Volodimir Zelenski İlham Əliyevə zəng edib
Siyasət 10 Avq 2025 16:05:00 83 0
Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlət başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.
Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Meyxana ustası Namiq Qaraçuxurlu şəxsi həyatından nadir paylaşım edib.

Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Az

1240 tonluq USS Eldridge adlı döyüş gəmisi əvvəlcə yaşıl-mavi işıqla

"Adanalı" serialında "Pınar" obrazı ilə tanınan Tuğç

Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadis

Gündəlik həyatımızda göz sağlamlığını çox zaman ikinci plana atırı

Antalyada H.T. (29) ilə Emir Batuhan Çelik (25) arasında telefonda başlayan

ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsraillə H

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmən

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublika

Zəngəzur yolunun inşası Vətən müharibəsindən bir qədər sonra başlay�

Avqust ayının dolunayı illik Perseid meteor axınının gəlişi ilə üst-ü

Əfqanıstanda qadınlara qarşı məhdudiyyətləri davam etdirən Taliban rəh

Alkoqol yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər,

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
