Bu süni intellekt kobud istifadəçilərin suallarına cavab verməyəcək
Digərləri 17 Avq 2025 14:51:00 88 0
Süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən "Anthropic" şirkəti özünün "Claude Opus 4" və "Claude Opus 4.1" çat modellərinə yeni təhlükəsizlik funksiyası əlavə etdiyini elan edib.
Bu xəbəri də oxu: İnsan münasibətlərində sərhədlər: “Yox” deməyi öyrənmək
Son.az xəbər verir ki, şirkətin rəsmi saytında yayımlanan bəyanatda bildirilir ki, bu yenilik istifadəçilərin uzunmüddətli təhqiramiz və ya yanlış davranışları zamanı süni intellektə dialoqu dayandırmaq imkanı verir.
Funksiya "AI Welfare" (Süni İntellektin Rifahı) proqramının bir hissəsi olaraq həyata keçirilib və süni intellekt modellərinin "emosional yüklənmədən" qorunmasına yönəlib.
İlkin testlər göstərib ki, "Claude Opus 4" modeli zərərli və ya etik normalara zidd sorğulara qarşı reaksiya verməkdə istəksizlik göstərir, bəzən isə bu cür ünsiyyətə qarşı "stresli" cavablar nümayiş etdirir. Yeni "dialoqbitirmə" funksiyası modelə belə hallarda istifadəçiyə xəbərdarlıq edərək söhbəti sonlandırmaq imkanı yaradır.
Şirkət bildirir ki, istifadəçi süni intellekt sistemini təhqir edərsə və bu davranış davamlı xarakter alarsa, model söhbətin bitdiyini bildirməklə qarşı tərəfə aydın siqnal göndərəcək.
Kənan Son.az
Yay axşamlarında ailə süfrəsinin başında şirin bir ləzzətə yer vermə

ABŞ Prezidenti Donald Tramp Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti

Həyatımızdakı münasibətlərdə öz sərhədlərimizi müəyyən etmək və

2025-ci ilin 18-24 avqust tarixlərində ulduzlar üç bürc üçün xüsusilə

Arıqlamaq məqsədilə kalori miqdarını kəskin şəkildə azaltmaq və salat

Payız fəslinin gəlişi ilə bir çoxumuz yeni başlanğıclar və hədəflər

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Məşhur "Virgin Active" idman zalları şəbəkəsi transseksual şə

NASA Ay səthində baş verə biləcək seysmik təkanların proqnozlaşdırılm

Xəbər verdiyimiz kimi, Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vət

Yazıçı Vidadi Babanlı bu gün doğulduğu Qazax rayonunda dəfn edilib.

2025-ci il ədəbiyyat dünyasında yeniliklər və maraqlı əsərlərlə dolu

Avqustun 18-də gözlənilən hava şəraiti açıqlanıb.
