Telefon danışığında başlayan mübahisə qanla bitdi! 25 yaşlı gənc qətlə yetirildi
Digərləri 10 Avq 2025 14:30:00 86 0
Antalyada H.T. (29) ilə Emir Batuhan Çelik (25) arasında telefonda başlayan mübahisə küçədə davaya çevrilib. H.T.-nin odlu silahla atəş açması nəticəsində başından vurulan Emir Batuhan Çelik həyatını itirdi, yanındakı Halil İ.A. (25) isə yaralanıb.
Bu xəbəri də oxu: Meteohəssas insanların nəzərinə
Son.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Kepez rayonunun Varsak Karşıyaka məhəlləsində baş verib.
Emir Batuhan Çelik və dostu Halil İ.A., saat 00:30 radələrində Müftü Yusuf Talat Efendi Caddesi üzərindəki meşə girişində oturaraq birlikdə spirtli içki qəbul ediblər. Bu vaxt Emir Batuhan Çelik telefonda danışdığı H.T. ilə hələ məlum olmayan səbəbdən mübahisə edib. Bir müddət sonra H.T. motosikleti ilə hadisə yerinə gəlib. Emir Batuhan Çelik və H.T. arasında başlayan mübahisə qarşıdurmaya çevrilib. H.T. yanında gətirdiyi odlu silahla atəş açaraq motosikleti ilə hadisə yerindən qaçıb.
Güllələrin hədəfinə tuş gələn Emir Batuhan Çelik və Halil İ.A. yaralanıb. Hər iki yaralı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Başına iki güllə dəymiş və əməliyyata alınmış Emir Batuhan Çelik səhərə yaxın həyatını itirib. Sinəsindən vurulan Halil İ.A.-nın vəziyyətinin yaxşı olduğu və müalicəsinin davam etdiyi bildirilir. Hadisə yerində aparılan araşdırmada 7 giliz və 3 patron tapılıb.
Cinayət Axtarış Şöbəsinin əməkdaşları araşdırma nəticəsində H.T.-nin Muğlaya qaçdığını müəyyənləşdirilib. Şübhəli, təqib nəticəsində səhərə yaxın Muğlanın Seydikemer rayonunda saxlanılıb. Onun üzərində qanunsuz yollarla əldə etdiyi odlu silah və 4 patron aşkarlanıb. H.T. ilkin ifadəsində kuryerlik etdiyini, Emir Batuhan Çelik və Halil İ.A.-nın hər gördüklərində onu hədələdiyini və buna görə bu hadisəni törətdiyini iddia edib.
Emir Batuhan Çelikin meyiti, məhkəmə-tibbi ekspertiza işlərindən sonra atası Ali Çelik və digər yaxınlarına təhvil verilib. Meyitin alınması zamanı Emir Batuhan Çelikin yaxınları və dostları göz yaşlarına hakim ola bilməyiblər.
Kənan Son.az
ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsraillə H

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmən

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublika

Zəngəzur yolunun inşası Vətən müharibəsindən bir qədər sonra başlay�

Avqust ayının dolunayı illik Perseid meteor axınının gəlişi ilə üst-ü

Əfqanıstanda qadınlara qarşı məhdudiyyətləri davam etdirən Taliban rəh

Alkoqol yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər,

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Ötən gün Ağdam və Xocavənd rayonları ərazisində başlayan yanğınlar t

Zəncəfilin zəngin bir ənənəvi təbabət tarixi var və müasir elm artıq

Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış tarix

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

İlk görüş mina sahəsində gəzməyə bənzəyir. Yaxşı təəssürat yarat

Avqust ayı dörd bürc üçün dəyişikliklər və yeni imkanlarla dolu olacaq

"ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sül
