Yanacaq xərclərini 2 dəfə artıran səhv! 10 dəqiqə qaydası: “Mühərriki belə söndürün”
Digərləri 10 Avq 2025 17:30:00 88 0
Yay ayları gəldikdə, isti günəş, açıq yollar və tətil planları hamımızı həyəcanlandırır. Amma bu gözəl mövsüm avtomobil sahibləri üçün bəzi tələləri də özü ilə gətirir.
Bu xəbəri də oxu: Uşaqlar çimərlikdən qaçır dənizanası sancmaları artdı
Son.az avtomobil mütəxəssislərinin bəzi xəbərdarlıqlarını təqdim edir:
Fərqində olmadan etdiyimiz sadə səhvlər həm cibimizi yandırır, həm də avtomobilimizin ömrünü qısaldır. Avtomobil ekspertlərinin tez-tez vurğuladığı "10 dəqiqə qaydası" isə həm yanacaq qənaəti təmin edir, həm də maşının sağlamlığını qoruyur.
İsti havalarda tıxacda dayananda və ya kimisə gözləyərkən mühərriki açıq saxlamaq sadə görünə bilər. Lakin mühərrikin boşda işləməsi, xüsusən kondisioner açıq olduqda, yanacaq sərfiyyatını su kimi artırır. Mütəxəssislər deyir ki, bu vərdiş israf gətirir, qənaət yox. 10 dəqiqəlik dayanma zamanı mühərriki açıq saxlamaq avtomobilinizin litr-litr yanacağı boş yerə sərf etməsinə səbəb ola bilər.
Kondisioner kompressoru mühərrik boşda işləyərkən fasiləsiz işləyir və mühərrikə əlavə yük düşür. Bu, xüsusən şəhər içi sıx tıxacda mühərrikin daha çox aşınmasına gətirib çıxarır. Nə etməli? Qısa müddətli dayanma varsa, kondisioneri söndürüb pəncərələri bir az aralamaq yaxşı fikirdir. Uzun müddətli dayanmalarda isə mühərriki tamamilə söndürmək ən ağıllı həll yoludur.
Çoxumuz isti havada sərinləmək üçün pəncərələri açıb sürməyə davam edirik. Amma bu vərdiş düşündüyünüzdən daha böyük problem yarada bilər. Açıq pəncərələr avtomobilin aerodinamik quruluşunu pozur, hava müqavimətini artırır. Bu da mühərrikin daha çox işləməsinə və nəticədə yanacağın daha çox sərf olunmasına səbəb olur. Əvəzinə, aşağı sürətlərdə pəncərələri azca aralamaq, yüksək sürətlərdə isə kondisioneri aşağı səviyyədə işlətmək daha səmərəlidir.
Mütəxəssislər bildirir ki, əgər 10 dəqiqədən çox bir yerdə dayanacaqsınızsa, mühərriki söndürməyinizi qəti şəkildə tövsiyə edirlər. Bu sadə qayda təkcə yanacaq qənaəti təmin etmir, həm də mühərrikin həddindən artıq qızmasının qarşısını alır və uzunmüddətli istifadə ömrünü uzadır.
Yayda avtomobil idarə etmək təkcə mühərriklə bitmir. Təkər təzyiqi və yük kimi detallarda yanacaq sərfiyyatına birbaşa təsir edir. Aşağı təkər təzyiqi təkərlərin yolla daha çox sürtünməsinə səbəb olur, bu da mühərrikin daha çox işləməsini tələb edir və yanacaq sərfiyyatını artırır. Buna görə də, ayda bir dəfə təkər təzyiqinizi yoxlamaq vərdişi formalaşdıra bilərsiniz.
Avtomobilinizin müntəzəm baxımını etdirməklə mühərrikin effektiv işləməsini təmin edin. Çirkli hava filtrləri yanacaq sərfiyyatını artıra bilər. Ani sürətlənmə və sərt əyləc yanacağı artırır. Mümkünsə, sakit və yumşaq sürüş tərzi mənimsəyin. Avtomobilinizi günəş altında saxlamaq daxili temperaturu artıraraq kondisionerin daha çox işləməsinə səbəb olur. Mümkünsə, avtomobilinizi kölgəli yerlərdə park edin və ya günəşlik istifadə edin.
Kənan Son.az
Xəbər verdiyimiz kimi, avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Az

Avqustun 6-da Xəzər rayonunun Qala qəsəbəsində baş vermiş ağır yol-nə

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan

Zeytun yağlı bibər dolması Türkiyə mətbəxinin ən sevilən klassiklərin

Qəzza zolağında davam edən ərzaq böhranı insan tələfatına səbəb olma

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasın�

Meyxana ustası Namiq Qaraçuxurlu şəxsi həyatından nadir paylaşım edib.

Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Az

1240 tonluq USS Eldridge adlı döyüş gəmisi əvvəlcə yaşıl-mavi işıqla

"Adanalı" serialında "Pınar" obrazı ilə tanınan Tuğç

Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadis

Gündəlik həyatımızda göz sağlamlığını çox zaman ikinci plana atırı

Antalyada H.T. (29) ilə Emir Batuhan Çelik (25) arasında telefonda başlayan
