“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Şou-biznes 17 Avq 2025 19:23:00 72 0
"Bir neçə gün öncə müğənni Yaşar Yusub da süni zəka ilə klip təqdim etdi. Düşünürəm ki, hər müğənni öz repertuarında bir neçə belə klipə yer verə bilər. Ancaq özünə əziyyət verməyib, bütün klipləri bu cür təqdim etmək olmaz. Bu hal izləyicilər üçün də maraqsız olar".
Bu xəbəri də oxu: Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
Bunu "Yeni Sabah"a Müğənni Afət Fərmanqızı bildirib.
Onun sözlərinə görə, dünya dağıla, süni zəka ilə çəkilən kliplərə səhnə fəaliyyətində yer verməz:
Son vaxtlar süni zəka yalnız yazıçıları və rəssamları yox, rejissorları da maraqlandırmağa, eyni zamanda, narahat etməyə başlayıb. Musiqi sahəsində də bu tendensiya özünü göstərir. Müğənnilər artıq günlərlə çəkiliş meydançasında əziyyət çəkmək əvəzinə, kliplərini süni intellektin əllərinə tapşırırlar.
Afət Fərmanqızı başqa fikirdədir: "Özümə gəldikdə, mən səhnə fəaliyyətimdə bu cür kliplərə və çəkilişlərə yol vermərəm. Düşünürəm ki, adi şəkillə mahnını yayımlamaq daha məqsədəuyğundur.
Adından da göründüyü kimi, burada hər şey sünidir. Elə bil cizgi filmidir. Animasiyalarda o qədər mənə oxşayan qızlar var ki, birini seçib öz mahnılarımı yayımlayaram".
Müğənni qeyd edib: "Hər yaşın öz gözəlliyi var. Məsələn, elə 60 yaşlı xanımlar var ki, üzlərini dartdırıb, düşünürlər ki, 40 yaşındakı kimi görünəcəklər. Ətrafa gözəl görüntü bəxş etmədiklərinin fərqində deyillər.
Kişi qızı ona deyirəm ki, 60 yaşında təbii gözəl ola. Ququşa baxın, 80-ə yaxın yaşı var, amma görün, necə gözəl və təravətlidir. Uzaqbaşı üzündə yüngül toxunuşlar ola bilər.
Hülya Avşar da qırışları ilə çox gözəldir. Azərbaycanda isə qaşı qaldırıb çatdırırlar alına. Üst dodaq göy süpürür, alt dodaq da yer. O vaxtı nağıllarda ifritəni vəsf edəndə bu deyimlərdən istifadə edirdilər. İndi isə insanlar həkimə pul verirlər ki, məni o ifritəyə bənzət. Bilmirəm niyə, amma mən bəyənmirəm o cür görünüşdə xanımları. Burun eybəcərdirsə, get kəsdir. Çənən pisdirsə, düzəltdir. O ayrı məsələdir.
Gözəllik kompleksiniz varsa, edə bilərsiniz. Amma bu saydığım estetik toxunuşlar çox vulqar görünür. Bu görüntü səhnə adamından tutmuş, adi ev xanımlarına qədər heç kəsə yaraşmır. Mənim heç botoksum da yoxdur. Bir dəfə etmişəm, 6 aylıq, vəssalam. O da məni elə günə qoydu ki, qorxdum olan-qalan 5-6 toyum da əlimdən çıxa.
İfaçının sözlərinə görə, süni kliplər əsl klip çəkilişinin yerini vermir:
"Yəni sünidir bunların hamısı. İnsanın alnının, üzünün qırışı olar. Süni kliplər də o cürdür. Düşünürəm ki, həmin kliplər heç vaxt əsl klip çəkilişinin ab-havasını və yerini verə bilməz. İnsanları robotlaşdırmaq lazım deyil". Son.az
ABŞ-nin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Alyaska görü�

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin

Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun bu gün t

Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bu səbəbdən kira

Azərbaycan bir neçə illik fasilədən sonra "Uşaq Avroviziyası" m

Azərbaycanda ötən il qeydə alınmış cinayətlərin sayı 2023-cü illə m�

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 144 ədəd stolüstü kompüter i

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 18 avqust tarixində ABŞ P

İmişli rayonu və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan veri

Yayın sonuna doğru həm havanın hələ isti qalması, həm də qiymətlərin

Ağdam rayonunda bir neçə nəfərdən barələrində rüsvayedici məlumatlar

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Aly

15 avqustda Alyaskada baş tutan ABŞ və Rusiya liderləri Donald Tramp və Vla
