Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib


Siyasət 10 Avq 2025 14:10:00 70 0

Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.

Trend xəbər verir ki, telefon söhbəti zamanı Qurbanqulu Berdiməhəmmədovun bir müddət əvvəl Azərbaycana, o cümlədən Qarabağa səfəri və bu çərçivədə aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına toxunublar.

Telefon danışığı əsnasında Türkmənistanın Avaza şəhərində keçirilmiş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının əhəmiyyəti qeyd edilib. Dövlətimizin başçısı bu tədbirin uğurla təşkil olunması ilə bağlı Qurbanqulu Berdiməhəmmədova təbriklərini çatdırıb.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.

Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında əlaqənin yaradılmasına xidmət edəcək maneəsiz nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Türkmənistan Xalq Məsləhətinin sədri əldə edilmiş tarixi razılaşmalar münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev onun salamlarını Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.

Qurbanqulu Berdiməhəmmədov da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və təbriklərini dövlətimizin başçısına çatdırıb.

Telefon söhbəti zamanı gələcək təmaslarla bağlı fikir mübadiləsi aparılıb.

ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 10 Avq 13:48  
Siyasət ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublika

arrow Ətraflı
Zəngəzur dəhlizinin keçəcəyi iki rayondan görüntülər like
  • 10 Avq 13:45  
Digərləri Zəngəzur dəhlizinin keçəcəyi iki rayondan görüntülər

Zəngəzur yolunun inşası Vətən müharibəsindən bir qədər sonra başlay�

arrow Ətraflı
Avqustun dolunayı ilin ən yaxşı ulduz axını ilə üstüstə düşəcək like
  • 10 Avq 13:30  
Digərləri Avqustun dolunayı ilin ən yaxşı ulduz axını ilə üstüstə düşəcək

Avqust ayının dolunayı illik Perseid meteor axınının gəlişi ilə üst-ü

arrow Ətraflı
Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağlayıb  minlərlə qadın işsiz qalıb like
  • 10 Avq 13:16  
Dünya Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağlayıb minlərlə qadın işsiz qalıb

Əfqanıstanda qadınlara qarşı məhdudiyyətləri davam etdirən Taliban rəh

arrow Ətraflı
Alkoqol qəbul etmək üçün ən pis vaxt  bu, yuxunuzu korlaya bilər like
  • 10 Avq 13:00  
Digərləri Alkoqol qəbul etmək üçün ən pis vaxt bu, yuxunuzu korlaya bilər

Alkoqol yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər,

arrow Ətraflı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı like
  • 10 Avq 12:52  
Digərləri Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ağdam və Xocavənddə baş verən yanğınlar söndürülüb like
  • 10 Avq 12:45  
Digərləri Ağdam və Xocavənddə baş verən yanğınlar söndürülüb

Ötən gün Ağdam və Xocavənd rayonları ərazisində başlayan yanğınlar t

arrow Ətraflı
Adi ədviyyat xolesterini azaldır və ürək sağlamlığını dəstəkləyir like
  • 10 Avq 12:30  
Digərləri Adi ədviyyat xolesterini azaldır və ürək sağlamlığını dəstəkləyir

Zəncəfilin zəngin bir ənənəvi təbabət tarixi var və müasir elm artıq

arrow Ətraflı
Tarixi bəyannaməni məmnuniyyətlə alqışlayırıq  Polşa XİN like
  • 10 Avq 12:14  
Siyasət Tarixi bəyannaməni məmnuniyyətlə alqışlayırıq Polşa XİN

Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış tarix

arrow Ətraflı
Sabah Bakıda leysan olacaq, şimşək çaxacaq like
  • 10 Avq 12:09  
Digərləri Sabah Bakıda leysan olacaq, şimşək çaxacaq

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Qadınla ilk görüşdə verilməli olan suallar like
  • 10 Avq 12:00  
Digərləri Qadınla ilk görüşdə verilməli olan suallar

İlk görüş mina sahəsində gəzməyə bənzəyir. Yaxşı təəssürat yarat

arrow Ətraflı
Avqust 2025 bu bürclər üçün böyük dəyişikliklər vəd edir like
  • 10 Avq 11:44  
Digərləri Avqust 2025 bu bürclər üçün böyük dəyişikliklər vəd edir

Avqust ayı dörd bürc üçün dəyişikliklər və yeni imkanlarla dolu olacaq

arrow Ətraflı
Tramp NASAnın bu missiyalarını dayandırmaq üçün hərəkətə keçir like
  • 10 Avq 11:30  
Dünya Tramp NASAnın bu missiyalarını dayandırmaq üçün hərəkətə keçir

Tramp administrasiyası alimlər, siyasətçilər və fermerlər üçün mühüm

arrow Ətraflı
Bakıda iki “Shacman” toqquşdu  sürücülər belə xilas edildi like
  • 10 Avq 11:10  
Digərləri Bakıda iki “Shacman” toqquşdu sürücülər belə xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax

arrow Ətraflı