Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”


Siyasət 04 İyl 2025 11:10:00 84 0

Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

"Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu, ölkələrarası münasibətlərdə ən yüksək və əhəmiyyətli sənəddir".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. 

O, bildirib ki, uzun müddətdir Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əlaqələr hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində daha da intensivləşir.

"Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə etdiyi növbəti dövlət səfəri də Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Səfər çərçivəsində Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Ali toplantıda minimum yaxın bir neçə ay müddətinə tədbirlər proqramı müəyyənləşdirilib. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm dostluq və qardaşlıq əlaqələri üçün çox sağlam bünövrədir. Bu gün Azərbaycan və Özbəkistan bütün Türk dünyasının inkişafına və güclənməsinə misilsiz töhfələr verən, müstəqil xarici siyasət kursu yürüdən və eyni zamanda, özləri bütün sahələrdə böyük uğurlar qazanmış güclü müstəqil dövlətlərdir. Əlbəttə ki, ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionlarının inkişafına, Türk dünyasının daha da güclənməsinə xidmət edir".

K. Qafarov  Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışının da mühüm və əlamətdar hadisə olduğunu qeyd edib:

"Məlum olduğu kimi, Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində iyulun 2-də hər iki ölkənin dövlət başçıları Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər. Bu, əlbəttə ki, mühüm tarixi-siyasi hadisədir. Müasir tələblərə cavab verən yeni kompleksdə yaradılan şərait iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına hesablanıb. İnkişaf perspektivləri isə kifayət qədər geniş və əhatəlidir. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq, praktiki olaraq,  bir çox layihələrlə təmin edilib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollar olsa da, müzakirə olunan planlar bu rəqəmi bir neçə dəfə üstələyir. Əlbəttə,  energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrinin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırlar".

İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır like
  • 04 İyl 11:02  
Siyasət İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı - M�

arrow Ətraflı
Prezident İlham Əliyev Donald Trampı təbrik edib like
  • 04 İyl 11:00  
Siyasət Prezident İlham Əliyev Donald Trampı təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald T

arrow Ətraflı
Direktor yük maşınının altında qalıb öldü  TƏFƏRRÜAT like
  • 04 İyl 11:00  
Digərləri Direktor yük maşınının altında qalıb öldü TƏFƏRRÜAT

Ordubad rayonunun Nürgüt kəndindən təxminən 2 kilometr aralıda yol-nəqli

arrow Ətraflı
Türkiyədəki yanğınlarda 2 nəfər öldü like
  • 04 İyl 10:50  
Digərləri Türkiyədəki yanğınlarda 2 nəfər öldü

Türkiyənin İzmir şəhərində baş vermiş meşə yanğınlarında iki nəf�

arrow Ətraflı
Süni intellekt sayəsində hamilə qaldı like
  • 04 İyl 10:42  
Digərləri Süni intellekt sayəsində hamilə qaldı

18 ildir uşaq sahibi ola bilməyən cütlük süni intellekt sayəsində valid

arrow Ətraflı
Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam” like
  • 04 İyl 10:30  
Şou-biznes Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Prezident Ağdamdakı "Zəfər şousu"ndan paylaşım edib  VİDEO like
  • 04 İyl 10:16  
Siyasət Prezident Ağdamdakı "Zəfər şousu"ndan paylaşım edib VİDEO

Prezident İlham Əliyev Ağdamdakı "Zəfər şousu"ndan paylaşım e

arrow Ətraflı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ like
  • 04 İyl 10:13  
Digərləri Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq d

arrow Ətraflı
Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi like
  • 04 İyl 10:06  
Şou-biznes Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.

arrow Ətraflı
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib  FOTO like
  • 04 İyl 10:05  
Siyasət İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib FOTO

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaş

arrow Ətraflı
Bakı Asiyanı Avropa ilə birləşdirir like
  • 04 İyl 09:59  
Siyasət Bakı Asiyanı Avropa ilə birləşdirir

İyulun əvvəlindən etibarən Bakı bir daha bölgənin siyasi gündəmini öz

arrow Ətraflı
Professorun oğlu faciəli şəkildə öldü like
  • 04 İyl 09:47  
Digərləri Professorun oğlu faciəli şəkildə öldü

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
“Belə etdim ki, düşük söhbətləri eşitməyim” like
  • 04 İyl 09:28  
Şou-biznes “Belə etdim ki, düşük söhbətləri eşitməyim”

"Bu, o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşüdür”

arrow Ətraflı
Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi like
  • 04 İyl 09:19  
Kriminal Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları il

arrow Ətraflı
Yaxşı qarpızı necə seçək? like
  • 04 İyl 08:48  
Digərləri Yaxşı qarpızı necə seçək?

Yayda süfrələrin sevilən meyvəsi olan qarpız həm şirin, həm də sərinl

arrow Ətraflı