojye və Krımı nəzərdə tutduğunu bildirib. Vitkoff həmçinin Tramp ilə Putinin Ukrayna üçün "güclü təhlükəsizlik zəmanətləri" mövzusunda razılaşdığını açıqlayıb.
Vitkoff əlavə edib ki, Tramp və Putin Ukrayna üçün "güclü təhlükəsizlik zəmanətləri" barədə razılığa gəliblər. Eyni zamanda, Trampın Rusiya mövzusunda böyük irəliləyiş əldə olunduğunu vurğuladığını bildirib.
"Zelenski-Tramp görüşündən ümidliyəm"
Vitkoff sonda sabah (18 avqust) keçiriləcək Ukrayna Prezidenti Zelenski ilə Tramp görüşündən ümidli olduğunu deyib: "Zelenski və Avropa liderləri ilə məhsuldar görüş keçirəcəyimizə ümid edirəm. Həqiqi bir razılaşmaya çatacağımızı düşünürəm. Ruslarla aparılan bu danışıqları irəli apararaq uğurla nəticələndirə biləcəyimizə inanıram."
Nə baş vermişdi?
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin Alyaskada ikitərəfli münasibətləri və Rusiya-Ukrayna arasında mümkün atəşkəsi müzakirə etdikləri "Sülhün Axtarışında" adlı zirvə görüşü keçirmişdilər. Təxminən 3 saat davam edən görüşdən barışıq qərarı çıxmamışdı. Görüş sonrası Putin "Gözəl bir görüş oldu" desə də, Tramp "Hələ tam razılaşmadığımız bir neçə vacib məsələ var, amma müəyyən irəliləyiş əldə etdik. NATO ilə də görüşəcəyəm. Zelenski ilə də görüşüb danışdıqlarımızı bölüşəcəyəm" demişdi.
Putin, növbəti görüş üçün Moskvanı təklif etmişdi
Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin

Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun bu gün t

Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bu səbəbdən kira

Azərbaycan bir neçə illik fasilədən sonra "Uşaq Avroviziyası" m

Azərbaycanda ötən il qeydə alınmış cinayətlərin sayı 2023-cü illə m�

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 144 ədəd stolüstü kompüter i

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 18 avqust tarixində ABŞ P

İmişli rayonu və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan veri

Yayın sonuna doğru həm havanın hələ isti qalması, həm də qiymətlərin

Ağdam rayonunda bir neçə nəfərdən barələrində rüsvayedici məlumatlar

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Aly

15 avqustda Alyaskada baş tutan ABŞ və Rusiya liderləri Donald Tramp və Vla

ABŞ dövlət katibi Marko Rubio Rusiya və ABŞ prezidentləri arasında baş t
