Prezident İlham Əliyev Donald Trampı təbrik edib


Siyasət 04 İyl 2025 11:00:00 83 0

Prezident İlham Əliyev Donald Trampı təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir.

Məmnunluqla qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir. Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk.

Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır. Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur.

İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Türkiyədəki yanğınlarda 2 nəfər öldü like
  • 04 İyl 10:50  
Digərləri Türkiyədəki yanğınlarda 2 nəfər öldü

Türkiyənin İzmir şəhərində baş vermiş meşə yanğınlarında iki nəf�

arrow Ətraflı
Süni intellekt sayəsində hamilə qaldı like
  • 04 İyl 10:42  
Digərləri Süni intellekt sayəsində hamilə qaldı

18 ildir uşaq sahibi ola bilməyən cütlük süni intellekt sayəsində valid

arrow Ətraflı
Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam” like
  • 04 İyl 10:30  
Şou-biznes Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Prezident Ağdamdakı "Zəfər şousu"ndan paylaşım edib  VİDEO like
  • 04 İyl 10:16  
Siyasət Prezident Ağdamdakı "Zəfər şousu"ndan paylaşım edib VİDEO

Prezident İlham Əliyev Ağdamdakı "Zəfər şousu"ndan paylaşım e

arrow Ətraflı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ like
  • 04 İyl 10:13  
Digərləri Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq d

arrow Ətraflı
Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi like
  • 04 İyl 10:06  
Şou-biznes Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.

arrow Ətraflı
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib  FOTO like
  • 04 İyl 10:05  
Siyasət İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib FOTO

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaş

arrow Ətraflı
Bakı Asiyanı Avropa ilə birləşdirir like
  • 04 İyl 09:59  
Siyasət Bakı Asiyanı Avropa ilə birləşdirir

İyulun əvvəlindən etibarən Bakı bir daha bölgənin siyasi gündəmini öz

arrow Ətraflı
Professorun oğlu faciəli şəkildə öldü like
  • 04 İyl 09:47  
Digərləri Professorun oğlu faciəli şəkildə öldü

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
“Belə etdim ki, düşük söhbətləri eşitməyim” like
  • 04 İyl 09:28  
Şou-biznes “Belə etdim ki, düşük söhbətləri eşitməyim”

"Bu, o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşüdür”

arrow Ətraflı
Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi like
  • 04 İyl 09:19  
Kriminal Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları il

arrow Ətraflı
Yaxşı qarpızı necə seçək? like
  • 04 İyl 08:48  
Digərləri Yaxşı qarpızı necə seçək?

Yayda süfrələrin sevilən meyvəsi olan qarpız həm şirin, həm də sərinl

arrow Ətraflı
Çıxarışlı torpaq sahələri bahalaşır like
  • 04 İyl 08:08  
Digərləri Çıxarışlı torpaq sahələri bahalaşır

Bu il Bakıda torpaq sahələrinin qiyməti 20 faizə yaxın bahalaşıb.

arrow Ətraflı
Yayda Azərbaycanda münasib büdcə ilə harada dincələ bilərik? like
  • 04 İyl 07:07  
Digərləri Yayda Azərbaycanda münasib büdcə ilə harada dincələ bilərik?

Yay mövsümündə Azərbaycanda münasib büdcə ilə həm təbiət, həm dəni

arrow Ətraflı
Kondisionerlər insan səhhəti üçün hansı fəsadlar yarada bilər? like
  • 04 İyl 06:06  
Digərləri Kondisionerlər insan səhhəti üçün hansı fəsadlar yarada bilər?

Yay aylarının gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və

arrow Ətraflı